Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-99/2021 04.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X6 iştirakı ilə, Sumqayıt şəhər polis idrarəsi X15 şöbəsinin yol patrul xidmətinin 29.07.2020-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X12 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər polis idrarəsi X15 şöbəsinin yol patrul xidmətinin polis serlantı X7 tərəfindən tərtib edilmiş 29.07.2020-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. X12 ərisəsində göstərmişdir ki, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis X2 tərəfindən 29 iyul 2020-ci ildə onun barəsində AR İXM-nin 211.1-ci maddəsinə əsasən İXP ******* saylı protokol tərtib edilmişdir. Həmin Protokol əsasında 29.07.2020-ci il tarixində MN № ******* saylı qərar qəbul edilmiş, AR İXM-nin 211.1-ci maddəsi ilə 200 (iki yüz) manat cərimə edilmişdir. O, barsində tərtib olunmuş MN № ******* saylı qərarla razılaşmamışdır. 29 iyul 2020-ci ildə saat 19:00-da SMS icazə üçün müraciət etmişdir. 19:15-də mobil telefonuna "Hörmətli istifadəçi, yeni müraciətə icazə verilmir. Təxirə salınmaz tibbi zərurətlə bağlı 103 Çağrı Mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur” SMS məlumat daxil olmuşdur. Odur ki, o, 29 iyul 2020-ci ildə yaşadığı evi qanunsuz olaraq tərk etməmişdir. İşləmir və əlavə gəlir mənbəyim yoxdur. O, həmin vaxt icazə ilə evdən çıxmış və yalnız dənizkənarı sahədə gəzişmək istəmişdir. Gəzmək istədiyi ərazi dənizkənarı sahə olmuşdur. Buna görə də hesab edir ki, qərar ləğv edilməlidir. Bundan əlavə maddi imkanı çox acınacaqlı vəziyyətdədir. Himayəsində 4 azyaşlı övladı və həyat yoldaşı vardır. İnzibati xəta haqqında qərardan ərizə (şikayət) Sumqayıt Şəhər Məhkəməsinə 11.12.2020-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tərbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 yanvar 2021-ci il tarixli məlumatına əsasən işin baxılması 04 fevral 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsi X15 şöbəsi məhkəməyə gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən X12 ərizəsini müdafiə edərək, ərizəyə uyğun izahat verib məhkəmədən ərizəsinin (şikayətinin) təmin olunmasını xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisəli qərardan görünür ki, X12 barəsində 29.07.2020-ci il tarixdə saat 19:13-də TP ******* saylı qərar üzrə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezitenti Yaninda Vətandaşlara Xidmət və Sosial İnavasiyalar üzrə X3 X8 Mərkəzi və X9 birgə ərsəyə gətirdiyi 8103 SMS icazə sistemi 20 iyul saat 06:00-dan 05 avqust 06:00-dək Xüsusi Karantin Rejiminin X1 müəyyən olunmuş qaydada həyata keçirilir. Evdən çıxmalarına dair sms əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər. İcazələrin məqsədinə dair 2 kod təyin edilir. 1 nömrəli kod təxirə salınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X12 29.07.2020-ci il tarixdə saat 19:00-da icazə alınması qeyd etsə də, lakin onun icazəsi ilə bağlı məhkəməyə heç bir sənəd təqdim olunmamışdır. Göründüyü kimi X12 barəsində inzibati xəta haqqında protokol (qərar) qəbul dilərkən onun xüsusi icazə olamamsı aşkar olunmuşdur. Halbuki müafiq qanunvericiliyin tələblərinə əsasən o icazəni aldıqdan sonra yaşayış yerini tərk edə bilərdi. Məhkəmənin gəldiyi nəticə iş materiallarındakı sənədlərlə təsdiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər polis idarəsi X15 şöbəsinin yol patrul xidmətinin inspektoru, polsi X2 tərəfindən qəbul edilmiş 29.07.2020-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarı qanunvericiliyin tələblərinə uyğundur və X6 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər polis idrarəsi X15 şöbəsinin inzibati xəta haqqında 29.07.2020-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər polis idrarəsi X15 şöbəsinin inzibati xəta haqqında 29.07.2020-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayət təmin olunmasın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-99/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-99/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver