Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-947/2025 16.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X6 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 28 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X10 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, vətəndaş X4 şikayətlə X7 Xidmətinə müraciət edərək Sahil MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixindək işlədiyini, lakin əmək haqqı və son haqq hesabının aparılmadığını bildirmişdir. Şikayətlə bağlı tərəflərindən araşdırma aparılan zaman müəyyən edilmişdir ki, vətəndaş əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Şikayətlə əlaqədar X4 dəvət edilərək izahatı alınmışdır. Qeyd edilənlərə əsasən "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq "xxxx" MMC-nin barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: - 28 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işləri yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozulmuşdur. Nəticədə "xxxx" MMC Azərbaycan Respublikası İXMin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; - X1 izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də avtobus sürücüsü kimi işləmişdir. "xxxx" MMC tərəfindən onun əmək haqqı əlbəəl verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin 4439/2025 saylı bildirişindən görünür ki, "xxxx" MMC X1 ərizəsi əsasında inzibati xəta haqqında protokolun tərtib olunması üçün şöbəyə dəvət edilmişdir; Beləliklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC tərəfindən X4 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş yol vərəqələrindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Qazel Next A68R5 markalı ** JG *** d.q.nömrəli avtobusun texniki baxışdan keçməsi və xəttə çıxmasına icazə verilmiş, həmin yol vərəqəsi S.Muradova təqdim edilmişdir. Həmçinin, Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 3(060)- 419/2025 nömrəli qərarı ilə hazırkı işlə bağlı eyni mahiyyətli, yəni "xxxx" MMC-nin direktoru olan vəzifəli şəxs X3 şikayətinin təmin edilməməsi, X3 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə olunmasına dair ƏƏSM Nazirliyi yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qərarı X5 tərəfindən apellyasiya qaydasında mübahisələndirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(105)- 222/2025 saylı qərarı ilə R.Abdiyevin şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 3(060)-419/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu maddənin 2-ci və 3cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsi tam sübuta yetirilmişdir. xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin direktoru Abdiyev R.Q üzərində ** JG *** d.q.n-lı “nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi” və “xəttə çıxmasına icazəsi verilməsi”, “şəhərətrafı sərnişin daşıma”sının həyata keçirilməsi üçün nəzərdə tutulan və üzərində "xxxx" MMC-yə məxsus möhür və Abdiyev Ramilin imzası olan yol vərəqəsi Sərxan Muradova təqdim etmişdir. Bununla da, iş materiallarında mövcud olan 04 nömrəli yol vərəqi S.Muradovun "xxxx" MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktını təsdiq edir. İnzibati xəta haqqında iş üzrə X7 Xidməti Abşeron-Xızı regional şöbəsində Azərbaycan Respublikasının İXM-in tələblərinə uyğun qaydada araşdırma aparılmışdır. İş üzrə məsuliyyəti istisna edən və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərə min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslərə üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə növündə tənbeh tədbiri təyin edilməklə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinməli və MMC barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-947/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-947/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver