Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-982/2025 22.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi X9, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Ermənistan Respublikası, Qarakilsə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, 17 saylı Mənzil Kommunal İstismar sahəsində nəzarətçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi X14 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 17:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində X2 söyüşləri ilə söyərək təhqir etmişdir. Həmçinin, izahatında protokolun Şəxs tərəfindən imzalandığını, özü şəxsən imza etdirdiyini, protokolu imza etməkdən imtina etsə “imtina etdi” qeydi yazaraq məhkəməyə təqdim edə biləcəyini də söyləmişdir. Əlavə video görüntülərin təqdim edilməsi ilə əlaqədar hadisənin baş verdiyi “Hiper” marketlə əlaqə saxladıqlarını, lakin, marketdən görüntülərin 10 gün müddətində saxlanıldığını bildirdiklərini qeyd etmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, qızı X3 ilə bir yerdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Hiper” marketə getmiş və marketin ikinci mərtəbəsində olduğu zaman adı ona sonradan məlum olan X15 qızı Fatimənin yanından keçərkən qızına toxunmuş və bu zaman qızı qışqıraraq həmin oğlanın ona toxunduğunu bildirmiş, həmin oğlan isə bilmədən toxunduğunu söyləmişdir. O, oğlanın xəstə olduğunu hiss etmiş, daha sonra oğlanın anası yaxınlaşıb nə baş verdiyini biləndə, oğlunun xoşu gəldiyi üçün toxunduğunu bildirmişdir. Bu zaman o da əsəbləşib emosional şəkildə həmin qadına oğlunun pedofil olduğunu və nə üçün onu çölə çıxardığını, yanında gəzdirdiyini demişdir. Daha sonra marketin mühafizəçilərindən həmin şəxsləri qapıdan çıxmağa icazə verməməsini xahiş etmiş, müşahidə kamerasının olduğu otağa gedərək orada görüntülərə baxmışdır. Daha sonra həmin qadınla oğlunun getdiyini bilmiş və mühafizəçi ona həmin qadının onların adamı olduğunu, ona görə də qadına getməyə icazə verdiklərini bildirmişdir. Daha sonra isə o, qızı ilə bir yerdə oradan uzaqlaşmışdır. Bundan sonra o, polisə müraciət etmişdir. Hazırki inzibati icraatla əalqədar o, bir gün bölmədə saxlanılmışdır. O, barəsində protokol tərtib edilərkən vəkildən imtina etməmiş, vəkildən imtina ərizəsinə imzanı özü atmamış, ümumiyyətlə protokola və heç bir sənədə imza atmamışdır. Bundan başqa izahat verən şahidlərin yalan danışdığını, həmin Hiper marketin ona qarşı qərəzli olduğunu, bir neçə il əvvəl həmin marketdən aldığı qida xarab olduğu üçün Antiinhisar Agentliyinə məlumat verdiyi üçün market rəhbərliyinin ona qarşı qərəzi olduğunu bildirmişdir. O, zərərçəkmiş şəxsdən onu bağışlamasını, azyaşlı övladı olmasının nəzərə alınmasını, uşağını təkbaşına böyütdüyü üçün emosional davrandığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X13 bildirmişdir ki, o, Bakı şəhərində yaşayır. Sumqayıt şəhərində ucuz market olduğunu eşitdiyindən xx.xx.2025-ci il tarixdə alış-veriş etmək üçün oğlu ilə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən Hiper marketə gəlmişdir. Həmin tarixdə saat 17 radələrində “Hiper” marketdə olarkən tanımadığı qadının-hazırda məhkəmə iştirak edən Şəxs oğluna qışqırdığını görmüş və nə olduğunu soruşduqda qadın ona oğlunun qızına sataşdığını bildirmişdir. Bu zaman o, həmin qadına oğlunun xəstə olduğunu, dərman içdiyini və əlinin əsdiyini, əlinin bilməyərəkdən dəyə biləcəyini bildirmişdir. Həmin qadın isə onu pis, küçə söyüşləri ilə təhqir etmiş və marketdəkilər, nəzarətçilər də səs-küyə oraya toplaşmışlar. O, həmçinin, oğlunun otuz yaşı olduğunu, şizofreniya xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Qeyd edilənlərə əsasən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X16 iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 bildirmişdir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Hiper” marketdə nəzarətçi işləyir. xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində iş yerində olduğu zaman marketin ikinci mərtəbəsində qadın qışqırığının səsini eşitmiş və səs gələn tərəfə getmiş və ikinci mərtəbədə adı ona sonradan məlum olan Aytəkin adlı müştərinin adı ona sonradan məlum olan Aynurə adlı müştərinin ünvanına nəlayiq ifadələr və söyüşlər işlətdiyini, qışqırıb səs-küy saldığını görmüşdür. Məhkəmə iclasında iştirak edən şahid X7 bildirmişdir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Hiper” marketdə bir il yarımdır ki, nəzarətçi işləyir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində iş yerində olduğu zaman marketin ikinci mərtəbəsində qadın qışqırığının səsini eşitmiş və səs gələn tərəfə getmiş və görmüşdür ki, ikinci mərtəbədə adı ona sonradan məlum olan Aytəkin adlı müştəri adı ona sonradan məlum olan Aynurə adlı müştərinin ünvanına nəlayiq ifadələr və söyüşlər işlədir, qışqırıb səs-küy salır. O, zərəçəkmiş şəxsi tanımadığını, onun həmin qadını oğlu ilə marketdə saxlamağa ixtiyarı olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN2274356 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 17:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində X2 söyüşləri ilə söyüb təhqir etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən X15, X3 və X4 əməlində cinayət tərkibi olmadığından barələrində Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs X1 təhqir etməsi ilə bağlı əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta kimi qiymətləndirilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X8 xx.xx.2025-ci il tarixdə saat 13:30-da inzibati qaydada tutulmuş və xx.xx.2025-ci il tarixdə saat 10:00-da azad edilmişdir. Beləliklə məhkəmə, həm proses iştirakçılarını və şahidləri dinləyib, həm də inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə tövsif edilmişdir və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatına münasibətdə isə onu qeyd edir ki, şəxsin izahatını təsdiq edəcək sübutlar mövcud olmadığından onun izahatını müdafiə xarakterli qiymətləndirmək olar. Proses iştirakçıları məhkəməyə sübutlar təqdim etməkdə sərbəstdir. Məhkəmə, proses iştirakçılarının təqdim etdiyi sübutlar əsasında öz daxili inamına əsasən qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 32-ci maddəsinə əsasən Şəxs bir azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-in 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin, qeyd edir ki, iş materiallarında olan inzibati qaydada tutma barədə protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cı maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X16 tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115.1, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Vəkil X16 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-982/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-982/2025
22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver