Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-966/2024 07.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhər DYPŞ-nin YNH inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 07:50 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində sürücü Şəxs idarə etdiyi “VAZ 21074” minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan ünvan 2i ünvanında qeydiyyatda olmaqla müvəqqəti olaraq ünvan 3nvanında yaşayan, xx.xx.1981-ci il təvəllüdlü X2 məxsus olan **-DR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 200” minik markalı avtomobillə toqquşaraq maddi zərər yetirmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Prokolu tərtib edən Sumqayıt ŞPİ-nin DYPŞ-nin YNH inspektoru, polis kapitanı X3 məhkəmə iclasında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 07:50 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində sürücü Şəxs sürücülük vəsiqəsində “B” kateqoriyası olmadan idarə etdiyi “VAZ 21074” minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 2i ünvanında qeydiyyatda olmaqla müvəqqəti olaraq ünvan 3nvanında yaşayan, xx.xx.1981-ci il təvəllüdlü X2 məxsus olan **-DR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 200” minik markalı avtomobillə toqquşaraq maddi zərər yetirmişdir. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək özünü təqsirli bilərək göstərdi ki, o, idarə etdiyi “VAZ 21074” minik markalı, **- FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə saat 07:50 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində **-DR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 200” minik markalı avtomobillə toqquşmuşdur. Həmçinin hadisə zamanı xəsarət alan olmadığını və sürücülük vəsiqəsində “B” kateqoriyası olmadan avtomobili idarə etdiyini qeyd etmişdir. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən məhkəmədən xahiş etdi. İş materiallarında olan Şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs məxsus sürücülük vəsiqəsi “C” kateqoriyalıdır. Şəxs əməli, barəsində tərtib olunmuş İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs yol hərəkəti qaydasını pozaraq zərərçəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olmuş və yoxlama zamanı Şəxs sürücülük hüququ olmaqdan avtomaşını idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-966/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-966/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver