Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-949/2023 08.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Nümayəndə3 iştirakları ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və Dağ- Mədən Nəzarəti Dövlət Agentliyinin (bundan sonra mətndə Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi) baş müfəttişi Nümayəndə3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 276-1-ci maddəsi ilə Şəxs Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə ASC) barəsində 09 fevral 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt şəhər, Bakı- Quba yolunun 35 km-də xx.xx.2023-cü il tarixdə saat 11:55-də dövlət nömrə nişanları **- JV-*** və **-JT-*** olan avtosəbətlər qövlət reyesterində qeydiyyatdan keçirilməyib. Qeyd olunan protokol və ona əlavə olunan materiallar xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 26 aprel 2023-cü il tarixə təyin edilmiş, lakin sübutların təqdim olunması ilə bağlı işin baxılması 03 may 2023-cü il tarixə təxirə salınmışır. Şəxs ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron ərizə ilə müraciət edərək bildirmişdir ki, 03 may 2023-cü il tarixdə məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcək, bu səbədən işin baxılmasını 08 may 2023-cü il tarixə təxirə salınmasını xahiş etmiş, bununla bağlı məhkəmə iclası 08 may 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında iştirak edən Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nümayəndələri Nümayəndə1 və Nümayəndə3 tərtib edilən inzibati xəta haqqında protokola uyğun izahat verərək bildirdilər ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin texnikalarının saxlanıldığı ünvanda qanuna uyğun yoxlama aparılarkən müəyyən edilmişdir ki, dövlət nömrə nişanları **-JV-*** və **-JT-*** olan avtosəbətlər qövlət reyesterində qeydiyyatdan keçirilməyib. Həmin səbətlər təhlükə potensiallı obyektlərə aiddir. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 may tarixli, 94 nömrəli qərarı mövcuddur. Həmin qərarın 3-cü bəndində səyyar yükqaldıran mexanizmlər, vışkalar (səbətlər) təhlükə potensiallı obyektlərin siyahısına daxil edilmişdir. Göstərilənlərə əsasən nümayəndə Şəxs Açıq Səhmdar Cəmiyyətinin İXM-nin 276-1-ci maddəsi ilə ən yüksək həddə cərimə olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs ASC-nin nümayəndəsi Nümayəndə2 təmsil etdiyi hüquqi şəxsi təqsirli bilməyərək izahatında bildirdi ki, Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən Şəxs ASC barəsində İXM-nin 276-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun “inzibati xətanın mahiyyəti” hissəsində göstərilmişdir ki, təhlükə potensiallı obyektlərin siyahısının 3-cü bəndinə fikir verilsə görünər ki, bu hüquqi normativ aktların heç birində maşınlardan söhbət getməmişdir. Ən vacib məqam isə bütün mexanizmlərin önündə stasionar kəlməsi gəlmişdir. Təhlükə potensiallı obyektlər stasionar olmalıdır. Azərbaycan dilinin izahlı lüğətində stasionar sözü sabit, yer dəyişməz, hərəkətsiz, həmişə bir yerdə olan, bir yerə bənd edilmiş, daim, həmişə bir yerdə olan, yerini dəyişməyən, bir yerdən başqa yerə köçməyən kimi izah olunur. Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunuma və “Təhlükə potensiallı obyektlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər kabinetinin 2001-ci il 10 may tarixli 94 saylı Qərarı ilə təsdiq edilmiş Təhlükə potensiallı obyektlərin siyahısının 3-cü bəndini düzgün tövsif etməmiş və Şəxs ASC barəsində düzgün protokol tərtib etməmişlər. “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydalarımın 6-cı bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamənin 8.1.1-ci bəndinə əsasən “Təhlükə potensiallı obyektlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər kabinetinin 2001-ci il 10 may tarixli 94 saylı Qərarı ilə təsdiq edilmiş Təhlükə potensiallı obyektlərin siyahısının 3-cü bəndinə və “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu”na istinadən yalnız stasionar tipli mexanizmlər dövlət reyestrindən qeydiyyatdan keçirilməlidir. Maşınların stasionar tipli mexanizmlərə aid edilərək "xxxx" ASC barəsində protokol tərtib edilməsi qanunsuzdur. Nəqliyyat vasitələrinə gəldikdə isə təhlükə potensiallı obyektlərin siyahısının 7-ci bəndində isə təhlükəli yüklərin hava, dəniz, dəmir yolları və avtonəqliyyat vasitələri ilə daşınması üzrə siyahı təqdim edilmişdir. Həmin siyahı isə təhlükəli yüklərin dəmir yolu vasitəsilə daşınmasında istifadə olunan sistemlər, vaqonlar və konteynerlər, təhlükəli yüklərin doldurulma və boşaldılma məntəqələri, təhlükəli yükləri daşıyan vaqonların, xüsusi sistemlərin və konteynerlərin yuyulması və təmizlənməsi obyektləri, hava limanlarında təhlükəli yüklərin qəbulu, saxlanması, yüklənməsi və boşaldılması obyektləri, dəniz donanması vasitəsilə təhlükəli yüklərin daşınması üçün nəzərdə tutulan gəmi növləri, dəniz limanlarında təhlükəli yüklərin qəbulu, saxlanması, boşaldılması və doldurulması obyektləri FHN tərəfindən tərtib olunmuş protokolda göstərilən nəqliyyat vasitələrinə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ idarəsi tərəfindən **-JV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə verilən seriya nömrəsi AA №685919 olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində və Azərbaycan Respublikası DİN BDYPİ QİŞ idarəsi tərəfindən **-JT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə verilən seriya nömrəsi AA №666769 olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində hidroqaldırıcı kimi qeyd olunmuşdur. Göründüyü kimi nə “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunun” 1 №-li əlavəsində, nə də “Təhlükə potensiallı obyektlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər kabinetinin 2001-ci il 10 may tarixli 94 saylı Qərarı ilə təsdiq edilmiş Təhlükə potensiallı obyektlərin siyahısında hidroqaldırıcılardan söhbət getmir və “Təhlükə potensiallı obyektlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər kabinetinin 2001-ci il 10 may tarixli 94 saylı Qərarı ilə təsdiq edilmiş Təhlükə potensiallı obyektlərin siyahısının 7-ci bəndində Təhlükəli yüklərin hava, dəniz, dəmir yolları və avtonəqliyyat vasitələri sırasında hidroqaldırıcılar qeyd edilməmişdir. Nümayəndə xx.xx.2023-cü il tarixli, MN №1203996 saylı protokolu əsasında, Şəxs ASC barəsində başlanmış inzibati icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC tərəfindən İXM-nin 276-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, tərəflərin nümayəndələrinin izahatları, inzibati xəta haqqında protokol və işdəki digər sənədlərlə təsdiq edilir. Ona görə də Şəxs ASC İXM-nin 276-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materialında olan Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən 16 fevral 2023cü il tarixli yoxlama materiallarına baxılmasının nəticəsi üzrə qərarından görünür ki, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün Şəxs ASC tərəfindən 30 gün müddətində kranların istismarına icazə alınması, kranların üzərində olanların qeydiyyat nömrəsini, yükqaldırma qabiliyyətini, növbəti baxış vaxtını göstərən löhvənin bərkidilməsi, kranların illik təmir qrafiki tərtib edilməsi, çıxarıla bilən yükqaldırıcı vasitələrin dövri yoxlama qeydiyyatının aparılma jurnalının tərib olunması, səbətlərin pasportu hazırlanaraq qeydiyyata alınması üçün Agentliyə təqdim olunması, səbətlərin üzərində onların qeydiyyat nömrəsini, yükqaldırma qabiliyyəini, növbəti baxışın vaxını göstərən löhvənin bərkidilməsi, 1 ədəd çəngəlağız yükləyici Agentlikdə dövlət qeydiyyatından keçirilməsi, 49 ədəd kran təhlükə potensiallı obyektlərin dövlət reyeterində qeydiyyatdan keçirilməsi və 25 nəfər maşinist işçilər tədris kurslarına cəlb edilməklə attestasiyadan (bilik yoxlamasından ) keçirilməsi tədbirlərin görülməsinin təmin edilməsi xahiş olunmuşdur. İş materialında olan Sənayedə X1 və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Təhlükə potensiallı obyektlərin dövlət reyesterindən keçirilməsi barədə 08 iyun 2021-ci il tarixli, № A-12374 saylı çıxarışında qeyd olunmuşdur ki, Şəxs ASC tərəfindən istismar edilən təhlükə potensiallı obyektlər, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, təhlükə potensiallı obyektlərin dövlət reyesterindən qeydiyyata alınmışdır. Göstərilən obyektlər 14 aprel 2022-ci ilədək təkrar qeydiyyata alınmalıdır. Çıxarış 16 fevral 2021-ci il tarixli A-12135 №-li Çıxarışın əvəzinə verilmişdir. Dövlət reyesterin məlumatları (dəyişiklikləri) 08 iyun 2021-ci il də daxil edilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarxili Şəxs ASC-nin AN və MMİ İdarəsinin rəis vəzifəsini icra edən Rasim Allahverdiyev, Təmir sexinin rəisi İlqar Xammədov həmin sexin mexaniki Mətin Əliyev, Nəqliyyat və XTMM sexinin mexaniki İmran Şixiyevin, Dispeçer xidmətinin dispeçeri Cəlil Əliyev tərəflərindən tərtib olunmuş aktdan görünür ki, Şəxs ASCnin mülkiyyətində olan Kamaz 43253 markalı **-JT-*** dövlət qeydiyyat nişanlı və Kamaz 43114 markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtosəbətlər Şəxs ASC-nin AN və MMİ İdarəsinin həyətyani sahəsində yararsız vəziyyətdə cədvəldə qeyd edilmiş tarixlərdə dayanmışdır, hal-hazırda istismar edilmir. “Təhlükə potensiallı obyektlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər kabinetinin 2001-ci il 10 may tarixli 94 saylı “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunun” 1 №-li əlavəsinin 3-cü bəndində qeyd edilir stasionar şəkildə quraşdırılmış və səyyar yükqaldıran mexanizmləri, eskalatorları, kanat yolları, mexanikləşdirilmiş attraksionları, funikulyorları və liftləri, o cümlədən körpülü, portal və qülləli kranları, vışkaları, sərnişin və yük liftləri, asma sərnişin və yük kanat yolları olan obyektlər təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlərə aiddir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 oktyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydası”nın 6-cı bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”nin 8.11-ci bəndinə uyğun olaraq istismara qəbul edilən təhlükə potensiallı obyektlər onların istismarına başlanıldığı gündən ən geci 30 gün müddətində Agentlikdə dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin 2023-cü il üzrə yoxlama planına uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 23 yanvar 2023-cü il tarilxi KY231882706 nömrəli çıxarışa əsasən Bakı-Quba yolunun 35-ci km-də yerləşən, Şəxs ASC-yə məxsus obyektdə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində yoxlama aparılmışdır. Aparılmış yoxlama zamanı obyektdə istismar olunan iki ədəd **-JV-*** və **-JT-*** dövlət qeydiyyat nişanı olan avtosəbətlərin təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, istismar olunan iki ədəd **-JV- *** və **-JT-*** dövlət qeydiyyat nişanı olan avtosəbətlər işləmə prinsipinə, xüsusiyyətlərinə görə təhlükə potensiallı obyektlərə aid olduğundan İXM-nin 276-1-ci maddəsi ilə Şəxs ASC barəsində tərtib olunan 09 fevral 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Buna görə də Şəxs ASC barəsində İXM-nin 276-1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs ASC-nin nümayəndəsi təmsil etdiyi ASC-nin İXM-nin 276-1-ci maddəsi ilə təqsirsizliyinə dəlalət edən sübut kimi yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarxili aktı təqdim etmişdir. Məhkəmə həmin aktı ASC-nin İXM-nin 276-1-ci maddəsi ilə təqsirsiz olmasına dəlalət edən sübut kimi qəbul etmir və bunu onunla əsaslandırır ki, həmin akt yalnız ASC-nin əməkdaşları tərəfindən, heç bir dövlət orqanının əməkdaşının iştirakı olmadan, ASC-nin maraqlarına uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Şəxs ASC tərəfindən İXM-nin 276-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı sübut olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs ASC İXM-nin 276-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs ASC MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 6.000,00 (altı min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-949/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-949/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver