Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-949/2025 15.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X1 nümayəndəsi və məhkəmə mübahisələri ilə iş sektorunun müdiri X6, “Şəxs” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 192.1-ci maddəsi ilə tərtb edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* №li inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə müəyyən etdi: “Şəxs” barəsində İXM-nin 192.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* №li inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola görə “Şəxs” tərəfindən AR Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq Şahid xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “Şəxs”-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş, bu səbəbdən “Şəxs” barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş ƏƏSMN yanında X8 Xidməti X1 nümayəndəsi və məhkəmə mübahisələri ilə iş sektorunun müdiri Elçin Əliyev izahatında bildirmişdir ki, vətəndaş Şahid ərizə ilə X8 Xidməti X3 müraciət etmiş, ərizəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “Şəxs”-də sürücü işləmiş, həmin dövrdə ona yol vərəqələri verilmiş, bir müddət sonra rəsmi olaraq işə qəbul ediləcəyi bildirilmişdir. Lakin o, işə qəbul edilməmiş, yalnız işlədiyi müddətdə ona əməkhaqqı əvəzinə 160 manat plandan artıq qalan hissə verilmişdir. Qeyd edir ki, sürücülərə gündəlik 160 manat plan qoyulmuş, onlar iş gününün sonununda 160 manatı şirkətə ödəmiş, plandan artıq qalan hissə şirkət tərəfindən sürücülərə ödənilmişdir. Bildirir ki, rəsmi əmək müqaviləsi olan sürücülərə ayın sonunda reysə çıxdığı günlərə görə 8 saat olmaqla hesablanıb onlara əmək haqqı ödənilir. Lakin Şahidla əmək müqaviləsi bağlanmamış, əməkhaqqı verilməmişdir. Müəssisə tərəfindən sonuncuya işə gəlməməsi bildirilmiş, nəticədə aralarında mübahisə yaranmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, “Şəxs” Şahid müəssisənin möhürü ilə təsdiq edilmiş yol vərəqələri vermişdir. Eyni zamanda sonuncu həmin müəssisədə işlədiyini şəxsən təqsdiq etmişdir. X8 Xidməti X4 tərəfindən işə baxılaraq vəzifəli şəxs Nümayəndə barəsində xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərardan narazı qalan Nümayəndə məhkəməyə şikayət vermiş, məhkəminin xx.xx.2025-ci il tarixli ərizə təmin edilməmiş, MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərar dəyişdirlmədən saxlanılmışdır. Həmin şikayətə baxılarkən məhkəmə iclasında Şahid iştirak etmiş, əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyini bildirmişdir. Şahid həmin vaxt izahatında avtobusun sobasının işləmədiyini işə salınmasını, əks halda reysə çıxmayacağını bildirdiyinə görə işdən çıxarıldığını, Elşad adlı dispetçer isə onun içki qəbul etməsinə görə işdən kənarlaşdırıldığını bildirmişdir. Qeyd edilənlərə əsasən protokolu müdafiə edir, məhkəmədən tərtib edilmiş protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: "xxxx" İstehsalat Müəssisəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli yol vərəqəsində sürücü Şahid İsuzu markalı, ** CO *** dövlət nömrə nişanlı avtomobili Sədərək-Binə Ticarət Mərkəzi istiqamətində idarə etmək tapşırığının verildiyi müəyyən edilir. "xxxx" İstehsalat Müəssisəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli yol vərəqəsində sürücü Şahid İsuzu markalı, ** CK *** dövlət nömrə nişanlı avtomobili Sədərək-Binə Ticarət Mərkəzi istiqamətində idarə etmək tapşırığının verildiyi müəyyən edilir. "xxxx" İstehsalat Müəssisəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli yol vərəqəsində sürücü Şahid İsuzu markalı, ** CO *** dövlət nömrə nişanlı avtomobili Sədərək-Binə Ticarət Mərkəzi istiqamətində idarə etmək tapşırığının verildiyi müəyyən edilir. Şahid xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, X8 Xidmətinin X2 başvermiş hadisə barədə həmin tarixdə izahatı alınmışdır. "xxxx" İstehsalat Müəssisəsinin direktoru Nümayəndə X8 Xidmətinin X1 xx.xx.2025ci il tarixli MN ******* saylı qərarı ilə 3000 manat cərimə edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 3(060)-390/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X1 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirlmədən saxlanılmışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndisinin izahatını dinləyib, iş materiallarını əlavə edilmiş və məhkəmə iclasında əldə edilmiş sənədləri araşdıraraq hesab edir ki, "xxxx" İstehsalat Müəssisəsi tərəfindən İXM-nin 192.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlar ilə tam təsdiq edilir. Bu səbəbdən "xxxx" İstehsalat Müəssisəsi İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə iclasında adı çəkilən müəssisinin inzibati məsuliyyətini istisna edən hər hansı hal müəyyən edilməmişdir. İXM-nin 192.1-ci maddəsinə görə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, ƏM-nin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi işçi ilə işəgötürən arasında əmək hüquq münasibətlərini yaradır. ƏM-nin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Normaların məzmunundan aydın olur ki, işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir və bundan sonra tərəflər arasında əmək hüquq münasibətləri yaranır. İXM-nin 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki¸ "xxxx" X7 Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid müəssisədə yol vərəqələrində göstərilən tarixlərdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Müəyyən edilmişdir ki, adı çəkilən müəssisənin direktoru Elşad Quliyev eyni inzibati xətanın törədilməsində təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. İXM-nin 18.5-ci maddəsinə əsasən bu məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilir. Hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İXM-nin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirindən törəyir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin 12 yanvar 2023-cü il qərarında İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyektin (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilməsinin mümkünlüyü qeyd edilmişdir. İXM-nin 3-cü maddəsinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazid xarakterini dərk etmiş, onun zərəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab edilir. Məhkəmə araşdırması zamanı "xxxx" İstehsalat Müəssisəsinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyri və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, "xxxx" İstehsalat Müəssisəsi inzibati məsuliyyətə cəlb edilməli, barəsində minimum həddə cərimə növündə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə qərara aldı: "xxxx" İstehsalat Müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20000 (iyirmi min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-949/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-949/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver