Məhkəmə qərarları › İş №3(060)-971/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-971/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-971/2025 21.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə, Zəngibasaar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kotec qəsəbəsi, ev 159 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 21 aprel 2025-ci il tarixli, MN2089346 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(060)- 534/2015 nömrəli və Sumqayit Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)- 7043/2024 nömrəli icra sənədlərini borclu üzrsüz səbəbdən icra etməmişdir. Hazırda borclunun 14820 manat ödənilməyən aliment borcu vardır. Məhkəmə iclasında iştirak edən Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015ci il tarixli 2(060)-534/2015 nömrəli icra sənədinə əsasən 07 fevral 2009-cu il təvəllüdlü X1 və 20 iyul 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanmaları üçün 08 dekabr 2014-cü il tarixindən başlayaraq hər ay borclu Şəxs hər uşağa 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-7043/2024 nömrəli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 11,10.2024-cü il tarixdən başlayaraq borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-534/2015 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay, hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment alınaraq X7 verilməlidir. Sözügedən icra sənədlərini borclu üzrsüz səbəbdən icra etməmişdir. Belə ki, tələbkar S.Həsənovaya hər ay 200 manat məbləğində pulu ödədiyini bildirsə də, alimentin ödənilməsi ilə bağlı hər hansı qəbz təqdim edilməmişdir. Borclu və tələbkarla aparılmış danışıqlar nəticəsində tələbkar ona borclu tərəfindən əlbəəl 10660 manat məbləğində pul ödənildiyini bildirmişdir. Qeyd edilən məbləğ hesablandıqdan sonra Şəxs 14820 manat məbləğində alimet borcunun qaldığı müəyyən edilmişdir. Aliment məbləğinin ödənilməsi ilə əlaqədar S.Həsənovanın adına hesab nömrəsi açılsa da həmin hesaba da heç bir ödəniş edilməmişdir. Hazırda borclunun 14820 manat borcu var. Protokolu müdafiə etdiyini və göstərilən halları nəzərə alaraq qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xətanın törədilməsində özünü təqsirli bilmədiyini, aliment məbləğini hər ay 200 manat olmaqla atasına verdiyini, atasının da həmin pul məbləğini uşaqlara və ya tələbkara verdiyini, karta və ya hesab nömrəsinə pul ödəmədiyini bildirmişdir. O, protokolda qeyd edilmiş borc məbləği ilə razı olmadığını, onun təxminən 4000-5000 manat məbləğində borcu ola biləcəyini qeyd etmişdir. Həmçinin, izahatında bildirmişdir ki, yanvar ayından hər ay 200 manat məbləğində aliment ödəyir, o 380 manat məbləğində alimenti ödəməyə imkanı yoxdur. Hər ay 200 manatdan artıq aliment ödəyə bilmir. O, S.Həsənova ilə nikaha xitam verilərkən tələbkara 25000 manat notariat qaydasında pul verdiyini və həmin məbləğin nə üçün nəzərə alınmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 barəsində inzibati qaydada icraat aparılan şəxsin əlbəəl aliment ödəməsini nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2(060)- 534/2015 nömrəli icra sənədinə əsasən 07 fevral 2009-cu il təvəllüdlü X1 və 20 iyul 2010cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 08 dekabr 2014-cü il tarixindən başlayaraq hər ay borclu Şəxs hər uşağa 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 verilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 2(060)-534/2015 nömrəli icra sənədi üzrə üzrə icraata başlanmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs icra sənədində göstərilən tələbin icra edilməsi tələb olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-7043/2024 nömrəli icra sənədinə əsasən Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-534/2015 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay, hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment alınaraq X7 verilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli icra sənədi üzrə üzrə icraata başlanmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, borclu Şəxs icra sənədində göstərilən tələbin 10 gün müddətinə icra edilməsi tələb olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 3(060)-4064/2017 nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 2(060)-534/2015 nömrəli icra sənədinə əsasən 07 fevral 2009-cu il təvəllüdlü X1 və 20 iyul 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanmaları üçün 08 dekabr 2014-cü il tarixindən başlayaraq hər ay borclu Şəxs hər uşağa 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)- 7043/2024 nömrəli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 11,10.2024-cü il tarixdən başlayaraq borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-534/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay, hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment alınaraq X7 verilməlidir. Borclu həmin icra sənədlərindən xəbərdar olmuş, lakin, onun bu günə kimi 14 820 manat aliment borcu yaranmışdır. Borclu aliment borcu ilə razı olmadığını bildirsə də, aliment məbləğinin tam ödənilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədləri üzrə ödənişləri etməməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxsbarəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 13:20-dən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X6 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 13:20-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X8 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar