Məhkəmə qərarları › İş №3(060)-994/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-994/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-994/2025 13.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X9nin nümayəndəsi X10, X1 müdafiəçisi Sumqayıt Regional Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X9nin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X13 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 müdafiəçisi Vəkil şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X9nin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Abşeron X36 tərəfindən onun barəsində xx.xx.2025-ci ildə protokol tərtib olunmuşdur. Həmin protokolun əsasında xx.xx.2025-ci ildə MN №1809588 saylı qərar qəbul olunmuş və o, Azərabyacan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə olunmuşdur. O, bu iş üzrə qəbul edilmiş protokolla və qərarla razılaşmır. Belə ki, qeyd olunan tarixdə Xəzər restoranı fəaliyyət göstərməmişdir. Protokolda adı qeyd olunan müfəttiş Mansur Əhmədov həmin obyektdə olmamışdır. Sumqayıt ŞPİ-nin xx.xx.2025-ci il tarixli məktubuna istinad edilərək 24 gün sonra yəni, xx.xx.2025-ci ildə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Fakt üzrə araşdırma aparılması üçün Xəzər restoranına X12 əməkdaşları dəvət edilməmişdir. Protokol tərtib edildikdən sonra guya onun inzibati xəta törətdiyi, obyektdə əmək müqaviləsi bağlanmadan işçilərin işə cəlb edildiyi məlum olmuşdur. Belə ki, xx.xx.2025-ci ildə və protokol tərtib edilən tarixdə yəni, xx.xx.2025-ci ildə obyekt fəaliyyət göstərməmişdir. O, MN № ******* saylı inizbati xəta haqqında protokoldan narazı olduğu üçün X12 X4 müraciət etmişdir. O, müraciətində göstərmişdir ki, inzibati xəta hadisəsi törədilmədiyi halda inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Belə ki, Sumqayıt şəhər Polis İdarəsi tərəfindən xx.xx.2025-ci ildə obyektdə əmək müqaviləsi bağlanmayan işçilərin işə cəlb edilməsi faktı aşkar edilmişdir. (xx.xx.2025-ci il tarixli, MN № ******* saylı Protokola əsasən). xx.xx.2025-ci ildə 581/2İ-3/35 saylı məktubla Sumqayıt şəhər Polis İdarəsi X4 məlumat ünvanlamışdır. X9 tərəfindən heç bir araşdırma aparılmadan və iaşə obyektinə gəlmədən, orada olan işçiləri dindirmədən 24 gün sonra, yəni xx.xx.2025-ci ildə Protokol tərtib etmişdir. Bu da İXM-nin 101.1-ci maddələrinin tələblərinə uyğun gəlmir. Həmin maddəyə görə "İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir". Həmçinin X9 tərəfindən xx.xx.2025-ci ildə MN № ******* saylı qərar qəbul edilərkən İXM-nin 115.1.7-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolun vaxtında tərtib edilməməsinə aydınlıq gətirilməmişdir. Ona görə də xx.xx.2025-ci il tarixli, MN № ******* saylı qərar qəbul edilərkən İXM-nin 135.1.1-ci və 135.1.6-cı maddələrinin tələbləri pozulduğu üçün inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yeni qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən X5 müdafiəçisi Vəkil şikayətinin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edəm qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin nümayəndəsi X22 şikayətlə razılaşmayaraq bildirmişdir ki, Sumqayıt Şəhər Polis idarəsindən daxil olmuş məlumata Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X9ndə baxılmışdır. Araşdırma zamanı X13 tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsi ərazisində yerləşən “Xəzər” restoranında əmək müqaviləsi olmadan qutabçı kimi fəaliyyət göstərən X14, ofisiant kimi fəaliyyət göstərən X3, usta kimi fəaliyyət göstərən X6, X3 və X17 əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri müəyyən edilmişdir. Bu halları həm X13 özü etiraf etmiş, bu barədə izahat yazmış, həm də işçilər öz izahatları ilə təsdiq etmişlər. Müfəttişlikdə araşdırma zamanı işə baxılma yeri və vaxtı barədə X7 bildiriş göndərilmiş və sonuncu bildirişi şəxsən imzalamaqla qəbul etmişdir. Bundan sonra araşdırma prosesində X13 iştirak etməmiş və onun iştirakı olmadan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra isə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X13 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və X23 Xidmətinin X9nin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X26 izahatında bildirmişdir ki, qonşusu Vüqarın vasitəsilə tanıdığı sonuncunun əmisi Zöhrab adlı şəxslə Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən Xəzər restoranında bəzi yerləri boyamaq üçün razılaşmışlar. xx.xx.2025-ci il tarixdə tanışları X11 və X15 da ona kömək məqsədi ilə həmin restorana gəlmişlər. Orada boya işləri çox olmamış cəmi bir-iki saatlıq iş olmuşdur. Onlar yeni işə başlayan zaman polis əməkdaşları gələrək onları bölməyə aparmışlar. Həmçinin bildirmişdir ki, onlar Xəzər restoranında əvvəllər işləmişlər, yalnız həmin gün oraya gəlmişlər və görəcəkləri iş də bir-iki saatlıq iş olmuşdur. Həmin vaxt orada qutab bişirən bir xanım da olmuşdur ki, onlara yemək hazırlasın. Həmin xanımı bu gün məhkəmədə də şahidlərin gözləmə otağında görmüşdür. Məhkəmə iclasında iclasında şahid qismində iştirak edən X24 izahatında bildirmişdir ki, o, üç ilə yaxın Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən Xəzər restoranında qutabçı işləmişdir. Həmin restoranı Afət adlı şəxs işlətmişdir. Polislər obyektə gəldiyi gündən bir gün əvvələ kimi, yəni xx.xx.2025-ci il tarixə kimi həmin restoranı Afət adlı şəxs işlətmiş, o da Afətin işçisi kimi fəaliyyət göstərmişdir. xx.xx.2025-ci ildə isə restorana gəldikdə oranı artıq X5 işlətməsi ona məlum olmuşdur. Həmin gün o işləməmişdir, müdriyyət dəyişdiyi üçün onun yenidən işə götürülməsi məsələsi həll olunmalı imiş. Həmin gün restoran heç fəaliyyət göstərməmiş, orada təmir işləri görülmüşdür. O da yalnız ustalara yemək hazırlamışdır. Həmin gün restoranda hər hansı müştəri olmamış, o müştərilərə hər hansı xidmət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X27 izahatında bildirmişdir ki, o əvvəllər X8 tanımamışdır və Xəzər restoranında işləməmişdir. Yalnız xx.xx.2025-ci il tarixdə Xəzər restoranında olmuş və həmin gün hər hansı müştəriyə xidmət göstərməmişdir. Həmin tarixdə iş axtarmaq üçün Xəzər restoranına yaxınlaşmış, ona restoranda təmir işləri getdiyini, təmir başa çatdıqdan sonra onu ofisiant kimi işə götürə biləcəklərini demişlər. Qeyd etdiyi kimi həmin tarixdə restoranda hər hansı müştəriyə xidmət göstərməmiş, həmin tarixdə restoranda təmir işləri aparılmışdır. Həmin tarixdə restoranda yalnız stul və masaları daşımış və restoranın gələcəkdə fəaliyyət göstərməsi üçün hazırlıq işləri aparılmışdır. Elə həmin tarixdə də polis əməkdaşları restorana gəlmiş, onları polis bölməsinə gətirmiş və izahatlarını almışlar. Polis Bölməsində verdiyi izahatında o ofisiant işlədiyini qeyd etməmişdir. Hazırda təqdim edilən izahatda olan əl yazısı ona məxsus deyil, yalnız imza ona məxsusdur. Həmin izahatı oxumadan imzalamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsində yerləşən “Xəzər” restoranında işəgötürən X13 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq xx.xx.2025ci il tarixdə X24, X28, X11, X26 və X16 ilə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da vəzifəli şəxs X13 (VÖEN: **********) Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən vəzifəli şəxs X13 (VÖEN: **********) tərəfindən fiziki şəxslər X24, X28, X11, X26 və X16 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Buna görə də X18 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi 3000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib edilmiş 08.0.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:30 radələrində sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinin rəis müavini Şahbaz Şahbazov, sahə rəisi Müsabi Cabbarov sahə rəisi Fərman Hüseynzadə, sahə rəisi Rasim Əlixanov və sahə rəisi Elvin İmanovla birlikdə inzibati ərazidə xidmətdə olan zaman tərəflərindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsi ərazisində yerləşən “Xəzər” restoranında keçirilən yoxlama zamanı qutabçı kimi fəaliyyət göstərən X24, ofisiant kimi fəaliyyət göstərən X19, fəhlə kimi fəaliyyət göstərən X11, X17 və X15 əmək müqaviləsi olmadan işəgötürən X13 tərəfindən obyektdə işlədildiyi, obyektdə məişət tullantılarının tutumlardan kənara atılması nəticəsində antisanitar vəziyyətin yarandığı, eləcə də qapalı məkanda tütün məlumatlardan istifadə edən X20 müəyyən olunmuşdur. Həmin şəxslər izahatlarının alınması məqsədi ilə tərəflərindən bölməyə gətirilmişdir. İş materiallarına əlavə edilmiş X5 Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, 2024-cü ilin dekabr ayından Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən Xəzər restoranını (Duyğu) icarəyə götürmüşdür. Lakin, bu günə kimi heç bir müştəriyə xidmət göstərməmişdir, hal-hazırda təmir işləri aparır. Həmçinin bildirmişdir ki, obyektdə qutabçı xanım işləmiş, obyekt tam fəaliyyət göstərmədiyi üçün onun baş geyimi və əlcəyi olmamışdır. Obyektdə toyuq əti, mal əti və balıq ətinin birlikdə saxlanılması nöqsan olmuşdur, obyektdə olan işçilərlə əmək müqaviləsi bağlamamışdır. İş materiallarında olan X14 Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən Xəzər restoranında 03 ildir ki, əmək müqaviləsi olmadan işlədiyini bildirmişdir. İş materiallarında olan X19 Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, Novxanıda yerləşən Xəzər istirahət mərkəzində ofisiant kimi çalışır. İşəgötürən Zöhrab adlı şəxs onunla əmək müqaviləsi bağlamamışdır. İş materiallarında olan X11, X17 və X6 Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində verdiyi xx.xx.2025-ci il tarixli izahatlarından görünür ki, onlar xx.xx.2025-ci ildə Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən Xəzər restoranına boya işləri görmək üçün getmişlər və həmin vaxt polis əməkdaşları tərəfindən 1-ci Polis Bölməsinə gətirilmişlər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respunliaksı İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, X5 fəaliyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə vergi ödəyicisi tərəfindən qərar qəbul edilmişdir. Fəaliyyətin dayandırıldığı tarix xx.xx.2025-ci il göstərilmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X13 2024-cü ilin dekabr ayından Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən Xəzər restoranında fəaliyyət göstərmiş, həmin restoranda X24 və X27 əmək müqaviləsi bağlanılmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Həmin fakt xx.xx.2025-ci ildə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aşkar edilmiş və müvafiq araşdırma aparılması üçün X23 xidmətinə göndərilmişdir. X23 Xidmətinin X9ndə aparılan araşdırma zamanı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X5 işçilərlə əmək müqaviləsi bağlanmadan onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi öz təsdiqini tapmış və sonuncu Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi 3000 manat məbləğində inzibati cərimə edilmişdir. X14 və X19 əmək müqaviləsi bağlanılmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həm işçilərin izahatı, həm də barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X5 Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində verdikləri izahatlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid X24 fərqli izahat verərək X13 tərəfindən işə cəlb edilmədiyini, həmin restoranı xx.xx.2025-ci il tarixədək Afət adlı şəxsin işlətdiyi qeyd etsə də, X13 öz izahatında həmin restoranı 2024-cü ilin dekabr ayından icarəyə götürüb işlətdiyini bildirmişdir. Digər şahid X27 isə izahatında xx.xx.2025-ci ildə hələ ofisiant kimi fəaliyyət göstərmədiyini, restoranda heç bir müştərinin olmamasını bildirsə də, həmin tarixdə restoranda fakitiki olaraq işləyərək masa və stulları daşıyıb yerlərinə düzdüyünü bildirmiş, həmçinin Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində verdiyi izahatında Xəzər restoranında ofisiant kimi işlədiyini bildirmişdir. Ona görə də məhkəmə şahidlərin məhkəmə iclasında verdikləri izahatlarına tənqidi yanaşaraq hesab edir ki, həmin izahatlar onları fakitiki olara işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş şəxs X8 məsuliyyətdən yayındırmaq məsqədi daşımışdır. Müfəttişlikdə aparılan araşdırma zamanı Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən Xəzər restoranında boya işləri görən X11, X17 və X6 da qanunsuz olaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin şəxslər Xəzər restoranın əsas fəaliyyəti ilə bağlı hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişlər və onlarla X13 arasında hər hansı işçi-işəgötürən münasibətləri olmamışdır. Belə ki, həmin şəxslər yalnız müvvəqqəti xarakter daşıyan işin – boya işlərinin yerinə yetirilməsi üçün Xəzər restoranında olmuşlar, tərəflər arasında münasibətlər X5 əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranmamış, yəni restoranın fəaliyyəti ilə bağlı hər hansı işlərə cəlb edilməmişlər. Bu halda tərəflər arasında olan işlərinin yerinə yetirilməsi ilə münasibətlər Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işçi-işə götürən münasibətləri deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş xidmət müqavilələri ilə tənzimlənir. Belə ki, əmək münasibətləri tabelik və daimi əmək fəaliyyəti xarakteri daşıyır, işçi işəgötürənin strukturuna daxil olur, onun göstərişlərinə tabe olur və qanunla nəzərdə tutulmuş sosial təminatlara malik olur. Mülki hüquqi münasibətlər isə müstəqillik və nəticəyə yönəlmiş xidmət xarakterlidir, burada tərəflər bərabər hüquqludur, icraçı işin icra qaydasını və yerini özü müəyyən edir, yalnız nəticə üçün məsuliyyət daşıyır və əmək hüquqları deyil, müqavilə şərtləri ilə qorunur. İnidki halda X13 ilə X11, X17 və X15 arasında olan münasibətlər yalnız boya işlərinin görülməsi, həmin işlərin təhvil verilməsi ilə bağlı olmuş, tərəflər arasında yazılı olmasa da şifahi razılaşma əsasında xidmət müqaviləsi bağlanmışdır. Bu baxımdan həmin şəxslər arasında olan münasibətlər mülki-hüquqi münasibətlər kimi qiymətləndirilməlidir. Bununla belə, yuxarıda qeyd edildiyi kimi məhkəmə araşdırması zamanı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X13 tərəfindən Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən Xəzər restoranında X24 və X27 ilə əmək müqaviləsi bağlanılmadan onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi öz təsdiqini tapmışdır və həmin halın özü də Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin tərkibini yaradır. Hazırki şikayətdə protokol tərtib edilən vaxt obyektin faktiki fəaliyyət göstərmədiyi qeyd edilsə də, işçilərin əmək müqaviləsi bağlanılmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinin aşkar edildiyi tarixdə X5 adına olan VÖEN-nin aktiv olduğu və yalnız xx.xx.2025-ci ildə fəaliyyətini dayandırdığı müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə araşdırma prosesi zamanı X2 kimi vergi orqanında fəaliyyətini dayandırması onu məsuliyyətdən azad edən, yaxud məsuliyyətini istisna edən hal deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X9nin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X9nin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X5 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X9nin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar