Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-959/2022 18.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X4 iştirakları ilə, xx.xx.1954-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri Üzrə İcra İdarəsinin icra məmuru X10 tərəfindən 18.04.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-57/2008 saylı, 06.05.2008-ci il tarixli icra sənədini icra etməyərək, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 tərəfindən 18.04.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş inzibati materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 18.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X10 məhkəməyə bildirdi ki, Şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-57/2008 saylı, 06.05.2008-ci il tarixli icra vərəqəsinə əsasən iş üzrə mülki iddiaların təmin edilməsitəqsirləndirilən şəxs Şəxs alınıb zərərçəkmiş şəxslər X2 32.100 dollar- Azərbaycan Respublikası Milli pul vahidi ilə 29.273 manat 12 qəpik, X5 26.000 dollar- Azərbaycan Respublikası Milli pul vahidi ilə 22.100 manat, X12 7000 dollar- Azərbaycan Respublikası Milli pul vahidi ilə 6402 manat 3 qəpik, X3 17940 dollar- Azərbaycan Respublikası Milli pul vahidi ilə 14.866 manat 5 qəpik, X9 5000 dollar-Azərbaycan Respublikası Milli pul vahidi ilə 4595 manat, Вaxışova Zərbəyim Alxas qızına 4000 dollar- Azərbaycan Respublikası Milli pul vahidi ilə 3606 manat 4 qəpik, X13 13.000 dollar- Azərbaycan Respublikası Milli pul vahidi ilə 11.993 manat, X7 17 000 dollar - Azərbaycan Respublikası Milli pul vahidi ilə-15.340 manat 10 qəpik – ziyanın ödənilməsi hökm edilmişdir. Təqsirləndirilən şəxs Şəxs olan borcundan tələbkarların xeyrinə 1630 manat ödəniş etmişdir. Qalan borcunu isə ödəməkdən yayındığı üçün barəsində axtarış elan edilmişdir. X1 isə şikayət edərək icra sənədinin icra olunması tələb etmişdir. Ona görə də, borclu barəsində qeyd edilən inzibati xəta haqında protokol tərtib edilmişdir. məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)- 57/2008 saylı, 06.05.2008-ci il tarixli icra vərəqəsinə əsasən iş üzrə mülki iddiaların təmin edilməsi- ondan alınıb zərərçəkmiş şəxslər X2 32.100 dollar- Azərbaycan Respublikası Milli pul vahidi ilə 29.273 manat 12 qəpik, X5 26.000 dollar- Azərbaycan Respublikası Milli pul vahidi ilə 22.100 manat, X12 7000 dollar- Azərbaycan Respublikası Milli pul vahidi ilə 6402 manat 3 qəpik, X3 17940 dollar- Azərbaycan Respublikası Milli pul vahidi ilə 14.866 manat 5 qəpik, X9 5000 dollar-Azərbaycan Respublikası Milli pul vahidi ilə 4595 manat, Вaxışova Zərbəyim Alxas qızına 4000 dollar- Azərbaycan Respublikası Milli pul vahidi ilə 3606 manat 4 qəpik, X13 13.000 dollar- Azərbaycan Respublikası Milli pul vahidi ilə 11.993 manat, X7 17 000 dollar - Azərbaycan Respublikası Milli pul vahidi ilə-15.340 manat 10 qəpik – ziyanın ödənilməsi hökm edilmişdir. O 2008-ci ildən təqaüddədir və tutulan borc hər ay onun təqaüdündən çıxılır. X7 olan borcundan hər ay 80 manat ödəyir. Bundan artığını ödəməyə imkanı yoxdur. Qalan borcunu yalnız hissə-hissə ödəyə bilər. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan bildirişdən görünür ki, Şəxs icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi tələb edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da, ödəniş etməmişdir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmaadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və 500 (beş yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-959/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-959/2022
18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver