Məhkəmə qərarları › İş №3(060)-975/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-975/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-975/2023 13.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş hüquqi şəxsi AR ƏƏSMN yanında X8 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X4 Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* №li inzibati xəta haqqında protokol əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* №li inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(008)- 1608/2023 saylı qərardadına əsasən AR ƏƏSMN yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* №li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-975/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə aidiyyatının müəyyən edilməsi məsələsinə baxılması üçün iş materialları Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-251/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati icraat haqqında material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola görə vətəndaş X5 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC-də işlərə cəlb edilmişdir. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş AR ƏƏSMN yanında X8 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X7 bildirdi ki, vətəndaş X5 idarənin “DOST” mərkəzində yerləşən nümayəndəliyinə müraciət edərək Şəxs MMC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək heç bir əmək müqaviləsi bağlanılmadan işlərə cəlb edildiyini bildirmişdir. Bu məqsədlə Elşad Verdiyev idarəyə dəvət edilmiş və 15 fevral 2023-cü il tarixdə izahatı alınmışdır. Elşad Verdiyev izahatında Şəxs MMC-nin direktoru ilə aylıq 1000 manat əmək haqqı qarşılığında heç bir əmək müqaviləsi bağlanılmadan həmin şirkətdə istehsalat müdiri vəzifəsinə işə qəbul edildiyini, 1 ay müddətində həmin şirkətdə işlədiyini bildirmişdir. Bundan başqa E.Verdiyev izahatında Şəxs MMC tərəfindən ona müəyyən olunmuş əmək haaqı məbləğindən yalnız 500 manat ödəniş edildiyini, lakin işlədiyi dövr üzrə qalıq 871 manat pulun ödənilmədiyini, onu işə şirkətin rəhbəri Nümayəndə qəbul etdiyini bildirmişdir. Qeyd edilən halların araşdırılması məqsədi ilə X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-ə müraciət olunmuş, MMC-nin direktoru Nümayəndə idarəyə göndərdiyi cavab məktubunda Elşad Verdiyevi xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlamadan 15 gün müddətində sınaq müddəti ilə rəhbəri olduğu MMC-nə işə qəbul etdiyini bildirmişdir. Qeyd olunanların nəzərə alınmasını və Şəxs MMC-nin minimum həddə cərimə edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Nümayəndə izahat verərək bildirdi ki, Şəxs MMC-nin baş direktorudur. Rəhbəri olduğu MMC metal konstruksiya məmulatlarının istehsalı işi ilə məşğuldur. X5 ilə şəxsən özü görüşüb onu sınaq müddəti ilə istehsalat rəisi vəzifəsinə qəbul etmişdir. Aralarında olan razılığa əsasən Elşad Verdiyev 1 ay sınaq müddəti ilə çalışmalı, daha sonra onunla əmək müqaviləsi bağlanmalı idi. Bu müddət ərzində əmək haqqı ilə bağlı aralarında heç bir sövdələşmə olmamış, Elşad Verdiyevin görəcəyi işin müqabilində ona əmək haqqı verəcəyini bildirmişdir. Sonradan o, X1 əmək müqaviləsi bağlanılması üçün müvafiq sənədləri istəsə də, o təqdim etməmiş, həmçinin vəzifə təlimatına uyğun işləri tam yerinə yetirə bilmədiyi üçün aralarında olan sövdələşməyə xitam vermişdir. Əmək haqqı barədə razılıq sınaq müddəti başa çatdıqdan sonra müəyyən edilməli olduğu üçün 15 gün ərzində gördüyü işlərin müqabilində Elşad Verdiyevə 500 manat pul vermişdir. Əməlindən peşmandır, qanunu bilmədiyi üçün bu xəta baş verdiyini bildirir və təqsirini etiraf edir. Həmçinin izahatında eyni inzibati xətaya görə vəzifəli şəxs qismində artıq 4000 manat məbləğində cərimə edildiyini bildirmişdir. Əgər yenidən cərimə olunarsa rəhbəri olduğu müəssisədə maddi cəhətdən sıxıntılar yaranacaq, şirkət müflis olacaqdır. Qeyd olunanların nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarından görünür ki, X2 xx.xx.2023-cü il tarixdə X8 Xidmətinin Bakı şəhər idarəsinə ünvanlanmış izahatı alınmışdır. İş materiallarından görünür ki, Nümayəndə X8 Xidmətinin Bakı şəhər idarəsinə elektron müraciət ünvanlamış, həmin tarixdə onun izahatı alınmışdır. İş materiallarında olan Elektron-Məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Nümayəndə "xxxx" MMC-də baş direktor vəzifəsində işləyir. İş materiallarına əlavə edilmiş 03 aprel 2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Nümayəndə AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 4000 manat cərimə edilmiş, hazırda həmin inzibati tənbeh vermə haqqında qərar Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmurunun icraatındadır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sübutlar, həmçinin Şəxs MMC-nin direktoru Nümayəndə etirafedici ifadəsi ilə təsdiq edilir. Bu səbəbdən Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi işçi ilə işəgötürən arasında əmək hüquq münasibətlərini yaradır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Normaların məzmunundan aydın olur ki, işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir və bundan sonra tərəflər arasında əmək hüquq münasibətləri yaranır. İXM-nin 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X3 Məhdud Məsuliyyətli Cəmiyyətdə işlərin yerinə yetirilməsinə cəlb etmiş, və nəticədə inzibati xəta törətmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsi bir və ya daha artıq işçinin əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi məsələsində əməlin hüquqi tövsifini fərqləndirmir. Qanunvericiliyin tələbinə əsasən işçi istər sınaq müddəti, istərsə sınaq müddəti tətbiq edilmədən işə qəbul edildikdə onunla işəgötürən arasında əmək müqaviləsi bağlanmalı və gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi qeydiyyata alınmalı və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməlidir. Bundan sonra işçi əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına başlaya bilər. X11 15 günlük sınaq müddəti ilə Şəxs MMC-də işlərin yerinə yetirilməsinə cəlb edilmiş, buna baxmayaraq onunla işəgötürən arasında əmək müqaviləsi bağlanılmamışdır. İnzibati xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş çəxs inzibati məsuliyyətə cəlb edilir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi və tənbeh edilməsi üçün sadalanan şərtlərin mövcudluğu mütləq zəruridir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazid xarakterini dərk etmiş, onun zərəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab edilir. İnzibati xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirindən törəyir. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Məhkəmə Şəxs MMC-nin baş direktoru Nümayəndə törədilmiş inzibati xətaya görə artıq İXM-nin 192.1-ci maddəsinə uyğun olaraq 4000 manat məbləğində cərimə edilməsi ilə bağlı izahatına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC barəsində X8 tərəfindən İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmiş, hüquqi şəxs barədə protokol tərtib edilməsi və baxılması üçün məhkəməyə göndərilməsi İXM-nin tələblərinə zidd olmamışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair 12 yanvar 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X6 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. Hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsi imperativ norma kimi ifadə edilmədiyindən vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xətanı törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərəkən inzibati xətanın xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər faydalı fəaliyyətlə məşğul olması habelə məsuliyyəti yüngülləşdiuriən və ağırlaşdran hallar nəzərə alınmalıdır. (İnzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü maddələri). Məhkəmə hesab edir ki, Nümayəndə hüquqi şəxsin xeyrinə (mənfəət əldə etmək, vergidən yayınmaq və s.) etdiyi əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Onun məhkəmə iclasında təqsirini etiraf etməsi, lakin qanunu bilmədiyi üçün bu xatanın baş verdiyini bildirməsi barədə məhkəmə qeyd edir ki, bu baş direktorun Qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir, bununla o, Şəxs MMC-nin bir növ məsuliyyətdən yayındırmaq məqsədi daşımışdır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyri və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs MMC hüquqi şəxs kimi də məsuliyyətə cəlb edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20000 (iyirmi min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar