Məhkəmə qərarları › İş №3(060)-941/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-941/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-941/2023 10.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, Tələbkar "xxxx" MMC-nin etbarnamə üzrə nümayəndəsi X5, Tələbkar "xxxx" MMC-nin etbarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində 10 aprel 2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4641/2022 saylı, xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5906/2022 saylı, xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7572/2022 saylı, xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3526/2022 saylı, xx.xx.2022-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3892/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri Şəxs tərəfindən üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4641/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 6060 manat borc və 78,80 manat ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" MMC-nin xeyrinə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5906/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 5750 manat borc və 60 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-yə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7572/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 606,90 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3526/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 1700 manat məbləğində borcun, vəkilə görə ödənilmiş 100 manat pulun və iş üzrə ödənilmiş 39 manat dövlət rüsumunun X2 və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3892/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 3614 manat borc və 56,14 manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə Şəxs tutularaq ödənilməsi qət edilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləğlərindən heç bir ödəniş etməmişdir. Nəticədə 18095 manat borc yaranmışdır. Borclu ilə əlaqə saxlanılıb Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmasına baxmayaraq o, İdarəyə gəlməmişdir. Onun barəsində axtarış elan olunmuş və Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Ona görə də, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bidirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4641/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 6060 manat borc və 78,80 manat ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" MMC-nin xeyrinə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5906/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 5750 manat borc və 60 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-yə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7572/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 606,90 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3526/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 1700 manat məbləğində borcun, vəkilə görə ödənilmiş 100 manat pulun və iş üzrə ödənilmiş 39 manat dövlət rüsumunun X2 və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3892/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 3614 manat borc və 56,14 manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə ondan tutularaq ödənilməsi qət edilmişdir. Maddi imkanının zəif olduğunu, ona 10-15 gün vaxt verilməsini, yaşadığı evi satışa qoyduğunu və ev satılan kimi bütün borclarını ödəyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin etbarnamə üzrə nümayəndəsi X3 izahat verərək bidirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5906/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 5750 manat borc və 60 manat ödənilmiş dövlət rüsumu Şəxs tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Borclu "xxxx" MMC-dən stomotoloji avadanlıqlar almış, lakin bu günədək heç bir ödəniş etməmişdir. Şəxs borcun tam ödənilməsini tələb etdiyini nəzərə alaraq onun barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin etbarnamə üzrə nümayəndəsi X9 izahat verərək bidirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4641/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 6060 manat borc və 78,80 manat ödənilmiş dövlət rüsumunun əvəzi Şəxs tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Lakin bu günədək heç bir ödəniş etməmişdir. Şəxs borcun tam ödənilməsini tələb etdiyini nəzərə alaraq onun barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs bu vaxta qədər ödənişləri gecikdirmiş və tam ödəniş etməmişdir. Buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs tərəfindən icra sənədləri üzrə borcların tam ödənilməməsini məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 10 aprel 2023-cü il, saat 15:35-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar