Məhkəmə qərarları › İş №3(060)-948/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-948/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-948/2023 26.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 19 dekabr 2023-cü il tarixli, EP seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 dekabr 2022-ci il tarixli, EP seriyalı ******* saylı protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Flialı tərəfindən xx.xx.2016-cı il tarixli, **********3583 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2018-ci il tarixində bitməsinə baxmayaraq malların geriyə gaytarılması və ya digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Flialı tərəfindən heç bir tədbir görülməmişdir. Nəticədə gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X4 bildirdi ki, “Riks Petroximservis" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən konteyner ölkə ərazisinə gətirilmiş, müvəqqəti gömrük idxal prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2018-ci il tarixində bitməsinə baxmayarq malların geriyə qaytarılması və ya digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən heç bir tədbir görülməmişdir. Buna görə də Şəxs MMC barəsində protokol tərtib olunmuşdur. Konteynerin yeri müəyyən edilmiş və xüsusi nömrə ilə qeyd olunmuşdur. Depozit hesabına pulların qoyulub-qoyulmaması ilə bağlı məlumatı yoxdur. Hazırda hüquqi şəxs fəaliyyətini dayandırmışdır. Məhkəmədən malların müsadirə olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Şəxs MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakları təmin edilmədiyindən Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xüsusi gömrük prosedurları şöbəsindən daxil olmuş 34/012/028232 saylı xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********3583 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilmiş malların idxal xüsusi gömrük proseduru altında qalma müddəti xx.xx.2018-ci il tarixində bitmiş, lakin şirkət tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi tamamlanmamışdır. İş materiallarında olan **********3583 sorğu nömrəli xx.xx.2016-cı il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən gömrük dəyəri 50563,22 manat olan 20 futluq NSSU0046504 nömrəli konteyner müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursundan "malların çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, 27ZA105 nömrəli vaqonlar vasitəsi ilə Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2016-cı il tarixdə saat 12:52 radələrində Samur gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş materiallarında olan Gömrük Xidmətinin Vahid X1 çıxarışdan görünür ki, malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2018-ci ildir. İş materiallarında olan Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsindən daxil olmuş 34/013/009738 nömrəli, xx.xx.2023-cü il tarixli xidməti qeyddən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) ilə bağlı daxil olmuş tapşırığın icrası istiqamətində müvafiq öyrənmələr aparılmışdır. Müəyyənləşdirilmişdir ki, qeyd olunan VÖEN üzrə bəhs olunan filial tərəfindən 2010-2023cü illərdə yalnız xx.xx.2016-xx.xx.2017-ci tarixlər aralığında 5 dəfə Rusiya Federasiyasından ölkəmizə mal idxal edilmiş, sonrakı dövrdə idxal və ixrac əməliyyatları qeydə alınmamışdır. Filial tərəfindən xx.xx.2016-cı il tarixli **********3583 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş 66 adda malların saxlanc yerinin müəyyənləşdirilməsi istiqamətində aparılmış tədbirlər çərçivəsində, yalnız 20 futluq konteynerin Bakı şəhəri, Ziya Bünyadov küçəsində konteynerlərin toplandığı ərazi kimi tanınan yerdə olmasına dair məlumatlar daxil olmuş, verilmiş kordinatlar üzrə həmin konteyner olması ehtimal edilən konteynerin fotosu çəkilmişdir. Fotoşəkil iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Şəxs MMC malların geriyə qaytarılması və ya digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar tərəflərindən heç bir tədbir görülməməsinin üzrlü səbəbləri ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli, **********3583 saylı gömrük bəyannaməsində qeyd edilən malın müvəqqəti idxal müddəti xx.xx.2018-ci il tarixdə bitmiş, lakin həmin mallar geriyə qaytarılmamış və ya malın digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı tədbir görülməmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. Həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda beynəlxalq müqavilələrin müddəaları, malların xassələri və xüsusiyyətləri, onlardan istifadə şərtləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli, 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər. Bu Qaydaların 6.2-ci bəndində göstərilən müddətdə müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılması prosesi müvəqqəti idxal xüsusi gömrük proseduru üçün müəyyən edilmiş müddətin axımını dayandırmır. Müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş predmet - gömrük dəyəri 50563,22 manat təşkil edən, Bakı şəhəri, Ziya Bünyadov küçəsində konteynerlərin toplandığı ərazidə saxlanan 20 futluq NSSU0046504 nömrəli konteyner dövlət nəfinə müsadirə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar