Məhkəmə qərarları › İş №3(060)-965/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-965/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-965/2024 20.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə , Nərimanov Rayon Dövlət X5 xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Nərimanov Rayon Dövlət X5 xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X3 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 14:30 radələrində etibarnamə ilə idarə etdiyi “İSUZU” markalı **-JK-*** dövlət qeydiyyat nişanı olan avtomobillə Bakı Şəhəri Nərimanov Rayonu Təbriz küçəsi ərazisində yerləşən “Bakı Kongres Mərkəzinə” yük gətirmişdir. Həmin Mərkəzin mühafizəçisinə gəldiyini bildirdikdən sonra mühafizəçi mərkəzin qarşısındakı girişi qadağan edən maneəni endirmişdir. Bundan sonra o, irəli doğru hərəkət edərkən zaman mühafizəçi səhvən qadağan edən maneəni işə salaraq maneəni yenidən qaldırmış, bu səbəbdəm o, idarə etdiyi avtomobilin təkər hissəsi həmin maneəyə dəymişdir. O, dərhal avtomobili saxlamış, Bakı Kongres Mərkəzinin əməkdaşları ona yaxınlaşaraq onun günahının olmadığını bildirərək, idarə etdiyi avtomobilə hər hansısa zədənin dəyib dəymədiyini və onların günahı olduğu üçün onlardan hər hansısa şikayətinin olub-olmamasını soruşmuşlar. O, idarə etdiyi avtomobilə baxış keçirmiş və hər hansı zədə aşkar etmədiyi üçün onlardan heç bir şikayətinin olmadığını bildirərək avtomobildə olan yükü lazım olan yerə boşaldıb geri qayıtmışdır. xx.xx.2023-cii il tarixdə o, Nərimanov Rayon DYPŞ-nə dəvət edilmiş və qeyd etdiyi hadisənin neçə baş verdiyini ondan soruşmuşlar. O, hadisəni olduğu kimi Nərimanov Rayon DYPŞ-nin əməkdaşını danışmış və heç bir günahının olmadığını bildirmişdir. DYPŞ-nin əməkdaşı izahatını almış, sürücülük vəsiqəsini özündə saxlayaraq ekspertin cavabından sonra nəticə barədə məlumat verəcəyini demişdir. Təxminən on gün gözlədikdən sonra özü DYPŞ-nə yaxınlaşaraq nəticə barədə məlumat almaq istədiyini bildirdikdə həmin inspektor heç bir günahının olmadığını deyərək getməsini söyləmişdir. O da sürücülük vəsiqəsini alaraq getmişdir. xx.xx.2024-cü il tarixdə Asanpay vasitəsi ilə mobil telefonuna İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə olunması barədə bildiriş gəlmişdir. Halbuki o, İXM-nin 327.1-ci maddəsində göstərilən hər hansısa qayda pozuntusu etməmiş və ümumiyyətlə yuxarıda qeyd etdiyi hadisənin həmin maddə ilə heç bir əlaqəsi olmadığını bildirmişdir. Bu səbəbdən hesab edir ki, barəsində tərtib edilən İnzibati Tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Nərimanov Rayon Dövlət X5 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilən 01 ədəd DVD diskə baxış zamanı görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Bakı Konqres Mərkəzinin qarşısında olan dəmir maneələr aşağı salınmış, bu zaman ağ rəngli İSUZU markalı **-JK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili hərəkətə başlamış, anidən dəmir maneələr yenidən qaldırıldığından həmin avtomobil dəmir maneələrin üzərindən keçərək hərəkətini dayandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın təsviri hissəsindən görünür ki, Vahid Babayev xx.xx.2023-cü il tarixdə, saat 14:40-da “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyindən” barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilən 01 ədəd DVD diskə baxış zamanı müəyyən olunur ki, Vahid Babayev tərəfindən mübahisələndirilən qərarın təsviri hissəsində qeyd olunan hərəkət edilməmişdir. Buna baxmayaraq Nərimanov Rayon Dövlət X5 inspektoru tərəfindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edilmişdir. Qeyd olunan halların araşdırılması məqsədi ilə Nərimanov Rayon Dövlət X5 əməkdaşı məhkəmə iclasına dəvət edilsə də, sonuncu məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən və araşdırma aparılarkən araşdırma aparılmasının və inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə əməl edilməmiş, İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında qərarı qəbul etmiş tərtib etmiş Nərimanov Rayon Dövlət X5 (nümayəndəsinin) ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Vahid Babayeviin İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları təqdim etmək üçün məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclaslarına gəlməmişlər. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, X3 barəsində Nərimanov Rayon Dövlət X5 xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilsin. X2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə cərimə olunmasına dair Nərimanov Rayon Dövlət X5 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar