Məhkəmə qərarları › İş №3(060)-952/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-952/2022

15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-952/2022 15.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, İİ qrup əlil, İkinci Qarabağ müharibəsi iştirakçısı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 15 aprel 2022-ci il tarixli MN №li ******* seriyalı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 14.04.2022-ci il tarixdə Şəxs saat 11:30 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində Zərərçəkmiş şəxs nəlayiq ifadələrlə təhqir etmişdir. Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 15 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi X6 tərtib etdiyi inzibati protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, 2020-ci ildə 2ci Qarabağ Müharibəsi zamanı hərbi hissə komandirinin müavini kimi mayor rütbəsi ilə döyüşlərdə iştirak etmiş və hərbi əməliyyatlar zamanı sol ayağından xəsarət alaraq ayağını itirmişdir. 2-ci qrup əlil kimi hal-hazırda təqaüddədir. 14.04.2022-ci il tarixdə saat təxminən 11:30 radələrində idarə etdiyi “Hyundai-Sonata” markalı **-XU-*** d.n.n avtomobil ilə Sumqayıt şəhəri, Sülh küçəsi ilə üzü Sumqayıt şəhər dairəsi istiqamətində hərəkətdə olan zaman qarşısında hərəkətdə olan tanımadığı şəxs idarə etdiyi “Mercedes” markalı avtomobil ilə ona yol verməyi üçün o, dəfələrlə adını sonradan bildiyi Zərərçəkmiş şəxs işıq siqnalları ilə xəbərdar etmiş, lakin Zərərçəkmiş şəxs yenə də ona yol vermədiyi üçün o Zərərçəkmiş şəxs səs siqnalı ilə siqnal verdikdən sonra Zərərçəkmiş şəxs maşını kənara çəkdi. O, Zərərçəkmiş şəxs yanından keçən zaman ona “sürə bilmirsən sürmə” demişdir. Daha sonra o, əsəbləşib Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qarşısıda maşını asta sürətlə sürməyə başlamış və “Sülh” küçəsində təzə məhkəmə binasının qarşısında olan işıqforun qırmızı işığında maşını saxlamış, Zərərçəkmiş şəxs da maşını onun maşınının arxasında saxlamışdır. Sonra o, əsəbi olduğu üçün maşından düşüb Zərərçəkmiş şəxs öz iradını bildirmişdir. Qeyd olunan inzibati xəta ilə bağlı onun heç bir əlaqəsinin olmdığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, 14.04.2022-ci il tarixdə saat təxminən 11:30 radələrində idarə etdiyi “Mercedes A 60” markalı **-SA-*** d.n.n avtomobil ilə Sumqayıt şəhəri, Sülh küçəsi ilə üzü Sumqayıt şəhər dairəsi istiqamətində hərəkətdə olan zaman o, yolun sol zolağında olarkən arxasında hərəkətdə olan adını sonradan bildiyi Şəxs işıq siqnalları ilə ondan yol istəmiş və həmin an o, avtomobili sola çəkərək ona yol vermişdir. Şəxs öz avtomobili ilə bir qədər getdikdən sonra ona əl-qol hərəkətləri edərək yoluna davam etmişdir. Onun bu hərəkətindən sonra o, da avtomobilin şüşəsini açaraq ona qarçılıqlı cavab vermişdir. Daha sonra Şəxs işıqforun qırmızı işığında avtomobilini saxlayaraq avtomobilindən enmiş, ona yaxınlaşamış və onu təhqir etmişdir. Lakin qeyd olunanlara baxmayaraq hal-hazırda Şəxs İkinci Qarabağ müharibəsi iştirakçısı olmasını, hərbi əməliyyatlar zamanı böyük şücayət göstərməsini və sol ayağından xəsarət alaraq ayağını itirməsini nəzərə alaraq ona qarşı şikayət və tələbi yoxdur. Bu barədə yazılı əizəsini məhkəməyə təqdim edərək Şəxs barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokol tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510 maddəsi ilə başlanılmış inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs Aprel döyüşləri və ya Dördgünlük müharibə və İkinci Qarabağ müharibəsi iştirakçısı olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş şəxs X2 Şəxs qarşı şikayət və tələbinin olmamasını və həmçinin Şəxs Aprel döyüşləri və İkinci Qarabağ müharibəsi iştirakçısı olmasını, hərbi əməliyyatlar zamanı böyük şücayət göstərməsini və sol ayağından xəsarət alaraq ayağını itirməsini, həmçinin onun əməlində xırda xuliqanlıq xətasının tərkibinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməlidir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar