Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-983/2023 03.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş vəzifəli şəxs şəxsin nümayəndəsi və vəkili Nümayəndə, Protokol tərtib etmiş şəxsin nümayəndəsi X1 iştirakı ilə, Vəzifəli şəxs X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol əsasında qəbul edilmiş qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol əsasında qəbul edilmiş qərarı ilə vəzifəli şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 2500 manat məbləğində cərimə edilmişdir. Tənbeh tətbiq edilməsinə səbəb X4 məxsus “Okean” şadlıq sarayında atmosferə atılan tüstünün yol verilə bilən hədd normasından artıq olmasıdır. Həmin qərardan narazı qalan vəzifəli şəxs X7 nümayəndəsi, vəkili Nümayəndə vasitəsilə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və həmin qərarın əsasında yazılmış 2500 manat məbləğində cərimənin silinməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Vəzifəli şəxs X7 nümayəndəsi, vəkil Nümayəndə şikayəti onunla əsaslandırmışdır ki, vəzifəli şəxs X7 Azərbaycan Respublikası qanunvericiliyi əsasında (VÖEN:**********) fəaliyyət göstərən fərdi sahibkardır. Cavabdeh təşkilat tərəfindən onun adına MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Protokolda qeyd olunmuşdur ki, “Okean” şadlıq sarayında aparılan monitorinq zamanı şadlıq evinin tüstü borusundan atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilə bilən normadan artıq olmuşdur. Protokolda qeyd olunanlar tamamilə yalan və əsassızdır. Belə ki, "xxxx" MMCnin direktoru X2 ilə aralarında bağlanmış xidmət göstərilməsi haqqında 08/18 saylı, 31 oktyabr 2018-ci il tarixli müqaviləyə görə “Okean” şadlıq evində hava təmizləyici hidrofilterlər və aksessuarların quraşdırılması barədə razılıq əldə edilmiş və işlək halda sifarişçiyə təhvil verilmiş, xidmətinə 1 il müddətinə zəmanət verilmişdir. Yəni şadlıq evində hava təmizləyici hidrofilterlər, aksessuarlar quraşdırılıb və işlək vəziyyətdədir. Cavabdeh orqan qərəzli şəkildə vəzifəli şəxs X7 barəsində protokol tərtib edib və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar qəbul etmişdir. Həmin qərarla vəzifəli şəxs X7 İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə olunmuşdur. Qərar xx.xx.2023-cü ildə qəbul olunsa da o qrarın surətini xx.xx.2023cü ildə poçt vasitəsilə almışdır. Protokolda göstərilmişdir ki, guya atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı həddən artıq çoxdur. Lakin bunu necə müəyyən ediblərsə onu protokolda göstərməyiblər. Həmçinin onun iştirakını təmin etməmişlər. Yoxlamanın hansı qaydada həyata keçirilməsi, yoxlayan aparatın lisenziyası və zərərli maddələrin miqdarı barədə onlara heç bir məlumat verilməmişdir. Onların hüquq və vəzifələri izah olunmamış, xətanın mahiyyəti bildirilməmişdir. Hal-hazırki dövrədək şadlıq evindən ətraf mühiti çirkləndirəcək heç bir hadisə baş verməmişdir. Müvafiq qurğu ilə təchiz olunan tüstü bacası bütün standartlara uyğun şəkildə fəaliyyət göstərir. Bu hal sadəcə olaraq ona qarşı təzyiq forması kimi istifadə edilir. Qərar tamamilə qanunsuz və əsassızdır. Həmin qərar ləğv edilməlidir. Cavabdeh orqan onlara qarşı qərəzli mövqedə olduqlarını açıq-aşkar biruzə verirlər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən şadlıq evinə dair 29 noyabr 2021ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş və həmin qərar məhkəmə qərarı ilə ləğv olunmuşdur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 nümayəndəsi vəkil Nümayəndə şikayəti müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi və bildirdi ki, protokol qanunsuz və əsassızdır. 31 oktyabr 2018-ci il tarixli müqaviləyə görə “Okean” şadlıq evində hava təmizləyici hidrofilterlər və aksessuarların quraşdırılması üçün razılıq əldə edilmiş və işlək halda sifarişçiyə təhvil verilmiş, xidmətinə 1 il müddətinə zəmanət verilmişdir. Yəni şadlıq evində hava təmizləyici hidrofilterlər, alsessuarlar quraşdırılıb və işlək vəziyyətdədir, həmin gün də işləmişdir. Yoxlamanın hansı qaydada həyata keçirilməsi, yoxlayan aparatın lisenziyası və zərərli maddələrin miqdarı barədə onlara heç bir məlumat verilməmişdir. Onların hüquq və vəzifələri izah olunmamış, xətanın mahiyyəti bildirilməmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxsin nümayəndəsi X5 bildirdi ki, 2022-ci ilin mart ayı ərzində Bakı, Sumqayıt və Abşeron ərazilərində müvafiq monitorinqlər keçirilmişdir. Bütün Sumqayıt ərazisindəki obyektlərdə ətraf mühitin mühafizəsi ilə bağlı monitorinqlər keçirilmişdir, bu yoxlama və ya sahibkarlıq fəaliyyətinə müdaxilə deyildir. Okean şadlıq sarayında da monitorinq aparılmışdır. Qanunvericiliyə əsasən yol verilən həd 5 kubmetr olmasına baxmayaraq Okean şadlıq sarayında normadan artıq olmuşdur. Okean şadlıq sarayının işçisi də monitorinqdə iştirak etmişdir. Şadlıq sarayının qaz ötürücü qurğusunun olması, onun işlək vəziyyətdə olması, onun sertifikatının olması təqdim edilməmişdir. Amma bunlar inzibati xətanı istisna etmir, monitorinq aparılan zaman “Okean” şadlıq sarayında atmosferə atılan tüstünün yol verilə bilən həddi normadan artıq olmuşdur. Bu müəyyən edilmişdir. Buna görə də İXM-nin 233.1-ci maddəsi ilə protokol tərtib edilmiş, qərar qəbul edilmişdir. Şikayətin təmin olunmamasını xahiş edir. Məhkəmə X6İn şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol əsasında qəbul edilmiş qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 2500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 78034 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Okean şadlıq sarayında aparılmış yoxlamalar zamanı bacadan çıxan zərərli tüstülərin miqdarı normadan artıq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə görə Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, X3 şikayəti əsassız olduğundan rədd edilməlidir. Okean şadlıq sarayında aparılan yoxlamalar zamanı ətraf mühitə atılan zərərli maddələrin miqdarı yol verilən normadan artıq olmuşdur, bu kalibrləmə sertifikatı verilmiş cihazla yoxlanılaraq müəyyən edilmişdir. Bununla bağlı kifayət qədər mötəbər sübutlar var, bunu şikayətçi təkzib etsə də məhkəməyə həmin sübutları şübhə altına ala biləcək heç bir sübut təqdim etməmişdir. Şikayətçinin özünün göstərdiyi hallar da inzibati xəta hadisəsinin baş verməsini təsdiq edir. Müqaviləyə əsasən tüstü bacası quraşdırılması, bacanın təmizlənməsi, avadanlığın işlək vəziyyətdə olması inzibati xətanı istisna etmir. Monitorinq aparılan vaxt pozuntu müəyyən edilmişdir, ondan əvvəl və ya sonra ətraf mühitə atılan zərərli maddələrin miqdarı yol verilən normada ola bilər. Məhkəmə tərəfindən şikayətdə göstərilən bütün hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Səlahiyyətli orqanın qərəzli olması barədə də məhkəməyə sübut təqdim edilməmişdir. Həmin orqanın öz səlahiyyəti daxilində fəaliyyət göstərərək inzibati xəta hadisələrini qeydə alması qərəz kimi qəbul edilə bilməz. Ona görə də, məhkəmə hesab edir ki, vəzifəli şəxs X4 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəzifəli şəxs X3 nümayəndəsi vəkil Nümayəndə şikayəti təmin edilməsin. Vəzifəli şəxs X3 Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol əsasında qəbul edilmiş qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-983/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-983/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver