Məhkəmə qərarları › İş №3(060)-978/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-978/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-978/2024 20.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində xx.xx.2024-cü il tarixli, 13000- 00535/24 saylı protokol tərtib edilmişdir, ona görə ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN: **********) MMC-nin ünvanına 29152899 nömrəli vaqonla gələn akkumlyator yükü Yalama gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Belə ki, Şəxs MMC tərəfindən yuxarıda qeyd edilən qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmişdir. Həmçinin, qısa idxal bəyannaməsinin göstərilməməsi "İNTERŞİN” MMC tərəfindən təqdim edilmiş **********3786 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında da öz əksini tapmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 göstərdi ki, bütün sənədlər və qısa idxal bəyannaməsi yazılmış və Xaçmaz rayon Gömrük İdarəsinin Yalama postuna yazılı müraciət olunaraq bəyannamənin yazıldığını, lakin bəyannamədə vaqonun nömrəsinin səhv yazıldığı bildirilmişdir. Sadəcə olaraq bayram ərəfəsi olduğu üçün onların məktublarına cavab gəlməmişdir. Gömrük İdarəsi tərəfindən onlara heç bir məlumat verilməmişdir. Onlar tərəfindən Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin, Xaçmaz rayon Gömrük İdarəsinin və Xaçmaz rayon Gömrük İdarəsinin Yalama postunun rəislərinə bəyannamənin aktivləşdirilməsi üçün məktub yazılmış, lakin heç bir cavab verilməmişdir. Bəyannaməni yazan şəxs səhv yazmışdır. İnzibati xətanın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsindən İXM-nin 485.1-ci maddəsinə tövsif edilməsini və fiziki şəxsə həmin maddənin sanksiyası məbləğində inzibati cərimə tətbiq edilməsini məhkəmədən xahiş etdi. Lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi inzibati məsuliyyətə səbəb olur. Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində qeyd edilən inzibati xəta hadisəsi törədilmişdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində izibati tənbeh tətbiq edərkən işin hallarını, inzibati xətanın xarakterini, törədilmə üsulunu və şəraitini nəzərə alır və cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Beləliklə, inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN: **********) MMC-nin ünvanına 29152899 nömrəli vaqonla gələn akkumlyator yükü Yalama gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Belə ki, Şəxs MMC tərəfindən yuxarıda qeyd edilən qısa idxal bəyannaməsi qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində gömrük orqanlarına təqdim edilməmişdir. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddiəsnin tələblərini pozmuşdur. Buna görə də, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128-130, 505-ci maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə tutularaq X1 (Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************) hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar