Məhkəmə qərarları › İş №3(060)-977/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-977/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-977/2023 14.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X3, Zərərçəkmiş şəxslər-X9 və X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li inzibati xətalar haqqında protokollar tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Yaşıl dərə bağlarında X2, xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №-li protokola əsasən isə Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri Yaşıl dərə bağlarında X6 döymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-977/2023 və 3(060)-978/2023 №-li işlər bir icraatda 3(060)-977/2023 nömrə ilə birləşdirilməsi, 3(060)- 978/2023 №-li iş birləşdiyi üçün həmin nömrə üzrə işin icraatına xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis bölməsinin sahə rəisi polis baş leytenantı X10 tərtib etdiyi protokollara uyğun izahat verərək, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, təxminən 14 il olar olar ki, Elşad Əfəndiyev və Suqra Əfəndiyeva ilə qonşu şəraitində yaşayırlar. Münasibətləri hər zaman yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı X7, Tovuz rayonunda olduğuna görə onu gətirmək üçün Elşad ilə birlikdə Tovuz rayonuna getmişdir. Elə həmin gün axşam saatlarında Əfəndiyeva Suqra DİN-in 102 xidmətinə həyat yoldaşı Elşad Əfəndiyevin itməsi barədə şikayət etmişdir. Buna görə Əfəndiyev Elşad buna görə həyat yoldaşı Suqraya zəng edərək Pərviz ilə birlikdə Tovuz rayonuna, Pərvizin yoldaşı və uşağını gətirrmək üçün getdiyini bildirdikdə Suqra söyüş söyərək kiminlə bərabər olduğunu soruşdu. Bu zaman o, cavab vermək istədikdə Elşad fikir verməməyimi, yoldaşının əməliyyatdan çıxdığını bildirmişdir. Həmin vaxtdan Suqra onunla söyüşlə danışmağa başlamışdır. Qonşusu Elşad ona “Kontakt Home” mağazalar şəbəkəsindən 543 manat dəyərində olan “REDMİ 10C” markalı mobil telefonunu öz adına götürərək ona vermişdir. O, isə krediti vaxtı-vaxtında ödəmişdir. Suqra həmin telefonu ondan tez-tez istəməyə başlamış, o isə telefonun kreditini özü ödədiyini və həmin telefonu yoldaşı işlətdiyini və Suqraya verə bilməyəcini sonuncuya bildirmişdir. Pula ehtiyacı olduğu üçün də Elşaddan 110 manat pul borc götürmüş, həmin zamandan Elşad və Suqra iiə münasibətləri pisləşmiş və tez-tez aralarında münaqişələri yaranmağa başlamışdır. xx.xx.2023-cü il tarixdə Elşad onu həyətə çağıraraq, borcunu ödəməsini tələb etmiş, o, həyətə gələn zaman qonşusu Suqra həyətə çıxaraq onunla yenə söyüşlə danışmağa başlamışdır. Bu zaman o, Elşada yaxınlaşaraq, yoldaşını içəri aparmasını və aralarında olan söhbəti özlərinin etməsini bildirmişdir. Bunu deyən zaman Elşad onun yaxasından tutmuş və hər ikisi müvazinətini itirərək yerə yıxılmışlar. Bu zaman Suqra onun saçını yolmağa başlamış və o, ayağa qalxıb Suqranı özündən kənarlaşdırmaq istəyəndə Suqranın ayağı sürüşərək yerə yıxılmışdır. Hal-hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmışdır. Ona görə də, icraata xitam veriməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 bildirdi ki, o, Şəxs qonşusudur və 3 aya yaxındır ki, Pərviz onun yanında fəhlə işlədiyir. Qonşusu Pərviz xx.xx.2023-cü il tarixdə onun adına kreditlə mobil telefon alıb qeyri rəsmi yaşadığı Aytac adlı qadına vermişdir. xx.xx.2023-cü il tarixdə Aytac Pərvizdən ayrılıb çıxıb getdikdən sonra o və yoldaşı Suquranın Pərvizdən telefonun kreditini və onlardan borc aldığı aldığı 210 manat pulu qaytarmasını tələb etdikdə Pərvizin onların ünvanına nəlayiq ifadələr işlədərək borcunu verməyəcəyini bildirmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Pərvizin dəfərlə ona zəng etdiyini görüb sonunda telefonu açaraq Pərvizə onlara gəlməsini demiş, bir neçə dəqiqədən sonra Pərvizin ona zəng edərək küçədə onu gözlədiyini deməsinə görə yoldaşı Suqura ilə çölə çıxmışlar. Həyətə çıxan zaman Pərvizin onların ünvanına nəlayiq ifadələr işlədərək əlində tutduğu dəmiri onlara göstərib onu bıcaqlayacağını demiş, hava qaranlıq olduğundan eləcədə Pərvizin həmin əşyanı ovucunda tutduğundan dəqiq olaraq əşyanın nə olduğunu görməmiş, lakin işıq düşdükdə həmin əşyanın parıldadığına görə bıçaq olduğunu düşünmüşdür. O, Pərvizə "vuran adam demir vurur" dedikdə sonuncu ona yaxınlaşıb gözləmədiyi halda əl zərbəsi ilə onun üzündən vurub, ayağı ilə badalaq verərək onu yerə yıxmış, hər ikisi yerə yıxıldıqda Pərviz əlində olan dəmir parçası ilə onun kürəyindən, belindən bir necə dəfə vurmuşdur. Bu zaman yoldaşı Suqura və Pərvizin qardaşı Çingiz mübahisəyə müdaxilə etmiş və onlar Pərvizi ayırıb geri çevirən zaman Pərviz onun həyat yoldaşı Suquranın ünvanına nəlayiq ifadələr işlətmişdir. Bu zaman Suqura Pərvizə cavab qaytardıqda sonuncu əl zərbəsi ilə Suquranın üzündən vurub itələmiş və Surqura müvazimətini saxlaya bilməyib arxası üsdə yerə yıxılmışdır. O, Çingizin Pərvizi güclə oradan apararkən Pərviz əlindəki əşyanı kənara atdıqda həmin əşyanın bıçaq deyil yemək qaşığı olduğunu görmüşdür. Zərərçəkmiş şəxs X9 məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 da zərərçəkmiş şəxs X5 izahatına uyğun izahat vermişdir. Zərərçəkmiş şəxs X8 da məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Ramin Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan MTE və PA X14 Şəxsindən daxil olmuş 360 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyindən aydın olur ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Ənsə nahiyyənin yumşaq toxumaların şişkinlik fonunda əziyi. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmiş şəxsin Sumqayıt şəhər TTYX-in zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əməm gələ bilər, öz-özünə yetirməsi istisna edilir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan MTE və PA X14 Şəxsindən daxil olmuş 361 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyindən aydın olur ki, X4 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Döş qəfəsinin arxa hissəsinin, onurğanın bel-oba şöbəsi nahiyyəsinin sıyrıqlar. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmiş şəxsin Sumqayıt şəhər TTYX-in zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əməm gələ bilər, özözünə yetirməsi istisna edilir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xətaya dair materialları proses iştirakçılarının izahatı ilə birlikdə araşdıraraq, tərəflərin razılığını nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarından və ərizələrdən görünür ki, tərəflər barışmışdır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar