Məhkəmə qərarları › İş №3(060)-982/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-982/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-982/2024 27.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında 02 may 2024-cü il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC 193080.00 ABŞ dolları məbləğində vəsaiti 19 aprel 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 193080.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 20 aprel 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı "xxxx" MMC barəsində 02 may 2024-cü il tarixli, EP № ******* saylı inzibati xata haqqında protokol tərtib etmiş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati protokol "xxxx" MMC tərəfindən 193080.00 ABŞ dolları məbləğində vəsaiti 19 aprel 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 193080.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. "xxxx" MMC ilə “Eferk Metal Sanayi və Ticaret Limited” şirkəti arasında xx.xx.2021ci il tarixli, MQV/GC-159/12/21 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən “Eferk Metal Sanayi və Ticaret Limited” şirkətinə xx.xx.2022-ci il tarixdə 103.656.00 və 89.424.00 ABŞ dolları məbləğində pul vəsaiti avans göndərilmişdir. Qanunvericiliklə müəyyən edilmiş müddət ərzində mal və ya vəsaiti Azərbaycan Respublikasına idxal edilməlidi. "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubdan da görünür ki, "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixdə “Eferk Metal Sanayi və Ticaret Limited” şirkətinə 193.080.00 USD (bir yüz doxsan üç min səksən) məbləğində avans ödənişi icra edilmiş, qeyd edilən ödənişin xx.xx.2024-cü il tarixində **********4428 saylı YGB ilə 58.559,16 USD (əlli səkkiz min beş yüz əlli doqquz ABŞ dolları, on altı sent) hissəsi və **********4445 saylı YGB ilə 30.864.84 USD (otuz min səkkiz yüz altmış dörd ABŞ dolları, səksən dörd sent) hissəsi bağlanmış, "xxxx" MMC-nin hesabına xx.xx.2022-ci il tarixində “Eferk Metal Sanayi və Ticaret Limited” şirkəti tərəfindən 103.656.00 USD (bir yüz üç min altı yüz əlli altı ABŞ dolları) vəsait daxil olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının 02 may 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokolunu ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubdan da görünür ki, "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixdə “Eferk Metal Sanayi və Ticaret Limited” şirkətinə 193.080.00 USD (bir yüz doxsan üç min səksən) məbləğində avans ödənişi icra edilmiş, qeyd edilən ödənişin xx.xx.2024-cü il tarixində **********4428 saylı YGB ilə 58.559,16 USD (əlli səkkiz min beş yüz əlli doqquz ABŞ dolları, on altı sent) hissəsi və **********4445 saylı YGB ilə 30.864.84 USD (otuz min səkkiz yüz altmış dörd ABŞ dolları, səksən dörd sent) hissəsi bağlanmış, "xxxx" MMC-nin hesabına xx.xx.2022-ci il tarixində “Eferk Metal Sanayi və Ticaret Limited” şirkəti tərəfindən 103.656.00 USD (bir yüz üç min altı yüz əlli altı ABŞ dolları) vəsait daxil olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 02 may 2024-cü il tarixli, EP № ******* nömrəli protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixdə “Eferk Metal Sanayi və Ticaret Limited” şirkətinə 193.080.00 USD (bir yüz doxsan üç min səksən) məbləğində avans ödənişi icra edilmiş, qeyd edilən ödənişin xx.xx.2024-cü il tarixində **********4428 saylı YGB ilə 58.559,16 USD (əlli səkkiz min beş yüz əlli doqquz ABŞ dolları, on altı sent) hissəsi və **********4445 saylı YGB ilə 30.864.84 USD (otuz min səkkiz yüz altmış dörd ABŞ dolları, səksən dörd sent) hissəsi bağlandığından, həmçinin "xxxx" MMC-nin hesabına xx.xx.2022-ci il tarixində “Eferk Metal Sanayi və Ticaret Limited” şirkəti tərəfindən 103.656.00 USD (bir yüz üç min altı yüz əlli altı ABŞ dolları) vəsait daxil olduğundan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında 02 may 2024-cü il tarixli, EP № ******* nömrəli protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 02 may 2024-cü il tarixli, EP № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar