Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-985/2023 19.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X6 Qərardan şikayət vermiş vəzifəli şəxs X4 nümayəndəsi və vəkili Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Vəzifəli şəxs X4 İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli, EP ******* saylı qərarı ilə vəzifəli şəxs X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10000 (on min) manat cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Qərara görə vəzifəli şəxs X8 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, belə fəaliyyəti həyata keçirməklə kommersiya fəaliyyəti ilə əlaqədar İran İslam Respublikası vətəndaşı MR.Hosseini Zeinaly ilə arasında bağlanmış 01 nömrəli xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Sumqayıt Baş Gömrük İdarəsində xx.xx.2020-ci il tarixli **********5995 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparılmaqla ixrac edilmiş malların müqabilində qayarılmalı olan 75000,00 ABŞ dolları və xx.xx.2020-ci il tarixli **********5997 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparılmaqla konsiqnasiya yolu ilə xirac edilmiş malların müqabilində qaytarılmalı olan 7500,00 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti idxalatçı tərəfindən fiziki şəxs Ş.Ə.Hüseynovun Azərbaycan Respublikasının müvəkkil bank hesabına köçürülməmişdir. Qeyd edilən qərardan narazı qalan vəzifəli şəxs X8 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən verilmiş EP seriyalı ******* saylı, 29 noyabr 2022-ci il tarixli inziabti tənbehvermə haqqında qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini Sumqayıt Baş Gömrük İdarəsinin EP seriyalı ******* saylı, 29 noyabr 2022-ci il tarixli qərarı ilə o vvəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin tələblərinə əsasən təqsirli bilinərək 10000,00 manat məbləğində cərimə edilmişdir. Həmin qərarı rəsmi surətdə 03 mart 2023-cü il tarixdə aldıqları üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət tərəflərindən ötürülməmişdir. Hesab edir ki, inzibatti orqanın vəzifəli şəxs olaraq onun cərimə edilməsi barədə qərarının heç bir hüquqi əsası yoxdur və həmin qərar inzibati xətaya dair işə baxan məhkəmə tərəfindən ləğv edilməli, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xita verilməsi barədə qərar qəbul edilməlidir. Vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunan X8 xx.xx.2008-ci il tarixində ********** saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydalarda ticarət işi ilə məşğul olmaqdadır. X17 Respublikasının vətəndaşı Mr. Hossein Zeinaly arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 01 saylı müqaviləyə əsasən onun tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində xx.xx.2020-ci il tarixli **********5995 və **********5997 saylı gömrük bəyannamələri əsasında 15000,00 ABŞ dolları dəyərində mallar ixrac olunmuşdur. Mallar ixrac olunduqdan sonra alıcı tərəfindən onun bank hesabına ödənişlərin aparılması mümkün olmamışdır. Belə ki, ABŞ tərəfindən İran İslam Respublikasına qarşı tətbiq olunan sanksiyalar çərçivəsində beynəlxalq ödənişlərdə banklar arasında məlumat mübadiləsini həyata keçirən X1 Telekommunikasiya Cəmiyyəti İran banklarına qarşı məhdudiyyət tətbiq etdikləri üçün onun bank hesabına ödəniş edilməsi qeyri-mümkün olmuşdur. Bu səbəbdən də alıcı ixrac olunan mallara görə ödənişləri tərəflər arasında imzalanmış 20 aprel 2021-ci il tarixli, 01 saylı ödəniş aktı əsasında 7500 ABŞ dolları dəyərində 12750 manat və 10 may 2021-ci il tarixli 02 saylı ödəniş aktı əsasında 7500 ABŞ dolları dəyərində 12750 manat ödənişləri həyata keçirərək xx.xx.2020-ci il tarixli, **********5995 və **********5997 saylı ixracbəyannamələri üzrə müəyyən olunan bütün ödənişləri həyata keçirmişdir. Tərəflər arasında imzalanmış və yuxarıda qeyd edilən ödəniş aktlarına şahidlər X7 və X9 tərəfindən imza atılmış, ödənişin qəbul edilməsi anında iştirak etmişlər. Onun tərəfindən ixrac olunan mallara görə ödənişlərin alınması üçün müvafiq hərəkətlər həyata keçirilmiş, xarici valyuta vəsaiti geri ödənilmişdir. İxrac bəyannaməsi xx.xx.2020-ci il tarixdə yazılmış və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş 180 günlük müddət xx.xx.2021-ci il tarixində bitir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı ilə 180 günlük müddət bitdikdən, yəni xx.xx.2021-ci il tarixindən inzibati xətanın törədildiyi gün olur. İXMnin 38.1-ci maddəsində də qeyd edilir ki, gömrük qaydalarına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilər. Belə olan halda inzibati xəta əsasında inzibati tənbehin verilmə müddəti xx.xx.2022-ci il tarixinə kimi ola bilərdi. Lakin işin faktiki hallarından da görünür ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən təqribən 1 il 5 ay ötəndən sonra tətbiq edilmişdir. Bu hal isə Azərbaycan Respublikasının qanunvericiliyən ziddir. Buna görə də onun hərəkətində hər hansı bir inzibati xətanın tərkibinin yaranmadığı səbəbindən iş üzrə icraata xitam verilməli və inzibati orqanın qərarının ləğv edilməsi üçün hüquqi əsas təşkil edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılan vəzifəli şəxs X4 nümayəndəsi və vəkili şikayəti müdafiə etdi, təmin edilməsini xahiş etdi və bildirdi ki, ABŞ tərəfindən İran İslam Respublikasına qarşı tətbiq olunan sanksiyalar çərçivəsində beynəlxalq ödənişlərdə banklar arasında məlumat mübadiləsini həyata keçirən X1 Telekommunikasiya Cəmiyyəti İran banklarına qarşı məhdudiyyət tətbiq etdikləri üçün X4 bank hesabına ödəniş edilməsi qeyri-mümkün olmuşdur. Bu səbəbdən də alıcı ixrac olunan mallara görə ödənişləri tərəflər arasında imzalanmış 20 aprel 2021-ci il tarixli, 01 saylı ödəniş aktı əsasında 7500 ABŞ dolları dəyərində 12750 manat və 10 may 2021-ci il tarixli 02 saylı ödəniş aktı əsasında 7500 ABŞ dolları dəyərində 12750 manat ödənişləri həyata keçirərək xx.xx.2020-ci il tarixli, **********5995 və **********5997 saylı ixrac bəyannamələri üzrə müəyyən olunan bütün ödənişləri həyata keçirmişdir. Tərəflər arasında imzalanmış və yuxarıda qeyd edilən ödəniş aktlarına şahidlər X7 və X9 tərəfindən imza atılmış, ödənişin qəbul edilməsi anında iştirak etmişlər. Bundan əlavə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən təqribən 1 il 5 ay ötəndən sonra tətbiq edilmişdir. Bu hal isə Azərbaycan Respublikasının qanunvericiliyən ziddir. Ona görə də, həm əməldə inzibati xəta tərkibi olmadığına, həm də müddət keçdiyinə görə icraata xitam verilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X10 şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət inzibati məsuliyyətə cəlb etmə müddəti keçməsi hissəsində əsaslı olduğundan təmin edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli, EP ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********5995 və **********5997 saylı gömrük bəyannamələrindən görünür ki, X3. Hossein Zainaly ilə arasında bağlanmış müqaviləyə əsasən Azərbaycan Respublikası ərazisinə “şaquli torna dəzgahı (istifadə edilmiş)-sökülmüş halda” yüklərini ixrac etmişdir. Məhkəmə araşdırması zamanı işə əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, vəzifəli şəxs X8 ümumi gömrük dəyəri 15000 ABŞ dolları olan malları xx.xx.2020-ci il tarixli **********5995 və **********5997 saylı gömrük bəyannamələri ilə ixrac gömrük proseduru altında yerləşdirmişdir. Təqdim edilmiş materaiallardan görünür ki, tərəflər arasında imzalanmış 20 aprel 2021-ci il tarixli, 01 saylı ödəniş aktı əsasında 7500 ABŞ dolları dəyərində 12750 manat və 10 may 2021-ci il tarixli 02 saylı ödəniş aktı əsasında 7500 ABŞ dolları dəyərində 12750 manat ödənişləri həyata keçirərək xx.xx.2020-ci il tarixli, **********5995 və **********5997 saylı ixrac bəyannamələri üzrə müəyyən olunan bütün ödənişləri həyata keçirilmişdir. Şikayətçi müraciətində bunu vurğulayır və inzibati xətanın baş vermədiyini bildirir. Məhkəmə həmin aktları mötəbər sübut kimi qəbul etmir və vəzifəli şəxs X8 tərəfindən inzibati xətanın törədilməsi qənaətinə gəlir. Çünki bu sahəni tənzimləyən normativ aktlar vardır və həmin aktlarla malların ixrac olunması, valyuta vəsaitinin ölkəyə qaytarılması və digər hallar tənzimlənir. Bu sahə ilə bağlı ödənişlərin qəbzlə, şahidlərin iştirakı ilə həyata keçirilməsi, müvəkkil bankdakı hesaba köçürülməməsi qanuni sayıla bilməz. Ona görə də, məhkəmə belə qənaətə gəlir inzibati xəta törədilmişdir. Əməldə inzibati xəta tərkibi olmaması barədə şikayətin dəliləri əsassızdır. Amma inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir və Qanunun tələbinə görə cəlbetmə müddəti başa çatdıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Vəzifəli şəxs X8 qanunvericilikdə nəzərdə tutulmuş 180 (yüz səksən) gün müddət ərzində konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmiş və xx.xx.2021-ci ildə həmin 180 gün müddəti bitmişdir. Həmin tarixdən 1 il müddətində vəzifəli şəxs X8 inzibati məsuliyyətə cəlb edilməli idi. İXM-nin 38.1-ci maddəsindən göründüyü kimi gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilər. Baxılan inzibati xəta uzanan və ya davam edən xətalara aid deyildir və xətanın törədilməsi və başa çatması qanunla və digər normalarla tənzimlənir. Buna baxmayaraq Sumqayıt Baş Gömrük İdarəsi göstərilən xəta ilə bağlı 18 noyabr 2022-ci il tarixdə, inzibati xətanın baş verdiyi gündən 1 il 5 ay sonra inzibati xəta haqqında protokol tərtib etmiş və 29 noyabr 2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Qüvvədə olan qanunvericiliyin tələblərindən də göründüyü kimi gömrük qaydaları əleyhinə olan inzibati xətalara dair işlər üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırki iş üzrə bu müddət keçmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət inzibati məsuliyyətə cəlb etmə müddəti keçməsi hissəsində əsaslı olduğundan təmin edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli, EP ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.6, 53.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəzifəli şəxs X5 şikayəti təmin edilsin. Vəzifəli şəxs X4 İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh olunmasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və vəzifəli şəxs X4 İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-985/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-985/2023
19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver