Məhkəmə qərarları › İş №3(060)-983/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-983/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-983/2025 22.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, İcra sənədi üzrə tələbkar X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 22 aprel 2025ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-215/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədi üzrə borcludan hər ay 324 manat aliment tələbkar Tağıyeva (Əlistanova) İradə Qabil qızına ödənilməlidi. Şəxs üzürlü səbəb olmadan icra sənədlərini icra etməmiş, 18000 manat borcu yaranmışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-215/2016 saylı, xx.xx.2016-ci il tarixli icra vərəqəsinə əsasən 22 oktyabr 2015-ci il tarixdən etibarən xx.xx.2001-ci il təvəllüdlü X2, xx.xx.2002-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 108 (yüz səkkiz) manat olmaqla, ümumilikdə 324 (üç yüz iyirmi dörd) manat miqdarında aliment Şəxs tutularaq Tağıyeva (Əlistanova) İradə Qabil qızının xeyrinə ödənilməlidir. İcra sənədi icra idarəsinə daxil olduqdan sonra 2024-cü ilin aprel ayından onun icraatına daxil olmuşdur. Borclu müxtəlif vaxtlarda qeyri stabil ödənişlər etmiş, sonuncuya sms xəbərdarlıqlar və şifahi xəbərdarlıqlar diqqətinə çatdırılmışdır. Lakin, borclu qismən ödənişlər etmişdir. 2017 və 2018-ci illər də aliment borcunu ödəməməsi səbəbindən inzibati qaydada həbs edilmiş, barəsində cinayət işinin başlanması ilə bağlı təqdimat tərtib edilməmişdir. Sonuncu dəfə borclu xx.xx.2025-ci il tarixdə 200 manat ödəniş etmişdir. İzahatında işsizliyə görə ödəniş etmədiyini bildirmişdir, son 2 həftədir icra məmurunun çağırışlarından yayınmamışdır. Protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, bundan sonra hər həftə 100 manat olmaqla mütəmadi ödənişlər edəcəkdir. Bu dövr ərzində valideyni rəhmətə getmiş və işsiz qalmışdır. Bu səbəbdən icra sənədini yerinə yetirə bilməmişdir. Əgər ona vaxt verilərsə ödənişlər edəcəkdir. Əvvəllər inzibati qaydada həbs edilmişdir. Gələn ay bankdan 2000 manat kredit götürürək tələbkara ödəniş edəcək, həmçinin həftə sonunadək 100 manat ödəniş edəcəkdir. Himayəsində 75 yaşında xəstə valideyni var. Anasının adına olan evi də satıb tələbkara ödənişlər edəcəkdir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X9 izahatında bildirmişdir ki, borclu ilə hər hansı razılığa gələ billməyəcəyini qeyd edərək, borc məbləğini tam olaraq tələb edir. Borclu sonuncu dəfə xx.xx.2025-ci il tarixdə ona ödəniş etmişdir. Qeyd edir ki, İlqarın anası pensiya alır və onun əvvəllər yaşadığı mənzili kirayə verir, yəni İlqarın gəlir mənbəyi var. Bundan sonra ödəniş edilməsi üçün borclunun tutulmasını istəyir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin müəyyən qədər ödənişlər etməsini nəzərə alaraq protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-215/2016 saylı, xx.xx.2016-ci il tarixli icra vərəqəsinə əsasən 22 oktyabr 2015-ci il tarixdən etibarən xx.xx.2001-ci il təvəllüdlü X2, xx.xx.2002-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 108 (yüz səkkiz) manat olmaqla, ümumilikdə 324 (üç yüz iyirmi dörd) manat miqdarında aliment Şəxs tutularaq Tağıyeva (Əlistanova) İradə Qabil qızının xeyrinə ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan 12 aprel 2016-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6232 saylı. xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Şəxs qərar ilə tanış olmuşdur. İş materiallarında olan məlumat vərəqəsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)- 5382/2016 savlı, 24.10,2016-cı il tarixli qərarı ilə Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Sumqavıt şəhər Məhkəməsinin 3(060)-1925/2016 savlı və 3(060)-2052/2018 saylı qərarları ilə müvafiq olaraq İXM-nin 528.1-ci maddəsi təqsirli bilinərək 03 və 05 gün müddətində inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Sumqavıt şəhər Məhkəməsinin 1(060)-829/2023 saylı, xx.xx.2023-cü il hökmü Şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şəxs barəsində məhkəm hökmü olması ilə əlaqədar icra sənədini yerinə yetirmədiyini qeyd etmişdir. Məhkəmə iş materiallarına və tərəflərin izahatına əsasən müəyyən etmişdir ki, Şəxs tərəfindən bu günədək icra sənədləri üzrə müəyyən məbləğlərdə ödənişlər etsə də, kifayət qədər borcu ödənilməmiş qalmışdır. Belə ki, tələbkar Tağıyeva (Əlistanova) İradə Qabil qızına 18000 manat borcu qalmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri etməməsi, həmçinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 22 aprel 2025-ci il tarixdən saat 11.30-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X6 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 04 (dörd) saata görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli xx.xx.2025-ci il, saat 11.30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 göstərdiyi 04 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar