Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-990/2022 20.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı Nümayəndə oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, 02.10.1984-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Sumqayıt şəhəri, X4 Qəsəbəsi, Məktəbli küç, ev 1, mən 11 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 19.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokola əsasən Şəxs 29.03.2022-ci il tarixdə, saat 14:00 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, SMP-518 ərazisi fərdi evdə yaşayan qohumu X1 evinin həyətindən oğurluq etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Nümayəndə oğlu tərtib edilən protokola uyğun izahat verərək bildirdi ki, Şəxs 29.03.2022-ci il tarixdə, saat 14 radələrində oğurluq etmək məqsədilə mərhum dayısının H.Z.Tağıyev qəsəbəsi, SMP 518 ərazisində yerləşən fərdi evinin həyətinə hasardan aşma yolu ilə daxil olmuş, ətrafa göz gəzdirərək heç kimin olmadığını görüb fərdi evin həyətində olan 2 ədəd işlənmiş list dəmiri, 1 ədəd işlənmiş aliminum qazanı, 1 ədəd işlənmiş aliminum aftafanı, 3 ədəd işlənmiş darvazanın üzərində olan aliminum bəzəkləri, 2 ədəd işlənmiş aliminum tavanı götürüb oranı tərk etmişdir. Həyətdən götürdüyü 1 ədəd işlənmiş aliminum qazanı, 1 ədəd işlənmiş aliminum aftafanı, 3 ədəd işlənmiş darvazanın üzərində olan aliminum bəzəkləri, 2 ədəd işlənmiş aliminum tavanı, 2 ədəd list dəmiri 29.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, Yaşma bağları massivində yerləşən metal qəbulu məntəqəsinə 20 manata satmışdır. Sumqayıt Şəhər Pİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Fərhat Bayramov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə 06.04.2022-ci il tarixli qərar qəbul edilmiş və həmin fakt üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin (xırda talama) tərkibi olduğundan inzibati xəta törətmiş şəxsin (şəxslərin) müəyyən edilib inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt Şəhər Pİ-nin 2ci PB-nə göndərilmişdir. Oğurluq hadisəsinin Şəxs tərəfindən törədildiyi məlum olduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 19.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 29.03.2022-ci il tarixdə, saat 14 radələrində mərhum Zakir dayısının H.Z.Tağıyev qəsəbəsi, SMP 518 ərazisində yerləşən fərdi evinin həyətinə hasardan aşma yolu ilə daxil olmuş, fərdi evin həyətində olan 2 ədəd işlənmiş list dəmiri, 1 ədəd işlənmiş aliminum qazanı, 1 ədəd işlənmiş aliminum aftafanı, 3 ədəd işlənmiş darvazanın üzərində olan aliminum bəzəkləri, 2 ədəd işlənmiş aliminum tavanı götürüb oranı tərk etmişdir. Həyətdən götürdüyü 1 ədəd işlənmiş aliminum qazanı, 1 ədəd işlənmiş aliminum aftafanı, 3 ədəd işlənmiş darvazanın üzərində olan aliminum bəzəkləri, 2 ədəd işlənmiş aliminum tavanı, 2 ədəd list dəmiri 29.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, Yaşma bağları massivində yerləşən metal qəbulu məntəqəsinə 20 manata satmışdır. O, mərhum Zakir dayısının yoldaşı Nahilədən icazə almadan onun həyətinə daxil olmuşdur. Oğurluq edən zaman yanında heç kim olmamışdır. Oğurladığı avadanlıqları maddi ehtiyacı olduğundan götürmüşdür. Dayısı rəhmətə getdiyinə görə zərərçəkmiş şəxslə barışmağı mümkün olmamışdır. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X2 məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, 01.04.2022-ci il tarixdə Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsi SMP-518 ərazisi fərdi evin həyətindən qohumu Namiq adlı şəxs tərəfindən ona məxsus 1 ədəd aliminium qazanı, 1 ədəd aliminium aftafanı, 3 ədəd dəmir darvazanın üzərində olan aliminium bəzəyi, 2 ədəd aliminium list dəmiri və 2 ədəd aliminium tavanı oğurlaması ilə əlaqədar 2-ci PB-nə ərizə ilə müraciət etmişdir. Hal-hazırda Namiq ona dəymiş ziyanı geri qaytarmamışdır. Qeyd edir ki, Şabran rayonuna yaxın qohumunun yas mərasiminə getdiyi üçün məhkəmə zalında keçirilən iclasda iştirak edə bilmir. Qeyd olunanların nəzərə alınaraq onun iştirakı olmadan işə baxılmasını xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 06.04.2022-ci il tarixli qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs məsuliyyətini yüngülləşdirən hal onun əməlindən peşman olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19 aprel 2022-ci il tarixdə, saat 10:00-da inzibati qaydada tutulmuşdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 19 aprel 2022-ci il, saat 10:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-990/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-990/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver