Məhkəmə qərarları › İş №3(060)-970/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-970/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-970/2025 05.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Muradova Şölə Mətləb qızının iştirakı ilə, Muradova Şölə Mətləb qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli EQ 26645913 saylı qərardan verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Muradova Şölə Mətləb qızı Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək EQ 26645913 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, EQ 26645913 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinib 150 manat 4 bal məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən yol hərəkət istiqamətinin tam əksinə hərəkət etdiyi ilə bağlı təqsirli bilinərək 150 manat 4 bal məbləğində cərimə olunmuşdur. O, həmin Polad Həşimov küçəsində düz xəttin tələbini pozaraq ötmə əməliyyatı etməyinə baxmayaraq həmin ərazidə ona yolun tam əks istiqamətində hərəkət etdiyini bildirərək ona cərimə tətbiq edilmişdir. Bu halda dövlət yol polis idarəsinin təqsirli bilərək ona 150 manat 4 bal cərimə tətbiq etməsi yalnışdır. Onun etdiyi qayda pozuntusu nədirsə o tətbiq olunsun. EQ 26645913 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Muradova Şölə Mətləb qızı şikayət ərizəsini müdafiə edərək izahatında bildirdi ki, Polad Həşimov küçəsində avtomobili ilə hərəkətdə olan zaman kamera vasitəsilə çəkilmişdir, həmin çəkiliş vasitəsi ilə ona bildirilmişdir ki, o, yolun tam əks istiqamətində hərəkət etmişdir. Amma o, bu qərarla razı deyildir, çünki o, ötmə əməliyyatı etmişdir. O, ötmə əməliyyatına görə cərimə olunmalıdır, yolun tam əks istimaqətində hərəkət etməmişdir, ötmə əməliyyatı edərək iki maşından sonra öz yoluna keçmişdir. Məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılamsını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ 26645913 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Muradova Şölə Mətləb qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Polad Həşimov küçəsində hərəkət edən “Hyundai Tucson minik” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edərək ötmə əməliyyatı etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən “Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir”. “Yol hərəkəti haqqında” Qanunun 51-ci maddəsinin V hissəsinin 1-ci bəndinə əsasən Ötmə nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə) qadağandır. Göründüyü kimi Muradova Şölə Mətləb qızı nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli EQ 26645913 saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Muradova Şölə Mətləb qızınun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Muradova Şölə Mətləb qızı tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli EQ 26645913 saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Muradova Şölə Mətləb qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən Muradova Şölə Mətləb qızı barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli EQ 26645913 saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar