Məhkəmə qərarları › İş №3(060)-963/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-963/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-963/2024 10.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qararından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X11 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X10 tərəfindən verilmiş şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Vəkil bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmət Abşeron-Xızı regional şöbəsinin 26 aprel 2024-cü il tarixli, MN seriyalı ******* Qərarı ilə Sumqayıt şəhəri, 50 nömrəli körpələr evi-uşaq bağçasının müdiri X10 Azərbaycan Respublikasının İXM-ln 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat cərimə olunmuşdur. Sumqayıt şəhəri 50 nömrəli körpələr evi-uşaq bağçasının müdiri X10 barəsində Azərbaycan Respublikasının İXM-ın 555.1-ci maddəsi ilə təqsirli bilinmişdir ona görə ki, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri 50 nömrəli körpələr evi-uşaq bağçasının gözətçisi X7 iş yerində olarkən qan təzyiqi qalxdığı üçün müvazinətini itirərək yerə yıxılmış, nəticədə alın hissəsi sıyrılmışdır. İş yoldaşı tərəfindən çağırılmış X19 maşını onu X19 stansiyasına aparmış, orada müəyyən edilmişdir ki, X7 iş vaxtı qəflətən yaranmış qan təzyiqi qalxması səbəbindən hərəkətlərinin koordinasiyasının pozulması səbəbindən müvazinətini itirərək yerə yıxılmış, tibbi yardım göstərildikdən sonra X7 qısa müddətdən sonra iş yerinə qayıtmış və işini davam etdirmişdir. Hadisə barədə Sumqayıt şəhəri 50 nömrəli körpələr evi-uşaq bağçasının müdiri X8 işçilər tərəfindən məlumat verilmiş, o, isə öz növbəsində dərhal işçiyə X19ın göstərilməsini təşkil və təmin etmişdir. X10 baş verən hadisəni istehsalatda baş verən bədbəxt hadisə hesab etmədiyindən, özündə hər hansı inzibatı orqana məlumat vermək öhdəliyinin olmadığını bilmişdir. Hesab edir ki, X16 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin rəisi məsələ ilə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, nəticədə əsassız və qanunsuz qərar qəbul edərək, X9 cərimə etmişdir. Belə ki, DƏMX-nın Abşeron-Xızı regional Şöbəsinin rəisinin tərtib etdiyi qərarda qeyd edilmişdir ki, Sumqayıt şəhəri 50 nömrəli körpələr evi-uşaq bağçasının müdiri X10 vətəndaş X7 ilə iş vaxtı baş vermiş hadisə barədə X16 Xidmətinə heç bır məlumat verməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin, qərarı qəbul edən şəxs nəzərə almamışdır ki, hadisənin baş vermə səbəbi ilə Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinin dispozisiyasında qeyd olunanlarla heç bir səbəbli əlaqəsi yoxdur. Belə ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə Qərarın qəbul olunmasına əsas X4 iş vaxtı şəxsi məqsədləri üçün, yəni idman hərəkətləri - qısa məsafəli intensiv yürüş edərkən qəflətən yaranmış qan təzyiqinin qalxması səbəbindən hərəkətlərinin koordinasiyasının pozulması səbəbindən müvazinatını itirərək yerə yıxılması olmuşdur. Müdiri olaraq, X1 Oqtay Rizvan oğlu ilə söhbət edərkən hansı səbəbdən hadisənin baş verməsini ondan soruşduqda, Oqtay ona bildirmişdir ki, bu gün işə gələrkən özü ilə gətirdiyi yağlı yeməyi yedikdən qısa müddət sonra başında və boynunda ağrılar hiss etmiş, bu səbəbdən də bağçanın həyətində idman hərəkətləri - qısa məsafəli intensiv yürüş edərkən qəflətən yaranmış təzyiqinin qalxması səbəbindən hərəkətlərinin koordinasiyasının pozulması səbəbindən müvazinətini itirərək yerə yıxılmışdır. Göründüyü kimi, Sumqayıt şəhəri 50 nömrəli körpələr evi-uşaq bağçasının gözətçisi X4 işə gələrkən özü ilə gətirdiyi yağlı yeməyi yedikdən qısa müddət sonra başında və boynunda ağrılar hiss edərək, bu səbəbdən də bağçanın həyətində idman hərəkətləri - qısa məsafəli intensiv yürüş edərkən qəflətən yaranmış təzyiqinin qalxması və hərəkətlərinin koordinasiyasının pozulması səbəbindən müvazinətini itirərək yerə yıxılması əmək fəaliyyəti və istehsalatla bağlı deyildir, bu səbəbdən də istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulmasını nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyət nəzərdə tutmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının” təsdiq edilməsi haqqında 27 nömrəli Qərarının 1.4-cü bəndinin tələbinə görə istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən həmin bənddə göstərilən hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmləşdirilmir və uçota alınmır. Göründüyü kimi, X5 hərəkətlərində inzibati xətanın əlamətlərinin olmadığı və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halın olmasına baxmayaraq, əsassız və qanunsuz olaraq inzibati xəta haqqında iş başlanılmış və X10 barəsində Qərar qəbul edərək cərimə olunmuşdur.Ona görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş 26 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilərək inzibati xəta üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X15 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri 50 nömrəli körpələr evi-uşaq bağçasının gözətçisi X7 iş yerində olarkən qan təzyiqi qalxdığı üçün müvazinətini itirərək yerə yıxılmış, nəticədə alın hissəsi sıyrılmış və iş yoldaşı tərəfindən çağırılmış X19 maşını onu X19 stansiyasına aparmışdır. İşəgötürən istənilən halda baş vermiş hadisə ilə bağlı həmin gündən gec olmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı regional şöbəsinə məlumat verməli olduğu halda məlumat verməmiş, həmin hadisə barədə X19 Xəstəxanasından məlumat daxil olmuş və hadisə ilə bağlı sənədlər işə götürən tərəfindən bir aydan sonra X16 Xidmətinin Abşeron Xızı regional şöbəsinə göndərilmişdir. Araşdırma aparılmış və X5 əməlində Azərbaycan Respublikası İXM-nin 155.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında X10 Azərbaycan Respublikası İXM-nin 155.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş 26 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərar ilə 1000 (bir min) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş 26 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verərək bildirdi ki, Sumqayıt şəhəri 50 nömrəli körpələr evi-uşaq bağçasında gözətçisi vəzifəsində işləyir. O, bir gündən bir işə çıxır və saat 18:00-dan səhər saat 08:00-a kimi iş yerində olur. xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində iş yerində olarkən özü ilə gətirdiyi yağlı yeməyi yedikdən qısa müddət sonra başında və boynunda ağrılar hiss etmiş, bu səbəbdən də bağçanın həyətində idman hərəkətləri - qısa məsafəli intensiv yürüş edərkən qəflətən yaranmış təzyiqinin qalxması səbəbindən hərəkətlərinin koordinasiyasının pozulması səbəbindən müvazinətini itirərək yerə yıxılmış, nəticədə alın hissəsi sıyrılmış və iş yoldaşı tərəfindən çağırılmış X19 maşını onu X19 stansiyasına aparmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokoldan görünür ki, vətəndaş X7 ilə iş vaxtı baş vermiş hadisə barədə Sumqayıt şəhəri 50 nömrəli körpələr evi-uşaq bağçasının işəgötürəni tərəfindən X16 Xidmətinə heç bir məlumat verilməmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, istehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına (X16 Xidmətinə) bu barədə məlumat verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən Sumqayıt şəhəri 50 nömrəli körpələr evi-uşaq bağçasının rəhbərliyinə ünvanlanmış bildirişdən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması barədə “Sumqayıt Tibb Mərkəzi” Təcili və X13 Stansiyası tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə daxil olmuş xx.xx.2024-cü il tarixli məlumat Xidmətin Abşeron Xızı regional şöbəsində ilkin araşdırılır. X16 Xidmətinin Abşeron Xızı regional şöbəsi daxil olmuş məlumat və sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 11:00-da X16 Xidmətinin Abşeron Xızı regional şöbəsinə dəvət olunmuşlar. İş materiallarında olan poçt göndərişlərinin izlənməsi barədə çıxarışdan görünür ki, göndərilən bildiriş xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri 50 nömrəli körpələr evi-uşaq bağçasına çatdırılmışdır. İş materiallarında olan həkim Bağırova tərəfindən X16 Xidməti İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar daxil olan xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə saat 17:03 radələrində iş zamanı yıxılıb başından qan açılması barədə məlumat verilmişdir. İş materiallarında olan işəgötürən Sumqayıt şəhəri 50 nömrəli körpələr evi-uşaq bağçasının müdiri X10 ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdən Sumqayıt şəhəri 50 nömrəli körpələr evi-uşaq bağçasına gözətçi vəzivəsinə qəbul edilmişdir və onun iş saatı 16:00-da başlanır, saat 24:00-da bitir. Azərbaycan Respublikası İXM-nin 155.1-ci maddəsinə əsasən İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırıb hesab edir ki, qərardan şikayət vermiş şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 155.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş 26 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilərək inzibati xəta üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası xitam verilməsinə dair şikayəti təmin edilməməlidir. Belə ki, qərardan şikayət vermiş şəxs X5 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Vəkil izahatında xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri 50 nömrəli körpələr evi-uşaq bağçasının gözətçisi X7 iş yerində olarkən iş saatı başlamadan, yəni 18:00-dan əvvəl qan təzyiqi qalxdığı üçün müvazinətini itirərək yerə yıxılmasını və nəticədə alın hissəsi sıyrıldığını bildirsə də, iş materiallarında olan işəgötürən Sumqayıt şəhəri 50 nömrəli körpələr evi-uşaq bağçasının müdiri X10 ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdən Sumqayıt şəhəri 50 nömrəli körpələr evi-uşaq bağçasına gözətçi vəzivəsinə qəbul edilmişdir və onun iş saatı 16:00-da başlamış, saat 24:00-da bitmişdir. Əmək müqaviləsində göstərilən işin başlama saatında görünür ki, X7 yıxılıb xəsarət alarkən o, vəzifəsini icra etmişdir. Eyni zamanda vəkil bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının” təsdiq edilməsi haqqında 27 nömrəli Qərarının 1.4-cü bəndinin tələbinə görə istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən həmin bənddə göstərilən hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmləşdirilmir və uçota alınmır. Ona görə də, X2 Əmək Müfəttişliyi Xidmətinin Abşeron Xızı regional şöbəsinə məlumat verməmişdir. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməmədikdə həmin əməl Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddənin təsir dairəsinə düşür, yəni hadisənin araşdırılması üçün işəgötürən tərəfindən həmin gün X16 Xidmətinin Abşeron Xızı regional şöbəsinə məlumat verilməli idi. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş 26 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş 26 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından vermiş olduğu şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş 26 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X10 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar