Məhkəmə qərarları › İş №3(061)-1/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-1/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-1/2025 06.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X17 oğlunun katibliyi, Şikayətçi "xxxx" MMC-in təmsilçisi X16 vəkili, vəkalətli nümayəndəsi Bərdə rayon Vəkil Bürosunun vəkili X9, Qərarından şikayət edilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti X23nin səlahiyyətli nümayəndəsi X14 iştirakları ilə Şikayətçi "xxxx" MMC-in təmsilçisi X16 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti X23nin rəisi X12 tərəfindən tərtib olunmuş 18 oktyabr 2024-cü il tarixli X29 Haqqında MN ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şikayətçi "xxxx" MMC-in təmsilçisi X24 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti X23nin rəisi X12 tərəfindən qəbul olunmuş 18 oktyabr 2024-cü il tarixli X29 Haqqında MN ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi "xxxx" MMC-in təmsilçisi X24 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti X23 tərəfindən tərtib olunmuş qərara əsasən o, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin uerinə yetirilməsinə cəlb etdiyinə görə” Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli, ******* saylı X29 haqqında qərarla vəzifəli şəxs qismində 3000 manat cərimə edilmişdir. Aşağıda şərh olunan əsaslara görə hesab edir ki, hazırki iş üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti X23nin rəisi X12 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı qərarı etibarsız, şöbənin vəzifəli şəxslərin qanunsuz protokol tərtib etməklə fiziki şəxs qismində 3000 manat cərimə edilməsi, bununla da hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnın hərəkətləri qanunsuz hesab edilməli və inzibati xəta hadisəsi törədilmədiyindən hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, X8 şəhərində yaşadığı evi səliqəyə salan zaman xx.xx.2024-cü il tarixdə şüşə qırılıb qolunu zədələmişdir, xanım xəsarət alanda onun işçisi olmamışdır. xx.xx.2024-cü ildə onunla əmək müqaviləsi bağlamış və Xankəndi şəhərində iaşə müəssisəsində fəaliyyətə ba.lamışdır. Əvvəllər hər hansı inzibati xətaya və cinayət məsuliyyətinə cəlb edilməmişdir. Həmçinin 44 günlük Vətən Müharibəsində və Aprel döyüşlərinin iştirakçısıdır. Qarabağ qazisidir. Hesab edir ki, X4 onun əməkdaşı olmadığı müddətdə, eləcə də öz evində iş görərkən əlini şüşə kəsdiyindən vəzifəli şəxs kimi məsuliyyət daşımadığını və inzibatu cəriməyə məruz qala bilməyəcəyini bildirmişdir. “İzibati xətalar qanunverciliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını əıhalinin sanitariya- epidemiaıloji salamatlığın, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 5.2-ci maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüqquqlarının və azadlıqlarının dövlət orqanları tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar qanunverciliyinin göstərilən vəzifələrinin həyata keçirilməsi müvafiq səlahiyyətli dövlət orqanlarının üzərinə qoyulmuşdur. Göstərilənləri rəhbər tutub inzibati xəta hadisəsi olmadığından və onun inzibati xəta törədilməsində təqsiri olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti X23nin xx.xx.2024-cü il tarixli, ******* saylı qərarının ləğv edilməsinə və X27 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi "xxxx" MMC-in təmsilçisi X16 vəkili, vəkalətli nümayəndəsi Bərdə rayon Vəkil Bürosunun vəkili X15 göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti X23nin xx.xx.2024-cü il tarixli qərarından belə məlum olumuşdur ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədiyindən işə götürən tərəfindən fiziki şəxs işlərin yerinə yetirilməsi üçün cəlb edilmiş və bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə 3000 manat cərimə olunmuşdur. Həmin qərar qəbul edilərkən tərəfin iştirakı təmin edilməmiş, hüquq və vəzifələri məhdudlaşdırılmışdır. Həmin qərar qəbul edildikdən səhərisi günü vətəndaşa bildiriş gəlmişdir ki, araşdırılma üçün dəvət edilirsiniz. Bekləliklə müəyən edilir ki, o, xx.xx.2024-cü il tarixdə qərar verilmiş, xx.xx.2024-cü il tarixdə araşdırılma üçün çağırılmışdır. Bundan başqa həmin qərarın qəbul edilməsinə əsas X16 Rüxsarə adlı şəxsin Xankəndi şəhərinə portalla keçməsini təşkil etməsi olmuşdur. Həmin əraziyə keçid yalnız portalla mümkündür. Portallar açılır ki, bununla da yeni iş yerləri yaradılır. Rahim Calalov tərəfindən Xankəndi şəhərində “Qədim Şəki şirniyyat evi ” adlı müəssisə təsis etmişdir. Bununla bağlı işçilər gəlib iş yeri ilə maraqlanır, əmək haqqı, eləcə də müəssisə rəhbərini həmin işçinin işi qane edə biləcəyi müəyən edilir. Rüxsarə adlı şəxs öz evində iş görərkən pəncərə silərkən əlini kəsmiş və xəstəxanaya müraciət etmişdir. Xəstəxana da dərhal polisə məlumat vermiş, polis isə bu barədə prokurorluğa məlumat vermiş, prokurorluq da məktubla tədbir görülməsi üçün Əmək Müfəttişliyi Xidməti X18 müraciət etmişdir. Əmək Müfəttişliyi Xidməti X23 hesab etmişdir ki, Rüxasə adlı şəxs xx.xx.2024-cü il tarixdən Rahim Calalovun işçisi olmuş və elektron gücləndirilmiş sistemə xx.xx.2024-cü il tarixdən daxil edilmişdir. Rüxsarə adlı şəxs Rahim Calalovun müəssisəsində xadimə kimi işləmişdir. O, izahatında həyat yoldaşına yemək bişirdiyini göstərə bilər, ancaq onun burada işi xadimə işi olmuşdur. Odur ki, xx.xx.2024-cü il tarixədək baş vermişlərə görə Calalov Rahim cavabdeh deyildir. Həmçinin İXM-in 38.1-ci madəsi vardır ki, inzibati tənbehin vermə müddətləri nəzərdə tutulur. Əmək mübahisəsi ilə bağlı verilən inzibati tənbeh 4 ay müəyyən edilmişdir. Nəzərə alınsa ki, hadisə 15 iyul 2024-cü il tarixdə baş vermişdir. 4 ay hesabladıqda 15 noyabr 2024-cü il tarixə təsadüf etmiş olar və müddət bununla da ötürülmüş hesab olunmalıdır. Eləcə də İXM-in 53.1.6-cı maddəsinə əsasən məhkəmə icraatında olan işlərə baxılarkən həmin müddətlər nəzərə alınmmaqla xitam verilməlidir. Göstərdiklərinə əsasən şikayətin təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş EQ -650VK-13052/24 nömrəli elektron vəkil orderindən görünür ki, "xxxx" MMC-in təmsilçisi X10 rayon Vəkil Bürosunun vəkili X15 ilə müqavilə bağlamış və ona etibarnamə verərək məhkəmə iclaslarında hüquqlarını müdafiə etməyi həvalə etmişdir. Barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Qarabağ Regional Şəbəsinin vəkalətli nümayəndəsi X21 məhkəmə iclasında göstərmişdir ki, Xankəndi şəhər prokurorluğu materialları hazırlayaraq "xxxx" MMC-in təmsilçisi X16 əməlində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin əlamətləri olduğu üçün tədbir görülməsi üçün əmək müfəttişiliyinə göndərilmiş və şəxs barəsində təbbir görülməsi bildirilmişdir. İnzibati qərar qəbul edilərkən Rüxsarə Məmmədhəsənovanın izahatını almışdır. Vətəndaş özü qeyd etmişdir ki, burada yemək bişirmək işləri ilə, eləcə də həyat yoldaşına yemək bişirmək işləri ilə məşğul olmuşdur. O an üçün müqavilə olmadığından tərtib etmişlər. X2 orada yemək bişirməsini bildirməsi, xidmətlərin yerinə yetirilməsi kimi hesab edilir. Protokolu vətəndaşın izahatına əsasən tərtib etmişlər. Onlar işəgötürənə də rəsmi məktub yazmışlar ki, gəlib mülahizələrini bildirsin, dılillərini, sübutlarını təqdim etsin, lakin o, gəlməmişdir. Sonradan işə götürən onlarla əlaqə saxlamış, ona məktub gəldiyini bildirdikdə, ona barəsində qərarın qəbul edildiyi bildirilmişdir. Onlar xəstəxanaya X2 nə vaxt xəsarət alması ilə bağlı sorğu göndərmiş, xəstəxanadan onlara cavab olaraq X2 09 avqust deyil, iyul ayında xəsarət aldığını bildirmişlər. Rahim Calalovun qazi olması, döyüşlərdə iştirak etməsi nəzərə alınaraq minimum həddə yəni, 3000 manat miqdarında cərimə edilmişdir. Qərar qanunauyğun qəbul edilmişdir və qüvvədə saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan Xankəndi Şəhər Prokurorluğunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin rəisinə ünvanladığı xx.xx.20240-cü il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, vəzifəli şəxs X24 "xxxx" MMC-in qanuni təmsilçisi-tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs X3 15 iyul 2024-cü il tarixdən 10 avqust 2024-cü il tarixədək olan müddət ərzində Xankəndi şəhər ərazisində yerləşən “Qədim Şəki şirniyyat evi” adlanan restoranda işçi heyəti üçün yemək bişirən aşbaz və xadimə kimi işlərinin yerinə yetirilməsinə cəlb edilməsi faktına görə qəbul edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə X27 iş üzrə icraatın başlanması haqqında qərar aidiyyəti üzrə baxılaraq vəzifəli şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədi ilə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Qarabağ Regional Şəbəsi tərəfindən X19 göndərilmiş xx.xx.2024-cü il tarixli X27 iş üzrə icraata başlanması haqqında bildirişin təsdiq olunmuş surətindən görünür ki, Xankəndi Şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli,2-2- 463/144773/2024 saylı qərarı üzrə inzibati işə baxılması haqqında işə baxılmasının xx.xx.2024-cü il tarixə saat 12-00-a təyin olunduğu X19 bildirilmiş və o, həmin tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X11ması bildirlmişdir. (lakin bilrişin göndərilməsi barədə hər hansı bir sənəd əlavə edilməmişdir.) İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Qarabağ Regional Şəbəsi tərəfindən X1 alınmış izahatın təsdiq olunmuş surətindən görünür ki, Rüxsarə Məmmədhəsənova izahatında 2024-cü ilin avqust ayından "xxxx" MMC-in Xankəndi şəhərində yerləşən “Qədim Şəki şirniyyat evi”ndə xadimə işləyir. Onun əmək funksiyası obyektin daxilində döşəməni süpürüb, silinməsindən ibarətdir. İş vaxtı həftənin 6 günü ərzində hər gün səhər saat 09-00-dan saat 13-00-a qədər olmuşdur. Verilən suallara cavab olaraq Rüxsarə Məmmədhəsənova 200 manat əmək haqqı aldığını, əmək haqqının nağd şəkildə Ramin müəllimin verdiyini, müdiriyyətin bu ay əmək haqqı kartının hazır olmadığını, banka əmək haqqı kartı üçün sifariş verdiyini, gələn aydan əmək haqqını kart vasitəsi ilə götürəcəyini, xx.xx.2024-cü il tarixdə axşam saat təqribən 5:30-6:30 radələrində yaşadığı evin şüşələrini silərkən qapıdakı şüşənin qırılıb sağ qolunun yuxarı hissəsinin kəsilməsinə səbəb olduğunu, evinin şüşəsini silməıyi ona heç kimin tapşırmadığını, öz yaşadığı evin səliqəsi və təmiz olması məqsədi ilə təmizlədiyini, ona heç bir əlavə tapşırığın verilmədiyini, işə girərkən təlimat aldığını, hansı isə jurnala imza etdiyini, hər həftənin 1-ci günü səhər tezdən Ramin müəllimin bütün işçilərə təlimat verdiyini, heç bir tələb, şikayəti olmadığını, hadisəyə səbəbin özünün ehtiyatsızlığı olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Qarabağ Regional Şəbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli X29 haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, işəgötürən "xxxx" MMC-in təmsilçisi X24 tərəfindən fiziki şəxs X3 Xankəndi şəhərində yerləşən “Qədim Şəki şirniyat evi” adlanan restoranda işçi kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı tərətmiş və 3000 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Qarabağ Regional Şəbəsi tərəfindən X19 ünvanlanmış xəbərdarlıqdan görünür ki, ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Qarabağ Regional Şəbəsinin xx.xx.2024-ca il tarixli MN ******* saylı X29 haqqında Qərarı ilə Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edildiyi və həmin məbləğin 30 gün müddətində X6 bank hesabına ödənilməsinin təmin edilməsi, əks halda qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcəyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bildirişinin surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X4 əmək müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdə X24 tərəfindən ½ xadimə işinə götürülmüşdür. X7 tərəfindən sistemə daxil edilmişdir. Məhkəmə, barəsində qərar çıxarılmış şəxsin səlahiyyətli nümayəndəsinin izahatını, barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X23nin vəkalətli nümayəndəsini dinləyərək və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə, X27 iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti X23nin 18 oktyabr 2024-cü il tarixli, ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, "xxxx" MMC-in təmsilçisi X24 inzibati tənbeh tətbiq edilmiş və 3000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında elan edilmiş Xankəndi Şəhər Prokurorluğunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin rəisinə ünvanladığı xx.xx.20240-cü il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, vəzifəli şəxs X24 "xxxx" MMC-in qanuni təmsilçisi-tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs X3 15 iyul 2024-cü il tarixdən 10 avqust 2024-cü il tarixədək olan müddət ərzində Xankəndi şəhər ərazisində yerləşən “Qədim Şəki şirniyyat evi” adlanan restoranda işçi heyəti üçün yemək bişirən aşbaz və xadimə kimi işlərinin yerinə yetirilməsinə cəlb edilməsi faktına görə qəbul edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə X27 iş üzrə icraatın başlanması haqqında qərar aidiyyəti üzrə baxılaraq vəzifəli şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədi ilə göndərilmişdir. Eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Qarabağ Regional Şəbəsi tərəfindən X19 göndərilmiş xx.xx.2024-cü il tarixli X27 iş üzrə icraata başlanması haqqında bildirişin təsdiq olunmuş surətindən görünür ki, Xankəndi Şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2- 463/144773/2024 saylı qərarı üzrə inzibati işə baxılması haqqında işə baxılmasının xx.xx.2024-cü il tarixə saat 12-00-a təyin olunduğu X19 bildirilmiş və onun həmin tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X11ması bildirlmişdir. Buna baxmayaraq barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Qarabağ Regional Şəbəsi həmin Rahim Calalova bildirişin göndərilməsi və bildirişin çatdırılması barədə hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında elan edilmiş əmək müqaviləsinin bilbirişinin surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X4 əmək müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdə X24 tərəfindən ½ xadimə işinə götürülmüşdür. X7 tərəfindən sistemə daxil edilmişdir. Qeyd edilənlər X16 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığına dəlalət edir. Bununla da məhkəmə hesab edir ki, X20 Xidmətinin Qarabağ Regional Şəbəsi tərəfindən X29 haqqında qərar qəbul edilərkən müvafiq qaydada qanun pozuntusuna yol verilmişdir. Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində X27 iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs X27 protokol tərtib edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən X27 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. X27 protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində X27 iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində X27 iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində X27 iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə X27 iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Ancaq yuxarıda qeyd edildiyi kimi Rahim Calalovun 18 oktyabr 2024-cü il tarixdə saat 12-00-da Xankəndi Şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2- 463/144773/2024 saylı qərarı üzrə inzibati işə baxılması haqqında işə baxılması üçün dəvət olunması ilə bağlı bildirişin ona çatdırılması barədə X20 Xidmətinin Qarabağ Regional Şəbəsi tərəfindən hər hansı bir sənəd əlavə edilməmişdir. Eləcə də onun həmin tarixdə iştirakının təmin edilməsi barədə ciddi tədbirlər görülməmiş, tələskənlik edilərək, 18 oktyabr 2024-cü il tarixli, ******* nömrəli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, 3000 manat məbləğində cərimə edilmişdir. Bu hal onun hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində X27 iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə X27 protokolun surəti verilir. X27 iş üzrə zərər çəkmiş şəxsin də X27 protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində X27 iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində X27 iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində X27 iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Bunlarla yanaşı Həmin Məcəllənin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində X27 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X27 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, "xxxx" MMC-in təmsilçisi X16 barəsində 18 oktyabr 2024-cü il tarixdə qəbul edilmiş X29 haqqında qərar, Azərbaycan Respublikası İXM-in tələblərinin əhəmiyyətli dərəcədə pozulması ilə tərtib olunmuşdur. Həmin qərar ləğv edilməli və X27 işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə iclasında şikayətçi X16 vəkili və vəkalətli nümayəndəsinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X23nin izahatlarından aydın olmuşdur ki, X4 10 avqust 2024-cü il tarixdə işəgötürən "xxxx" MMC-in təmsilçisi X24 tərəfindən fiziki şəxs X3 Xankəndi şəhərində yerləşən “Qədim Şəki şirniyat evi” adlanan restorana xadimə işinə götürmüş və müvafiq olaraq ona əmək haqqı verilmişdir. Bütün bu hallar bir daha məhkəmə iclasında elan olunmuş sənədlərlə tam təsdiqini tapmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Rahim Calalovun əməlində inzibati xəta tərkibi olmamış, onun inzibati məsuliyyətə cəlb olunması məqsədəmüvafiq deyildir. Bu və digər hallar qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin İXM-in 134.1.2-ci maddəsinə əsasən X27 iş üzrə qərardan verilən şikayət və ya protest baxılaraq bu Məcəllənin 135.1.2 və 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X27 işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması X27 qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 15.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, X27 qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə şikayət vermiş şəxsin səlahiyyətli nümayəndəsini və barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X23nin səlahiyyətli nümayəndəsinin izahatlarını dinlədikdən sonra, verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbulb olunmuş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, "xxxx" MMC-in təmsilçisi X24 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X23 tərəfindən qəbul olunmuş 18 oktyabr 2024-cü il tarixli X27 MN ******* nömrəli qərar ləğv edilməli və X27 işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. "xxxx" MMC-in təmsilçisi X16 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti X23nin rəisi X12 tərəfindən qəbul olunmuş 18 oktyabr 2024-cü il tarixli X27 MN ******* nömrəli qərar ləğv edilsin və X27 işin icraatına xitam verilsin. Qərardan təqdim edildiyi gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar