Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-945/2022 28.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Faiz qızının katibliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis idarəsi X1 Şöbəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş İXP ******* saylı, 27.03.2022-ci il tarixli inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Şəxs 26.03.2022-ci il tarixdə, saat 22:25 radələrində Corat-Novxanı yolunda hərəkətdə olan zaman saxlanılmış və yoxlama zamanı sərxoş olduğu aşkar olunmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında İXP ******* nömrəli, 27.03.2022-ci il tarixli protokol tərtib edilərək Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4cü maddəsinə əsasən Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs 28.04.2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə teleqram göndərərək hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşadığından inzibati işin baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ona görə də, inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən aidiyyatı üzrə baxılması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi X1 Şöbəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş İXP ******* saylı, 27.03.2022-ci il tarixli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Hakim Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(060)-945/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-945/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver