Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-982/2023 30.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin etibarnamə üzrə nümayəndəsi SRDYNİ-nin DYNŞ-nin böyük inspektoru, d/x mayoru Musayev Ramil Vəkil oğlunun, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Sumqayıt regional X4 İdarəsinin inzibati xəta haqqında 12 aprel 2023-cü il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Sumqayıt regional X4 İdarəsi tərəfindən Şəxs MMC (VÖEN **********) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, xx.xx.2023-cü il tarixində Sumqayıt şəhəri, KSP ərazisində yerləşən qara karbon məhsulları istehsalı zavodunda planlı yanğın texniki müayinə zamanı obyektdə bir sıra yanğın təhlükəsizliyi qaydalarının pozulması faktı aşkar olundu. Belə ki YTQ01-2001 b2.1-2.6, YTQ 05-86 b1.7-b10 tələbləri pozulmuşdur. Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3cü maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Sumqayıt regional X4 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Musayev Ramil Vəkil oğlu izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, X5 ərazisində yerləşən Şəxs MMC-də Ədliyyə Nazirliyinin reyestrdən çıxarışa əsasən plan üzrə yanğın-texniki müyainə keçirmişlər və nöqsanlar aşkar olunmuşdur. Belə ki, tikintinin layihə sənədləri X4 Xidməti ilə razılaşdırılmayıb. Tikinti ilkin yanğınsöndürən alət və ləvazimatlarla təmin olunmayıb. Tikintidə mövcud olan yanğın su hovuzu su ilə təmin olunmayıb. Tikinti ərazi yanar tullantı materiallarından təmizlənməyib. Bununla bağlı Şəxs MMC-nin rəhbərliyinə məlumat verilmiş və müvafiq protokol tərtib olunmuşdur. Əlavə olaraq qeyd etdi ki, nöqsanlar aradan qaldırılmamışdır. Odur ki, Şəxs MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Şəxs MMC-nin direktoru X2 izahatında bildirmişdir ki, protokolda qeyd olunmuş nöqsanları aradan qaldırmağa başlamışlar. Bir qismini həll etmişlər. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 0907 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, müayinə zamanı aşkar olunmuş qanun pozuntularının məzmunu aşağıdakı kimidir: - Tikintinin layihə sənədləri X4 Xidməti ilə razılaşdırılmayıb; - Tikinti ilkin yanğınsöndürən alət və ləvazimatlarla təmin olunmayıb; - Tikintidə mövcud olan yanğın su hovuzu su ilə təmin olunmayıb; - Tikinti ərazi yanar tullantı materiallarından təmizlənməyib. Həmçinin inzibati işin materiallarına 02 ədəd fotoşəkil əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 5-ci bəndinə əsasən hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərləri, habelə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə ciddi riayət olunmasını təmin etmək yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsidir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 24-cü maddəsinə əsasən yanğın təhlükəsizliyi tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyinə və yanğın təhlükəsizliyinə dair normativ hüquqi aktlara müvafiq surətdə, habelə yanğınlarla mübarizə təcrübəsi, maddələrin, materialların, texnoloji proseslərin, məmulatın, konstruksiyaların, binaların və qurğuların yanğın təhlükəsizliyinin qiymətləndirilməsi əsasında işlənib hazırlanır. Binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika ilə təchiz edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya layihələri, o cümlədən xarici təşkilatların investisiya layihələri yanğından mühafizə tələblərinə, yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması hissəsində hökmən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən X4 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X4 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Həmin qanunun 25-ci maddəsinin 3-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu X4nin aparılması ilə bağlı yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. İnzibati xətanın xarakterini nəzərə alaraq Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Sumqayıt şəhəri, X5 ərazisində yerləşən Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-982/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-982/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver