Məhkəmə qərarları › İş №3(060)-967/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-967/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-967/2022 18.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi polis kapitanı Nümayəndə, Zərərçəkmiş şəxs Oktay qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 18 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* №li protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 31.03.2022-ci il tarixdə, saat 14:30 radələrində ünvan 2 ünvanında anası Zərərçəkmiş şəxs Oktay qızını döymüşdür. Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 3cü polis bölməsinin sahə rəisi polis kapitanı Nümayəndə məhkəmədə verdiyi izahatında göstərdi ki, Zərərçəkmiş şəxs Oktay qızı 31.03.2022-ci il tarixdə, saat 14:30 radələrində ünvan 2 ünvanında oğlu Şəxs tərəfindən döyülmüşdür. Sumqayıt ŞPİ-nin 3-ci PB-nin təhqiqatçısı, polis mayoru X1 tərəfindən 14.04.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə göndərilmiş, ona görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Oktay qızı izahat verərək bildirdi ki, 31.03.2022-ci il tarixdə, saat 14:30 radələrində ünvan 2 ünvanında onunla eyni mənzildə yaşayan oğlu Şəxs ona məxsus mobil telefonu istifadə etmək məqsədi ilə götürmüş, daha sonra aralarında baş verən mübahisə zamanı onun ünvanına nalayiq söyüşlər söyərək onu döymüşdür. Oğlu onun sol qolunu tutub sıxmış, sol çiynindən vuraraq ona xəsarət yetirmişdir. Hadisə baş verən zaman evdə o və oğlu olmuşdur. Baş vermiş münaqişə zəmnində o oğluna heç bir xəsarət yetirməmiş, münaqişə təxminən 4-5 dəqiqə davam etmişdir. Oğlu birinci dəfə deyil ki, ona əl qaldırır. Artıq 7 ildən çoxdur ki, oğlu onu, ərini və qızlarını söyür, onlara qarşı kobud rəftar edir. O, oğlu Səxavəti bağışlamır və onun barəsində ağır inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilərək, izahatında bildirdi ki, 31.03.2022-ci il tarixdə, saat 14:30 radələrində ünvan 2 ünvanında onunla eyni mənzildə yaşayan anası Zərərçəkmiş şəxs Oktay qızına məxsus “Samsung A10” markalı mobil telefonu götürmüş və aralarında mübahisə baş vermişdir. Həmin vaxt o anasının sol qolundan tutub itələmişdir. O narkotik maddələr qəbul etdiyindən əsəbidir, valideynləri isə onun üstünə gələrək onu əsəbləşdirirlər və bu hal mütamadi baş verir. Hər hansı bir qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 02.04.2022-ci il tarixli, 397 saylı ekspert rəyindən görünür ki, 1969-cu il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs Oktay qızının bədənində aşağıdakı xəsarətlər vardır: sağ almacıq nahiyyəsinin sıyrığı. Qeyd olunan xəsarət küt əşya(əşyalar) təsirindən törənmişdir—törənmə müddəti zərərçəkmişin müayinədən 1-2 gün əvvəl olmaqla 31.03.2022-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, 18 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İnzibati həbsin əvvəli 18 aprel 2022-ci il tarixdən, saat 14:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 18 aprel 2022-ci il tarixdən, saat 14:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı, hesabAZ03TURA********************, VÖEN **********). Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar