Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-95/2022 06.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxsnun iştirakı ilə, xx.xx.1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 24, ev 6-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən 06.01.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3920/2018 saylı, 24.12.2018-ci il tarixli icra ənədinə əsasən cavabdeh Şəxs 15.000 manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcu tam bağlamamaqla bugünə qədər 5260 manat ödəniş etməklə 9740 manat borcu qalmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 məhkəməyə bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3920/2018 saylı, 15.04.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-13270/2017 saylı, 02.11.2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmişdir. Cavabdeh Şəxs 15000 manat pulun, iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün tərəflərin ümumi olaraq ödədikləri 60 manat dövlət rüsumunun 15 manat hissəsinin tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin Şəxs tərəfindən məhkəmə qərarı icra edilmir. Şəxs 2021-ci ilin iyun ayında 200 manat, iyul ayında 230 manat, avqust ayında 100 manat, 02 dekabr 2021-ci ildə 50 manat, 14 dekabr 2021-ci ildə 150 manat ödəniş etsə də borcu tam ödəməmişdir. Buna görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3920/2018 saylı, 15.04.2019-cu il tarixli icra vərəqəsinə əsasən onun tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-13270/2017 saylı, 02.11.2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmişdir. Ondan 15000 manat pulun, iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün tərəflərin ümumi olaraq ödədikləri 60 manat dövlət rüsumunun 15 manat hissəsinin tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Son iki il ərzində 15 min manat borcundan 5260 manatını ödəmişdir. Yerdə qalan 9740 manatı da hissə-hissə ödəyəcəkdir. Anası xəstədir, gözləri görmür. Heç kimi yoxdur, çox çətinliyə düşmüşdür. Özü də “COVİD-19” virusuna yoluxmuş, 04.12.2021-ci il tarixdə bir ay xəstə yatmışdır. Xəstə ola-ola borcundan ödəmişdir. Tələbkar ondan 100 manat pul tapıb ödəməsini tələb edir. O isə indi pul tapıb ödəyə bilmir. Ona görə də tələbkar onu məhkəməyə vermişdir. O tələbkara yanvar ayının 15-i pul ödəyəcəyini bildirsə də, tələbkar razı deyildir. Çətin ailə vəziyyətini nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi bildirdi ki, Şəxs tələbkara yanvar ayının 15-i ödəniş edəcəyini bildirsə də, tələbkar buna razı deyildir. Onun ailə vəziyyəti çox çətin olduğu üçün ödənişləri vaxtında ödəyə bilmir. Eyni zamanda, borclunun üzrsüz səbəbdən icra sənədini icra etməməsi sübut edilməmişdir. Ona gürə də, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3920/2018 saylı, 15.04.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-13270/2017 saylı, 02.11.2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmişdir. Cavabdeh Şəxs 15000 manat pulun, iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün tərəflərin ümumi olaraq ödədikləri 60 manat dövlət rüsumunun 15 manat hissəsinin tutularaq ona ödənilməsi qət edilmişdir. Borclu tərəfindən ödəniş tam edilməmişdir. Buna görə də barəsində qanunauyğun qərar verilməsini xahiş edir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3920/2018 saylı, 15.04.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 13270/2017 saylı, 02.11.2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmişdir. Cavabdeh Şəxs 15000 manat pulun, iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün tərəflərin ümumi olaraq ödədikləri 60 manat dövlət rüsumunun 15 manat hissəsinin tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Şəxs tərəfindən müxtəlif vaxtlarda ödənişlər edimişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-218/2021 saylı, 18.01.2021-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-577/2021 saylı, 14.09.2021-ci il tarixli qərardadından görünür ki, Şəxs Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-326/2021 saylı, 27.05.2021-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 3(0600-218/2021 saylı, 18 yanvar 2021-ci il tarixli qərarı ləğv edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3920/2018 saylı, 15.04.2019cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-13270/2017 saylı, 02.11.2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmişdir. Cavabdeh Şəxs 15000 manat pulun, iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün tərəflərin ümumi olaraq ödədikləri 60 manat dövlət rüsumunun 15 manat hissəsinin tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borc tam ödənilməmişdir. Buna görə də, icra məmuru tərəfindən həmin borcun qərəzli olaraq ödənilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxsnun hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Müəyyən edilmişdir ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3920/21 saylı, 15.04.2019-cu il tarixli icra vərəqəsi ilə təyin edilmiş borcu ödəməmişdir. Protokolda göstərildiyi kimi, onun üzrsüz səbəbdən icra sənədi üzrə borcunu ödəməməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir, icra işində də belə sübut yoxdur. Eyni zamanda, icra işindəki məlumatlardan görünür ki, borclu mütəmadi olaraq ödənişlər edir, onun icra sənədi üzrə borcunu tam ödəmək imkanında olması, lakin borcu ödəməməsi təsdiq edilmir Ona görə də, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi təsdiq edilmir və onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxsnun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-95/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-95/2022
06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver