Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-99/2022 07.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, 10.09.1979-cu ildə Naxçıvan MR, Şərur rayonu, Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Naxçıvan MR, Şərur rayonu, Çomaxtur kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Sovxoz qəsəbəsində, fərdi evdə yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 535.1-ci maddəsi ilə 07 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş X7 06.01.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində qazıntı işləri apardığı zaman bölmənin rəis müavini Tural Hüseynov yaxınlaşıb sənədləri soruşduqda onun qanuni tələbinə tabe olmayaraq işinə davam etmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi X5 tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Əhməd adlı şəxsin yanında sürücü vəzifəsində işləyir. Əhmədə məxsus dövlət nömrə nişanlı bilmədiyi Ekskavatoru idarə etmişdir. 06.01.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabidin qəsəbəsi Sumqayıt çay adlanan ərazidə müdiri Əhmədin göstərişi ilə həmin müəssisənin dövlət qeydiyyat nömrəsini bilmədiyi ekskavatoruyla orada olan yolun kənarında yerləşən qum təpəsini düzləşdirib oradan yığılan qumu HOVA markalı avtomobilə yükləyib biraz kənara boşaltmalı idi. Həmin vaxtı mülkü geyimdə bir nəfər onlara yaxınlaşıb özünü Sumqayıt ŞPİ-nin 2-ci PB-nin rəis müavini kimi təqdim etdi, onlardan texnikaları dayadırmağı tələb etmiş və onlardan torpaqda qazıntı işi aparmaqla bağlı Ekalogiya və Təbii Sərvətlər Nazirliyindən icazələrinin olub-olmasını soruşduqda ona bildirmişlər ki, onların heç bir sənədləri yoxdur Əhməd adlı şəxsin göstərişi ilə bu qazıntı işlərini aparmışlar. Sumqayıt ŞPİ-nin 2-ci PB-nin rəis müavini Tural Hüseynov onlara bildirdi ki, Azərbaycan Respublikasının İXM-nin 439-cu maddəsinin tələbini pozduqlarına gorə onlara bölmədə protokol tərtib olunacaq, ona görədə onları polis bölməsinə dəvət olunmuşlar. Qeyd olunanların nəzərə alınmasını barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, 06.01.2022-ci il tarixdə saat 14:30 radələrində inzibati ərazidə xidmətdə olan zaman Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Sumqayıt çay adlanan ərazidə Ekskavator vasitəsi ilə yolun kənarında olan torpaq səthinin qazılaraq yuk maşınına yükləndiyini görüb onlara yaxınlaşaraq özünü təqdim edərək müvafiq icazələrinin olub olmadığını soruşduqda onlar ona məhəl qoymayaraq öz qanunsuz əməllərinə davam edərək onun qanuni tələbimə tabe olmadıqları üçün PB-nin əməliyyat qurupunun köməkliyi ilə həmin şəxsləri PB-nə gətirilmişdirlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin və sahə müvəkkilinin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, X3 İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmur. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş X7 barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200,00 (iki yüz) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilən X7ə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X11 göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-99/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-99/2022
07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver