Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-960/2025 01.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nın 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* seriya №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, “VAZ 21150 MİNİK markalı”, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:16 radələrində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, buna görə saxlanılmış, yoxlama zamanı narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğu üçün tibbi müayinədən keçirilmiş, nəticədə narkotik vasitə istifadə etməsi faktı aşkar olunmuşdur. Sumqayıt Şəhər Dövlət X3 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş yol patrul xidməti inspektoru Ramin Məmmədov izahatında bildirmişdir ki, Sahil küçəsində Şəxs idarə etdiyi avtomobili saxlamış, onun narkotik vasitə istifadə etdiyindən şübhələndiyi üçün sonuncu tibbi müayinəyə aparılmışdır. Müayinə nəticəsində Şəxs psixotrop maddə- metamfetamin istifadə etməsi faktı müəyyən edilmişdir. Tərtib etdiyi protokolu müdafiə etdiyini, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, o psixotrop maddə istifadəçisi deyildir və bu vaxta qədər psixotrop maddədən bir dəfə istifadə etmişdir. Belə ki, metamfetamini sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikası vətandaşından alaraq istifadə etmişdir. Həmin şəxsin kart hesabına 40 manat məbləğində pul göndərmiş, psixotrop maddə metamfetamini qohumu ilə birlikdə gedib təyin edilmiş ünvandan götürmüş və metamfetamindən avtomobilində istifadə etmişdir. Polis əməkdaşları tərəfindən Novxanı dairəsini keçdikdən sonra Sahil küçəsində saxlanılmışdır. Müayinə üçün ondan nümunə götürülmüş və o, rəylə tanış olmuşdur. Etdiyi əməldən özünü təqsirli bilir, rəsmi iş yeri yoxdur, taxsi fəaliyyəti ilə məşğul olur, əməlindən peşmandır. Barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli, 1923 nömrəli aktdan görünür ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə, saat 09:15-də müayinə olunmuş, ekspress test üsulu ilə müayinə zamanı metamfetamin qəbul etməsi faktı aşkar edilmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə haqqında” 1923 nömrəli protokoldan görünür ki, “VAZ 21150” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs şübhəli olduğu üçün müayinəyə göndərilmişdir. 01 aprel 2025-ci il tarixli “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” akta əsasən Şəxs məxsus “VAZ 21150” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şəxs narkotik vasitə qəbul etdiyini etiraf etmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünür ki, Şəxs Qanunun göstərilən tələblərini pozaraq, avtomobili narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında protokolla, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli, 1923 nömrəli aktla, iş materiallarında olan digər sənədlərlə, o cümlədən məhkəmə iclasında etirafedici izahatı ilə öz təsdiqini tapır. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə göstərilmişdir ki, Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. İXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Maddənin “Qeyd”inə əsasən Xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxs nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyətində idarə etdiyinə görə İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 333-1.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə vurğulayır ki, Şəxs psixotrop maddədən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməklə nəinki özünün, o cümlədən yol hərəkətinin digər iştirakçılarının da həyatını risk və təhlükə altına atmışdır. Məhkəmə Şəxs narkotik vasitədən və ya psixotrop maddədən indiyədək bir dəfə istifadə etməsi barədə verdiyi izahatına tənqidi yanaşır və hesab edir ki, sonuncu məsuliyyətini yüngüllüşdirmək məqsədilə bu məzmunda izahat vermişdir. Belə ki, Şəxs sosial şəbəkə vasitəsilə İran İslam Respublikası vətəndaşı ilə tanış olub ondan narkotik vasitə və ya psixotrop maddə əldə etməsi onun şəxsiyyətini xarakterizə edən hal kimi qiymətləndirilməli, onun dəfələrlə narkotik vasitədən istifadə etməsi istisna edilməməlidir. Göründüyü kimi Şəxs taksi sürücüsü kimi sərxoş halda sərnişin daşıma fəaliyyəti ilə məşğul olaraq gün ərzində nəinki özünün, o cümlədən sərnişinlərinin və yol hərəkətinin digər iştirakçılarının həyat və sağlamlığnını ciddi təhlükə altına alır. Beləliklə, məhkəmə qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirin dərəcəsini, əmlak vəziyyətini, o cümlədən həm Şəxs, həm də digər sürücülər tərəfindən gələcəkdə eyniməzmunlu inzibati xətanın törədilməsinin qarşısının alınmasının təmini məqsədilə sonuncunun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnu məhdudlaşdırma növündə tənbeh verilməsini məqsədəuyğun hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinsin, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 08 (səkkiz) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-960/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-960/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver