Məhkəmə qərarları › İş №3(060)-949/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-949/2022

27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-949/2022 27.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 14 aprel 2022-ci il tarixli, 00100-0069/22 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 4, mənzil 3 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 491.3-cü maddəsinə əsasən 14 aprel 2022-ci il tarixli 00100-0069/22 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 05.04.2022-ci il tarixdə Şəxs MMC-nin ünvanına Qazaxıstan Respublikasından 52674389, 52659794, 52656345 və 54589155 nömrəli vaqonlarla Şimal Ərazi Bas Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə daxil olmuş və Sumqayıt Baş Gömrük İdarəsində **********9561 sorğu nömrəli 05.04.2022-ci il tarixli gömrük bəyannaməsi ilə “sərbət dövriyyə üçün buraxılış" gömrük prosedurunda bəyan edilən, gömrük orqanın elektron sistem üzərindən bəyannamə buraxılışa verilmədən, ümumi çəkisi 272000 kq, 3-cü sinif ərzaqlıq buğda yükü Şəxs MMC-nin istifadəsində olan Sumqayıt səhəri, Bakı-Quba yolu 29-cu km, 3G ünvanında yerləşən anbarda adı qeyd olunan cəmiyyət tərəfindən vaqonlardan gömrük orqanının icazəsi olmadan özbaşına boşaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 491.3-cü maddəsinə əsasən tərtib edilmiş 14 aprel 2022-ci il tarixli 00100-0069/22 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün məhkəməyə göndərilmişdir. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 27 aprel 2022-ci il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 491.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXM-nin 491.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 13.04.2022-ci il tarixli raportdan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan yaşıl dəhliz iştirakçısı, hüquqi şəxs Şəxs MMC-nin Qazaxısatan Respublikasından idxal etdiyi yük SBGİ-də **********9561 sorğu nömrəli gömrük bəyannaməsi ilə qeydiyyata alınmışdır. GB üzrə rəsmiləşdirmə tam başa çatmamış, idxalatçı idxal olunan 4 vaqon 3-cü sinif buğda yükünü “VAİS”-də boşalmasını təsdiq edərək müvafiq qeydiyyat aparmışdır. 52674389, 52659794, 52656345 və 54589155 nömrəli vaqonlarla daxil olan və 05.04.2022-ci il tarixdə **********9561 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosuduru altında bəyan edilən 272000 kq “3-cü sinif buğda” yükünün faktiki olaraq gömrük orqanın icazəsi olmadan boşaldılıb-boşaldılmamasını müəyyən etmək üçün qeyd olunan vaqonlara 13 aprel 2022-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı Şəxs MMC tərəfindən 52674389, 52659794, 52656345 və 54589155 nömrəli vaqonlarla daxil olan cəmi 272000 kq “3-cü sinif buğda” yükünün Sumqayıt şəhəri, Bakı-Quba yolu 29-cu km, 3G ünvanında yerləşən anbara gömrük orqanın icazəsi olmadan boşaldıldığı və malların həmin anbarda toxunulmaz olaraq saxlanıldığı müəyyən edilmişdir. İş materiallarında olan 14 aprel 2022-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin nümayəndəsi X2 izahatından bildirmişdir ki, “XəzərTürk LTD MMC-nin əsas fəaliyyəti ticarətdir, yəni dənli bitkilərin ölkə ərazinə idxal edərək satışını həyata keçiri. Şəxs MMC-nin ünvanına Qazaxıstan Respublikasından 4 vaqonla göndərilən cəmi çəkisi 272000 kq ərzaqlıq buğda yükü 05.04.2022-ci il tarixdə Sumqayıt şəhəri, Bakı-Quba yolu 29-cu km, 3G ünvanında yerləşən anbarda boşaldılmışdır. Gömrük bəyannaməsi gömrük orqanına 05.04.2022-ci il tarixdə verilmiş və gömrük ödənişləri ödənilmişdir. Gömrük bəyannaməsi buraxılışa verilmədən mallar boşaldılmışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. İXM-nin 491.3-cü maddəsinə səsən Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, araşdırma zamanı 05.04.2022-ci il tarixdə Şəxs MMC-nin ünvanına Qazaxıstan Respublikasından 52674389, 52659794, 52656345 və 54589155 nömrəli vaqonlarla Şimal Ərazi Bas Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə daxil olmuş və Sumqayıt Baş Gömrük İdarəsində **********9561 sorğu nömrəli 05.04.2022-ci il tarixli gömrük bəyannaməsi ilə “sərbət dövriyyə üçün buraxılış" gömrük prosedurunda bəyan edilən, gömrük orqanın elektron sistem üzərindən bəyannamə buraxılışa verilmədən, ümumi çəkisi 272000 kq, 3cü sinif ərzaqlıq buğda yükü Şəxs MMC-nin istifadəsində olan Sumqayıt səhəri, Bakı- Quba yolu 29-cu km, 3G ünvanında yerləşən anbarda adı qeyd olunan cəmiyyət tərəfindən vaqonlardan gömrük orqanının icazəsi olmadan özbaşına boşaldıldığı müəyyən edilmişdir. Bu fakt 34/012/001256 saylı 13.04.2022-ci il tarixli raport, **********9561 sorğu nömrəli 05.04.2022-ci il tarixli gömrük bəyannaməsi, vaqonlara dair dəmiryol qaimə sənədi, 13.04.2022-ci il tarixli akt, gömrük bəyannaməsindən çıxarış və Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikası vətəndaşı X1 izahatı ilə təsdiq edilir. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 4, mənzil 3 olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500,00 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar