Məhkəmə qərarları › İş №3(060)-976/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-976/2022

20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-976/2022 20.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi İslamova Süsənbər Fariz qızının katibliyi ilə, Sumqayıt şəhər X2 Şöbəsi tərəfindən tərtib olunmuş 05.02.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair X1 oğlu tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: X1 oğlu Sumqayıt şəhər X2 Şöbəsi tərəfindən tərtib olunmuş 05.02.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş və nəzərdə tutulmuş şikayət ərizəsi müvafiq sənədlər ilə birlikdə 19.04.2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Sumqayıt şəhər X2 Şöbəsi tərəfindən tərtib olunmuş 05.02.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X1 oğlu tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Materialdan görünür ki, mübahisələndirilən qərar 05.02.2022-ci il tarixlidir və həmin qərarın tarixindən 10 gündən artıq müddət keçdikdən sonra şikayət verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət verən şəxs tərəfindən belə bir vəsatət verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt şəhər X2 Şöbəsi tərəfindən tərtib olunmuş 05.02.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair X1 oğlu tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. X1 oğluna Sumqayıt şəhər X2 Şöbəsi tərəfindən tərtib olunmuş 05.02.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət vermək müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar