Məhkəmə qərarları › İş №3(061)-10/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-10/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-10/2025 23.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cü ildə Tərtər rayonu Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə inzibati qaydada həbs olmamış, məhkum olmamış, Tərtər rayonu Qaradağlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 19 dekabr 2024-cü il tarixdə saat 12:03 radələrində idarə etdiyi “VAZ 21074” minik markalı ** MV *** nömrəli avtomaşınla Tərtər rayon ərazisində hərəkətdə olarkən müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalından istifadə etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta haqqında material üzrə tam təqsirli bilərək göstərdi ki, “VAZ 21074” minik markalı ** MV *** nömrəli avtomaşını idarə edir. Avtomaşını alarkən üzərində xüsusi (çoxavazlı) səs siqnalı yük yerində olmuşdur. 19 dekabr 2024-cü il tarixdə saat 12:03 radələrində idarə etdiyi VAZ 21074 minik markalı ** MV *** nömrəli avtomaşınla Tərtər rayon ərazisində hərəkətdə olarkən müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalından istifadə etmişdir. Bu səbəbdən Vİİİ Tağım Yol patrul xidmətinin əməkdaşları idarə etdiyi avtomaşını saxlatmış və avtomaşının üzərində olan xüsusi (çoxavazlı) səs siqnalını söküb götürmüşlər. Bununla bağlı barəsində inzibati protokol tərtib edilmişdir. Hazırda özünü ona qarşı irəli sürülmüş inzibati xəta üzrə təqsirli bilərək, əməlindən peşman olmasını göstərdi. Maddi və ailə vəziyyətinin nəzərə alınaraq məhkəmədən ona maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı məbləğdə cərimə inzibati tənbeh təyin edilməsini xahiş etdi. Tərtər Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Tərtər Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan Tərtər rayon Polis Şöbəsindən daxil olmuş 19 dekabr 2024-cü il tarixli Şəxs iştirakı ilə tərtib olunmuş aktın təsdiq olunmuş surətindən görünür ki, yoxlama zamanı” VAZ 21074” markalı, **-MV-*** dövlət nömrə nişanlı avtomobilə quraşdırılmış Salk 0506 model, Siren Anons və Lamba kontrol Türkiyə Respublikası istehsalı olan cihaz sökülərək Tərtər rayon X1 X2 saxlanılması təmin edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 19 dekabr 2024-cü il tarixdə saat 12:03 radələrində idarə etdiyi VAZ 21074 minik markalı ** MV *** nömrəli avtomaşınla Tərtər rayon ərazisində hərəkətdə olarkən müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalından istifadə etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, törədilmiş xətanın xarakterini, ailə vəziyyətini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinib Tərtər rayon X1 X2 saxlanılan Salk 0506 model, Siren Anons və Lamba kontrol Türkiyə Respublikası istehsalı olan cihaz xüsusi (çoxavazlı) səs siqnalı dövlət nəfinə müsadirə edilməklə, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər rayon Polis Şöbəsinə və Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar