Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-943/2022 25.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin inzibati xəta haqqında 25 oktyabr 2021-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət ərizəsinin məhkəmə iclasına baxılmağa hazırlanması zamanı baxaraq müəyyən etdi: X4 şikayət ərizəsi ilə Sumqyaıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin inzibati xəta haqqında 25 oktyabr 2021-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş şikayət vermiş şəxs X2 ərizəsindən görünür ki, o şikayətinin baxılmadan geri qaytarılmsını xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin inzibati xəta haqqında 25 oktyabr 2021-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddəsinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin, polis mayoru X7 tərəfidən qəbul edilmiş 25 oktyabr 2021-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X2 şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə X3 geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-943/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-943/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver