Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-980/2021 27.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs Alməmmədov Elmir Sakit oğlunun iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 14.03.2021-ci il tarixli TP ******* saylı Qərarından Alməmmədov Elmir Sakit oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X3 Sakit oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 14.03.2021-ci il tarixli TP ******* saylı Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi Alməmmədov Elmir Sakit oğlu izahatında bildirdi ki, 14.03. 2021-ci il tarixində saat 20:50 radələrində İsmət Qayıbov küçəsi ilə üzü 21-ci mikrorayon istiqamətində hərəkətdə olarkən 16-cı mikrorayonda yaşadığı ünvana getmək üçün Şəhanə şadlıq sarayının qarşısındakı yol ayrıcına yaxınlaşmış, bu zaman dönmə siqnalını yandırmış və qarşı hərəkət zolağından yaxınlaşan avtomobil uzaqda olduğu üçün dönməni həyata keçirmişdir. Yaşadığı keçidin başında arxasınca gələn Hyundai markalı DYP polis nəfərləri olan avtomobil ona saxlamağı üçün arxadan siqnal vermiş və o da saxlamışdır. Avtomobildən düşərkən özünü təqdim etməyən polis nəfəri ondan polis maşınına oturmağını tələb etmişdir. Avtomobildə olan polis nəfəri içkili olubolmadığını soruşmuş və onu xüsusi aparatla test etmişdir. Nəticədə onun içkili olmadığı təsdiqlənmiş və onun harada yaşadığını soruşub cərimə yazmadan onu buraxmışlar. Lakin o, evdə olarkən Asan Pay ödəmə sistemindən onun hesabına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında nömrəsi və seriyası İXP ******* olan protokol barədə məlumat gəlmişdir. Heç bir qayda pozmadığı üçün Asan pay və 102 xidmətinə şikayətini bildirmiş, protokol və qərarı almaq üçün Sumqayıt şəhər DYPŞ yaxınlaşdıqda isə qərarın bir neçə gündən sonra çıxacağını deyib ona yalnız protokolu təqdim etmişlər. 24.03.2021 tarixində onu Sumqayıt şəhər DYPŞ-yə çağıraraq protokolla qərarı təqdim etmişlər. Ona görüntülərin olmamasını, eyni zamanda protokolu yazan polis inspektorunun işdən ayrıldığını söyləyərək qərar haqqında etirazı ilə bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciət etməyini bildirmişlər. Odur ki şikayətinin təmin olunmasını və barəsində qəbul edilmiş 14.03.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan Alməmmədov Elmir Sakit oğluna təqdim edilmiş 14.03.2021ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Alməmmədov Elmir Sakit oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə inzibati xəta törətdiyinə görə barəsində 60 (altmış) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırmanı təmin etmək məqsədilə 15 aprel 2021-ci il tarixli sorğu ilə Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsinə müraciət edərək inzibati tənbeh vermə haqqında 14.03.2021-ci il tarixli, TP ******* saylı qərar üzrə inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə ilə çəkilmiş foto və video materialları Sumqayıt şəhər Məhkəməsinə təqdim etməyi xahiş etmişdir. Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən həmin sorğuya cavab olaraq inzibati xəta hadisəsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk Məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən inzibati xəta hadisəsini özündə əks etdirən diskə baxış keçirilərkən məlum oldu ki, Alməmmədov Elmir Sakit oğlu nəqliyyat vasitəsini idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozaraq qəza şəraiti yaratmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 14.03.2021-ci il tarixli TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Alməmmədov Elmir Sakit oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Alməmmədov Elmir Sakit oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 14.03.2021-ci il tarixli TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. İnzibati xətaya dair iş materiallarına əlavə edilmiş 01 (bir) ədəd disk iş üzrə sübuti əhəmiyyət daşıdığından iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Alməmmədov Elmir Sakit oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 14.03.2021-ci il tarixli TP ******* saylı Qərar qanuni hesab edilsin. İnzibati xətaya dair iş materiallarına əlavə edilmiş 01 (bir) ədəd disk iş üzrə sübuti əhəmiyyət daşıdığından iş materiallarında saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-980/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-980/2021
27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver