Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-997/2025 23.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X15, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10 iştirakı ilə, xx.xx.1986-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X29, yataqxana 2 ünvanında qeydiyyatda olan və yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən xx.xx.2025-ci il tarixdə X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, X1 Rayon Məhkəməsinin 2(008)-4487/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmiş və hazırda 4500 manat aliment borcu vardır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4487/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il tarixdə doğulmuş X18, xx.xx.2011-ci il tarixdə doğulmuş X19, xx.xx.2012-ci il tarixdə doğulmuş X17 iddiaçı X15 yanında saxlanılsınlar. xx.xx.2008-ci il tarixdə doğulmuş X18, xx.xx.2011-ci il tarixdə doğulmuş X19, xx.xx.2012-ci il tarixdə doğulmuş X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh X3 hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment iddiaçı X15 xeyrinə tutulması qərara alınmışdır. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlama qərarı qəbul edilmişdir. Ünvanına bildiriş və sms xəbərdarlıqlar göndərilmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmədiyinə görə barəsində axtarış elan edilmiş, xx.xx.2025-ci il tarixdə saxlanılaraq icra idarəsinə gətirilmiş, həmin gün və bu gün izahatı alınmış, borclu aliment borcunu ödəməyəcəyini bildirmişdir. Bu səbəbdən barəsində protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Göstərilən halları nəzərə alaraq X8 barəsində protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 bildirmişdir ki, o, artıq bir ildir övladlarını görmür. Həmçinin işləməməsi və maddi imkanı olmaması səbəbindən aliment borcundan heç bir ödəniş etməmişdir. Hazırda ödəniş edə bilmir. 2024-cü ilin dekabr ayında icra idarəsinə getmişdir. Aliment borcunu ödəməli olduğunu bilir. Protokolun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X20 bildirmişdir ki, borclu heç vaxt övladları ilə maraqlanmamış və heç bir ödəniş etməmişdir. Övladlarının mobil telefonu olmasına baxmayaraq onlara zəng etməmişdir. Borclu ilə razılığa gələ bilmir. Aliment borcunun tam ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X16 bildirmişdir ki, protokolun təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-4487/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il tarixdə doğulmuş X18, xx.xx.2011-ci il tarixdə doğulmuş X19, xx.xx.2012-ci il tarixdə doğulmuş X17 iddiaçı X15 yanında saxlanılsınlar. xx.xx.2008-ci il tarixdə doğulmuş X18, xx.xx.2011-ci il tarixdə doğulmuş X19, xx.xx.2012-ci il tarixdə doğulmuş X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh X3 hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment iddiaçı X15 xeyrinə tutulması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4487/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4487/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icrası X3 tələb edilmişdir. xx.xx.2025-ci il tarixdə Fəxriyyə Əsgərova bildirişlə tanış olmuşdur. X7 xx.xx.2025-ci il tarixlərində Sumqayıt şəhəri üzrə İcra idarəsinə ərizə ilə müraciət edərək məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025 və xx.xx.2025-ci il tarixli izahatlardan görünür ki, X8 bir ildir övladını görməməsi və işləməməsi səbəbindən aliment borcunu ödəmədiyini bildirmişdir. İş materiallarında olan olan elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, X4 hər hansı gəlir mənbəyi və ya adına daşınar, daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4487/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il tarixdə doğulmuş X18, xx.xx.2011-ci il tarixdə doğulmuş X21, xx.xx.2012-ci il tarixdə doğulmuş X17 iddiaçı X15 yanında saxlanılsınlar. xx.xx.2008-ci il tarixdə doğulmuş X18, xx.xx.2011-ci il tarixdə doğulmuş X19, xx.xx.2012-ci il tarixdə doğulmuş X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh X3 hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment iddiaçı X15 xeyrinə tutulması qərara alınmışdır. İş üzrə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada borcluya təqdim edilmişdir. Lakin, borclu icra sənədi üzrə tələbi tam yerinə yetirməmiş və onun 4500 manat borcu yaranmışdır. Tələbkar isə şikayət edərək ödəniş təmin edilməsini tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 qeyd edilən hərəkətləri, icra sənədini tam icra etməməsi, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan səbəblərdən X4 əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən X5 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Vəkil X11 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X16 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-997/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-997/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver