Məhkəmə qərarları › İş №3(060)-987/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-987/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-987/2023 14.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 14 aprel 2023-cü il tarixli MN №li ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 17:40 radələrində Sumqayıt şəhəri, N.Nərimanov və P.Həşimov küçələrinin kəsişməsində Şəxs velosiped sürən Zərərçəkmiş şəxs qarşı nalayiq sözlər işlətmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 14 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi X4 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:40-da Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən məlumat daxil olmuşdur ki, vətəndaş Zərərçəkmiş şəxs zəng edərək Sumqayıt şəhəri, İH-nin qarşısında “Kia minik” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun üzərinə avtomobili sürərək onu təhqir etməsini bildirmişdir. Araşdırma ilə əlaqədar Şəxs PB-nə dəvət olunmuş, izahatı alınmış və barəsində protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə gətirilmişdir. İzahatı alınarkən bildirmişdir ki, o Zərərçəkmiş şəxs söyməmişdir. Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə tənbeh verilmə məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində işdən çıxıb aptekdən anasına dərman almaq üçün velospied ilə Sumqayıt şəhəri, N.Nərimanov və P.Həşimov küçələrinin kəsişməsində hərəkətdə olarkən “Kia minik” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü dönmə işığından istifadə etmədən onu sıxdığından avtomaşını idarə edən adını sonradan bildiyi Şəxs “niyə dönmə işığınndan” istifadə etmədiyini bildirdikdə “yaxşı edirəm, sən kimsən göstəriş verirsən, maşının nömrəsinə bax kiməm mən” sözlərindən sonra onu nalayiq küçə söyüşləri ilə söyərək təhqir etmişdir. Onun bu hərəkətlərindən əsəbləşib səkinin üzərində əsəbi halda oturmuşdur. Əvvəllər tanımadığı adını sonradan bildiyi Şahid ona yaxınlaşaraq onu sakitləşdimiş və maqazindən su alıb ona vermişdir. Daha sonra o Şahid mobil nömrəsini götürmüş, hadisənin şahidi olması ilə bağlı onunla razılaşmış və bu gün Raminə zəng etmişdir ki, məhkəməyə gəlib şahidlik etsin. O əvvəllər Ramini tanımamış, xx.xx.2023-cü ilə kimi Raminlə telefon əlaqəsi saxlamamışdır. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, o, “Karvan Ticarət Mərkəzi”ndə qadın paltarlarının satışı ilə məşğuldur. O hər ay sözü gedən ticarət mərkəzinin qarşısında çalışan parkovşik və xadimələrə gücü çatan maddi yardım etmişdir. Ticarət mərkəzində çalışan bir neçə qadın barəsində əvvəllər saxta, şantaj xarakterli şikayətlər olmuş, həmin qadınlar 50-100 manat saxta şikayət edənə verməklə bu işin dalınca getməmişlər. Lakin o ali təhsillidir, hüquqlarını bilir, hazırki işlə bağlı sahə rəisi bir neçə dəfə ona zəng edib deyib ki, 50 manat cəriməni ödə bu işi bağlayaq, lakin o razılaşmamış, ədalətli məhkəmə araşdırması tələb etmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 06 aprel 2023-cü il tarixdə saat 17:30-da Sumqayıt şəhəri, N.Nərimanov və P.Həşimov küçələrinin kəsişməsində svetoforun qırmızı işığında durduğu zaman yolun hərəkət hissəsində, velosiped sürmək üçün nəzərdə tutulmayan yerdə velosipeddə olan adının sonradan bildiyi Zərərçəkmiş şəxs ona əl hərkəti ilə avtomaşının pəncərəsini açmasını bildirmişdir. O avtomobilin şüşəsini endirdikdə ona “niyə dönmə siqanlından istifadə etmirsən, az qala məni sıxaraq yıxacaqdın” bildirdikdə cavab olaraq bildirmişdir ki, “sən kimsən ki, mənə göstəriş verirsən” demişdir. Daha sonra Zərərçəkmiş şəxs ona “səndən şikayət edib sürücülük vəsiqəni əlindən aldıraram, 20,00 manat pul ver yoxsa səndən şikayət edərəm” demişdir. O isə bu söhbətə əhəmiyyət verməyərək avtomaşını ilə işlədiyi ticarət mərkəzinə getmişdir. Bildirmək istəyir ki, o Zərərçəkmiş şəxs söyməmişdir, ancaq Pərviz çox söyüləsi adamdır, çünki bu yolla pul qazanır. Qeyd olunanlara əsasən barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid ziddiyyətli izahat vermişdir. O əvvəl izahatında əvvəllər Zərərçəkmiş şəxs tanımadığını bildirsə də, məhkəmədə Pərviz və onun telefonlarına baxış keçirilib onların hələ hadisədən 4 gün əvvəl aralarında telefon zəngləri olması müəyyən edildikdən sonra, yalanı üzə çıxdığını dərk edib “ola bilsin ki, Zərərçəkmiş şəxs əvvəllər onun yanında fəhlə işlədiyini” bildirmişdir. Şahid hadisə ilə bağlı izahatında həmçinin bildirmişdir ki, o, fərdi əməklə məşğul olur, tikintidə işləyir, Zərərçəkmiş şəxs demək olar ki, küçələrdə hər gün velosiped sürən görür. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində bir nəfərin səkidə oturub ağladığını görmüş, ona yaxınlaşaraq həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu bilmiş, nə baş verdiyini soruşmuş, Pərviz bir qadınla mübahisəsi olduğuna görə əsəbləşdiyini demişdir. O Pərvizə su alıb vermişdir ki, sakitləşsin, sonra öz telefon nömrəsini Pərvizə vermişdir ki, nəsə problem olsa ona zəng eləsin. Bu gün də Pərviz ona zəng edib məhkəməyə şahid kimi çağırmışdır, o da gəlmişdir. Şəxs Zərərçəkmiş şəxs söyməsini eşitməmiş və onların arasındakı mübahisəni görməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində 14 aprel 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Şəxs əməlində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozma faktı öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid və zərərçəkmiş şəxsin istifadə etdiyi mobil telefonlara baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 22:04-də Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı telefon nömrəsinə Şahid məxsus ***-***-**-** saylı nömrədən “buraxılmış zəng” daxil olmuşdur. Bu onu göstərir ki, həmin şəxslər əvvəldən bir birilərini tanımış, məqsədləri isə məhkəməyə yalan izahatlar verməklə Şəxs inzibati məsuliyyətə cəlb etdirməkdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs və Şahid inzibati xətalar haqqında iş üzrə icraat zamanı bilə-bilə yalan izahat vermişlər. Şəxs əməlində isə İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Eyni Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24,00 manat pul dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində 14 aprel 2023-cü il tarixli MN №li ******* saylı inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs Şimal Vəkil Bürosunun vəkili X1 göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24,00 manat dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar