Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-101/2025 30.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Tərtər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, İcra sənədi üzrə tələbkarlar X1 və X6, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Tərtər rayonu Seydimli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Seydimli kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Gəncə Apellyasiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(104)-576/2024 saylı icra sənədinə əsasən borclu Şəxs 15000 (on beş min) manat pul tutularaq tələbkarlar X1 və X6 xeyrinə ödənilməlidir. Şəxs icra sənədinin icrası ilə əlaqədar Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır Bu hərəkətləri ilə Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(104)-576/2024 saylı icra sənədinə əsasən borclu Şəxs 15000 (on beş min) manat pul tutularaq tələbkarlar X1 və X6 xeyrinə ödənilməlidir. Borclu icra sənədinin icrası ilə əlaqədar Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, icra sənədinin tələblərinə məhəl qoymaraq borcunu ödəməkdən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Borclu Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o üzərinə düşən öhdəliyi ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borcunu ödəməmişdir. Hazırda borclu Şəxs tələbkarlar X2 və X7 15000 (on beş min) manat borc və ödənilmiş dövlət rüsumuna görə 136 manat, cəmi 15136 manat borcu vardır. Borclu Şəxs hazırki vaxta qədər tələbkarlara heç bir ödəniş etməmişdir. Şəxs davranışı o nəticəyə gəlməyə əsas verir ki, o icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və Şəxs haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İcra sənədi üzrə tələbkar X3 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(104)-576/2024 saylı icra sənədinə əsasən borclu Şəxs 15000 (on beş min) manat borc və 136 manat dövlət rüsumu, cəmi 15136 manat pul tutularaq tələbkarlar kimi onların xeyrinə ödənilməlidir. Hazırki vaxta qədər borclu Şəxs onlara heç bir ödəniş etməmişdir. Hazırda borclu Şəxs ona 15136 manat borcu vardır. Borcun ödənilməsini tələb etmiş, borclu Şəxs barəsində həbs cəzası verilməsini istəməmiş və borclunun barəsində cərimə inzibati tənbeh növü təyin edilməsini məhkəmədən xahiş etmişdir. İcra sənədi üzrə tələbkar X10 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(104)-576/2024 saylı icra sənədinə əsasən borclu Şəxs 15000 (on beş min) manat borc və 136 manat dövlət rüsumu, cəmi 15136 manat pul tutularaq tələbkarlar kimi onların xeyrinə ödənilməlidir. Hazırki vaxta qədər borclu Şəxs onlara heç bir ödəniş etməmişdir. Hazırda borclu Şəxs ona 15136 manat borcu vardır. Borcun ödənilməsini tələb etmiş, borclu Şəxs barəsində həbs cəzası verilməsini istəməmiş və borclunun barəsində cərimə inzibati tənbeh növü təyin edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(104)-576/2024 saylı icra sənədinə əsasən borclu kimi ondan 15000 (on beş min) manat pul tutularaq tələbkarlar X1 və X6 xeyrinə ödənilməli olduğu barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Hesab etmişdir ki, tələbkardlardan 3000 min manat borc alıb onu da qaytarmışdır. Buna baxmayaraq əməlindən peşmandır. Himayəsində azyaşlı uşaqları vardır. Təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə olunmasını xahiş etmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin, tələbkarların və borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(104)-576/2024 saylı icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədlərində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 ( beş yüz ) manat məbləğində inzibati cərimə edilsin Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-101/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-101/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver