Məhkəmə qərarları › İş №3(060)-946/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-946/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-946/2023 11.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahvedi qızının katibliyi, Zərərçəkmiş şəxslər X5 və X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1980-cı ildə Naxçıvan Muuxtar Respublikasının Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 10 aprel 2023-cü il tarixli, MN № ******* saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, Xəzər bağları ərazisində keçmiş həyat yoldaşı X7 və keçmiş qaynanası X3 nalayiq söyüçlərlə söymüş, üzərilərinə maşın sürmüş və sözlə hədə-qorxu gələrək xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları ərazisində evin həyətində olan zaman keçmiş həyat yoldaşı və keçmiş qaynanası həyat yoldaşına məxsus əşyaları götürmək üçün həmin həyətə gələrək həyətdə səs-küy salmışlar. Sonra həyat yoldaşı qonşunun qapısını daşla bərkdən döymüşdür. O, həmin qonşudan əvvəllər 1300 manata qaraj almış o da ona yazılı kağız verərək qarajı 1300 manata ona satdığını yazmışdır. Qonşu da ona narazılığını bildirərək bir də keçmiş həyat yoldaşı onun qapısını döyüb narahat etsə polisə müraciət edəcəyini bildirmişdir. Həmin vaxt o, nə keçmiş həyat yoldaşı X8, nə də keçmiş qaynanası X1 söyməmiş, nalayiq ifadələr işlətməmiş və onlara hədə-qorxu gəlməmişdir. Bütün bunları nəzərə alaraq barəsundə olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində o, anası və qızı ilə birlikdə əvvəllər yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları ərazisində evdən uşaqlara məxsus velosipedi və özünə məxsus olan və ona cehiş kimi verilən əmlakları götürmək üçün evə getmişdir. Həmin vaxt keçmiş həyat yoldaşı Şəxs həyətdə avtomobilinin yanında olmuşdur. Anası həyətdən pilləkənlə evə qalxmaq istəyəndə Elnur onun qabağını kəsərək evə girməsinə mane olaraq onun üzərinə bıçaq çəkmişdir. O qanşuluqda olan Salman adlı şəxsin qapısını döymüşdür. Çühki o. Elnura etibarnamə vermiş, Elnur da ondan xəbərsiz olaraq evi satmışdır. Anası evə keçəndən sonra Elnur öz avtomobilinə əyləşərək avtomobili onun və qızının üzərinə sürmüş və onları nalayiq ifadələrlə edərək hədə-qorxu gəlmişdir. Buzaman o DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Ona görə də, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində o, qızı və nəvəsi ilə birlikdə qızının əvvəllər yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları ərazisində evdən qızına məxsus olan və ona cehiş kimi verilən əmlakları götürmək üçün evə getmişdir. Həmin vaxt keçmiş kürəkəni Şəxs həyətdə avtomobilinin yanında olmuşdur. Həyətdən pilləkənlə evə qalxmaq istəyəndə Elnur onun qabağını kəsərək evə girməsinə mane olaraq onun üzərinə bıçaq çəkmişdir. O, Elnura evə girəcəyini bildirmiş və onun üzərinə getmişdir. Bundan sonra Elnur həyətə düşüb avtomobilinə əyləşərək avtomobilini onun qızının və nəvəsinin üzərinə sürmüş və onları nalayiq ifadələrlə təhqir edərək hədə-qorxu gəlmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 510-cu maddəsinə əsasən tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 24-cümaddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs xx.xx.2023cü il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, Xəzər bağları ərazisində keçmiş həyat yoldaşı X7 və keçmiş qaynanası X6 ilə mübahisə edərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Onun məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır, təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin ona 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar