Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-964/2024 27.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Şəxs Firmasının direktoru Namiq Rüstəmovun və onun müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi “ŞİMAL” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Şəxs Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs Firması barəsində inzibati xəta haqqında 26 aprel 2024-cü il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs firması (VQEN:**********) tərəfindən xx.xx.2023-cü il tarixli, **********0280 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Gömrük İdarəsində alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların Şəxs firmasının Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan, ümumilikdə 8002,50 (səkkiz min iki dollar əlli sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. Buna görə də, «QRANİT” Firması barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs Firmasının direktoru Namiq Rüstəmov izahatında bildirmişdir ki, protokol əsassızdır. Şəxs Firması barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda göstərilən 8002,50 (səkkiz min iki dollar əlli sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin Şəxs Firması tərəfindən müvəkkil bank hesabına köçürülməməsinə səbəb kimi qeyd etmək istəyir ki, direktoru olduğu Şəxs Firması ilə Gürcüstan Respublikasında yerləşən “NRG GEORGİA” LTD şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli 2023/032 saylı müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixdə sifariş verilən malların pulu göndərilmişdir. Politilen istehsal olunurdu, ixrac edilmiş və bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Gürcüstan Respublikasından pul geri qaytarılmışdır. Sadəcə olaraq qarşı tərəfin göndərdiyi ödəniş tapşırığında invoysun nömrəsi səhv göstərilmişdir. Məhsulun adı və rəqəmi düz göstərilmiş, lakin invoysun nömrəsi səhv yazılmışdır. Ona görə də, müvəkkil bank hesabı bağlaya bilmir. Gürcüstan Respublikasında olan şirkətdən invoysun nömrəsinə düzəliş edilməsi barədə Şəxs Firması tərəfindən müraciət olunmuşdur, lakin valyuta ABŞ dolları olduğundan Gürcüstan Bankı həmin düzəlişi təsdiq edib Azərbaycana göndərilməlidir. "xxxx" QSC tərəfindən Şəxs Firmasına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" QSC-də olan USD hesablaşma hesabınıza xx.xx.2023-cü il tarixində Gürcüstanda fəaliyyət göstərən “NRG GEORGİA” LTD şirkətindən 8,002,50 USD vəsait daxil olmuşdur. Beləliklə də, Şəxs Firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Ona görə də, Şəxs Firmasına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə açılmış inzibati xətaya dair icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta olmadığına görə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs Firmasının müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi “ŞİMAL” Vəkil Bürosunun vəkili X2 da Şəxs Firmasının direktoru Namiq Rüstəmov ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin 26 aprel 2024-cü il tarixli, EP № ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan Şəxs Firması tərəfindən “NRG GEORGİA” LTD şirkətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdab görünür ki, Şəxs Firması “NRG GEORGİA” LTD şirkətinə ödəniş tapşırığına düzəliş etməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən Şəxs Firmasına ünvanlanmış xx.xx.2024cü il tarixli məktubdan görünür ki, "xxxx" QSC-də olan USD hesablaşma hesabınıza xx.xx.2023-cü il tarixində Gürcüstanda fəaliyyət göstərən “NRG GEORGİA” LTD şirkətindən 8,002,50 USD vəsait daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 483-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, "İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxmından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.) Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər." Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Firması ilə Gürcüstan Respublikasında yerləşən “NRG GEORGİA” LTD şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli 2023/032 saylı müqavilə bağlanmış, xx.xx.2023-cü il tarixdə 8002,50 (səkkiz min iki dollar əlli sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitini həmin şirkətə köçürülmüş, bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Gürcüstan Respublikasından pul geri qaytarılmışdır. Sadəcə olaraq qarşı tərəfin göndərdiyi ödəniş tapşırığında invoysun nömrəsi səhv göstərilmişdir. Ona görə də, müvəkkil bank hesabı bağlaya bilməmişdir. Həmçinin "xxxx" QSC tərəfindən Şəxs Firmasına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" QSC-də olan USD hesablaşma hesabınıza xx.xx.2023-cü il tarixində Gürcüstanda fəaliyyət göstərən “NRG GEORGİA” LTD şirkətindən 8,002,50 USD vəsait daxil olmuşdur. Ona görə də, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs Firmasının barəsində tərtib edilmiş 26 aprel 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta olmadığına görə xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs firması barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 26 aprel 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-964/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-964/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver