Məhkəmə qərarları › İş №3(060)-975/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-975/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-975/2024 23.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə Şəxs MTK-nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Abşeron Xızı regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MTK-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində qeyd olunan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. 16 may 2024-cü il tarixdə ƏƏSM-nin X1 Xidməti Abşeron Xızı regional şöbəsinin rəisi Aqşin Əhədov ərizə ilə məhkəməyə müraciət edərək protokol və materialların baxılmadan saxlanılaraq geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Abşeron Xızı regional şöbəsinin rəisi Aqşin Əhədovun ərizəsini nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Ərizənin təmin edilməsi qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MTK-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər baxışdan çıxarılmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Abşeron Xızı regional şöbəsinə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar