Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-950/2025 19.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə icraat başlamış Masallı rayon prokurorunun köməkçisi X12, Zərərçəkmiş şəxs X3 iştirakları ilə, Masallı rayon prokuroru Vəli Mustafayevin 11 aprel 2025-ci il tarixli qərarı ilə “R+C- TRANS” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon prokuroru Vəli Mustafayevin 11 aprel 2025-ci il tarixli qərarı ilə “R+C- TRANS” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Prokurorun qəbul etdiyi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən Hüquqi şəxs “R+C-TRANS MMC” (VÖEN: **********) təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs - direktoru X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq X8 ilə əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək Gülbala Kərimovu 2024-cü ilin sentyabr ayının 5-dən 27 gün müddətində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Masallı rayon Qasımlı kəndində internet xətlərinin çəkilməsi kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar X7 və X3 izahatları, həmçinin 27 mart 2025-ci il tarixli baxış protokolu ilə tam təsdiqini tapmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə rəsmi və şifahi qaydada məlumat verilməsinə baxmayaraq “R+C-TRANS” MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə “R+C-TRANS” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə icraat başlamış Masallı rayon prokurorunun köməkçisi X16 inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərarının məzmununa uyğun çıxış etmiş, həmçinin, “R+C-TRANS” MMC-nin vəzifəli şəxsi qismində X4 Azərbaycan Respublikasının 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində inzibati cərimə edildiyini bildirmiş, “R+C-TRANS” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 bildirmişdir ki, fəhləliklə məşğul olmuşdur. 2024-cü ilin 05 sentyabr tarixində Qasımlı kəndində qardaşına məxsus mağazanın qabağında olarkən tanımadığı şəxs ona yaxınlaşaraq özünü "xxxx" MMC-nin yanına "xxxx" QSC-nin işçisi kimi təqdim edərək ona internet xəttlərinin çəkildiyini, işçi lazım olduğunu və onlarla birlikdə işləməyi təklif etmişdir. O da işsiz olduğu üçün qəbul etmiş, daha sonra həmin şəxsin Ramil Məhərrəmov olduğunu öyrənmiş, elə həmin gün işə başlamışdır. Onun işi internet xətlərini dirəklər vasitəsilə çəkmək olmuşdur. İşləyən zaman rəhbəri Rzaxan adlı şəxs olmuşdur. Rzaxanla şifahi danışıq zamanı o, işlədiyi müddətdə günə 40 manat məvacib alacağı barədə razılaşmışdır. Lakin sentyabr ayının 27-dək işləsə də, ona zəhmət haqqı verilməmişdir. O, pulu verilmədiyi üçün işi dayandırdıqdan sonra, ona 2024-cü ilin oktyabr ayında 50 manat, 2025-ci ilin yanvar ayında 50 olmaqla cəmi 100 pul ödənilmişdir. O, dəfələrlə pulunun ödənilməsilə bağlı Rzaxan və Ramilə müraciət etsə də, Rzaxan müxtəlif bəhanələrlə ona pulun ödəniləcəyini desə də, aylardır zəhmət haqqını verməmişdir. Rzaxan Məmmədov onu əmək müqaviləsi olmadan işlətmiş və əmək hüquqlarını pozmuşdur. İşə qəbul olan zaman onunla heç bir müqavilə bağlanmamışdır. O, pulunun qaytarılmasını tələb etdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, “R+C-TRANS” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi həm qanuni qüvvədə olmaqla hazırki iş üzrə preyudisial hüquqi əhəmiyyətə malik inzibati tənbeh vermə haqqında qərarla, həm də iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən hüquqi şəxs “R+C-TRANS MMC” (VÖEN: **********) (hüquqi ünvanı ünvan 1 İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən toplanmış 63-C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X1 rayon prokurorluğunda verdiyi izahatında bildirmişdir ki, o, “R+C Trans” MMC-nin direktoru vəzifəsində işləmiş, “R+C Trans” MMC "xxxx" MMC-nin rəsmi podratçısı olmuşdur, əsas işi layihələr üzrə respublika ərazisində internet xətləri çəkməkdən ibarət olmuş, şirkət 2024-cü ilin fevral ayında Masallı rayonu ərazisində internet xətləri çəkmək üçün sifariş qəbul etmiş və 19 kənd ərazisində internet xətləri çəkmiş, onlardan biri də rayonun Qasımlı kəndi ərazisi olmuş, internet xətləri çəkilmiş və həmin ərazidə nəzarəti tanışı Ramin Məhərrəmova həvalə etmişdir. Ramin işçiləri tapıb özü razılaşaraq işlətmiş, lakin, vaxtı vaxtında zəhmət haqlarını vermişdir. 2024-cü ilin sentyabr ayından sonra maddi vəziyyəti zəif olduğundan işçilərin əmək haqları gecikməyə başlamışdır. Gülbala Kərimovu da qiyabi tanımış, onu da Ramin Məhərrəmov tapmış və iş vermişdir. Gülbala qısa müddət ərzində işləmiş, şirkətin maddi sıxıntıları səbəbilə əmək haqqısı gecikmişdir. Əlavə olaraq bildirmişdir ki, Ramin Məhərrəmov direktoru olduğu şirkətdə işləmirmiş, sadəcə tanışı imiş və bu işləri bildiyi üçün şifahi xahişi əsasında xətlərin çəkilməsinə işçilərin tapılmasına kömək etmiş və əmək müqaviləsi olmamışdır. Baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Masallı rayon prokurorunun köməkçisi Elvin Yunuslu tərəfindən Elektron prokurorluq informasiya sisteminə X3 əmək müqaviləsinin olub-olmamasını yoxlamaq məqsədilə baxış keçirilmiş və Gülbala Kərimova məxsus hər hansı əmək müqaviləsi aşkar edilməmişdir. 14 fevral 2024-cü il tarixli podrat müqaviləsinə əsasən X6 şəxsində təmsil olunan “X11” QSC ilə direktor X4 şəxsində təmsil olunan “R+C-TRANS” MMC arasında müqavilə bağlanmışdır. Telefon danışığı barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Masallı rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X16 həmin tarixdə saat 12:05-də Ramil Məhərrəmovun istifadəsində olan “***-***-**-**” mobil nömrəsinin “Whatsapp" mobil tətbiqinə izahat verməyə dəvət etmək məqsədi ilə zəng etmiş, telefon danışığı zamanı Ramil Məhərrəmov rayonda olmadığı üçün gəlib izahat verə bilməyəcəyini qeyd edərək, şikayətçi Gülbala Kərimovu tanıdığını, Masallı rayon Qasımlı kəndində 2024-cü ilin sentyabr ayında internet xətləri çəkmək üçün fəhlə kimi işlədiyini bildirmiş, Rzaxan Məmmədovu tanıdığını, onun podratçı şirkətin rəhbəri olduğunu, Rzaxan Məmmədovun onu da işlədib, lakin pulunu vermədiyini, Rzaxan Məmmədovun işçiləri ilə əmək müqaviləsinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında təqdim edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Əmək Müfəttişliyi Xidmətinin Lənkəran Astara Regional şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X8, “R+C-TRANS” MMC-də əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Belə ki, barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, “R+C-TRANS” MMC-nin direktoru zərərçəkmiş şəxs X5 qiyabi tanıdığını, qısa müddətdə sonuncunun şirkətdə işlədiyini, maddi sıxıntı səbəbindən əmək haqqının gecikdiyini bildirmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, eyni fakta görə artıq «R+C-TRANS” MMC-nin direktoru X7 vəzifəli şəxs kimi X15 Xidməti tərəfindən inzibati cərimə edilmiş, həmin inzibati tənbeh tətbiq etmə barədə qərar isə hazırda qanuni qüvvədə olmaqla hazırki iş üzrə preyudisial hüquqi əhəmiyyət daşıyır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Həmin Məcəllənin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur. Məhkəmə preyudisiya ilə bağlı Azərbaycan Respublikası İXM-də normaların olmaması səbəbindən hazırki inzibati xəta haqqında iş üzrə qərarında Azərbaycan Respublikası CPM-nin qeyd edilən normalarına Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında olan hüquqi mövqeyinə uyğun olaraq istinad edir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, “R+C-TRANS” MMCnin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi X4 Masallı rayon prokurorluğunda verdiyi izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, inzibati tənbeh vermə haqqında qərarla, həm də iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, “R+C-TRANS” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. İnzibati tənbeh tədbiri tətbiq edilərkən “R+C-TRANS” MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını, xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, “R+C-TRANS” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 43, 48- 50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “R+C-TRANS” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-950/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-950/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver