Məhkəmə qərarları › İş №3(061)-102/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-102/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-102/2025 30.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati material üzrə Zərərçəkmiş şəxs, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Tərtər rayonun Sarov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ailəli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmuş, əlilliyi olmayan, Tərtər rayonu Sarov kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Tərtər rayon polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs 04 yanvar 2025-ci il tarixdə saat 15:00 radələrində Tərtər rayon Sarov kənd sakini Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Umud oğlu izahatında göstərmişdir ki, şikayətçi Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Məxmərlə 2014-cü ildə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladları olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Məxmər onun anası Samirə Xələfova ilə mübahisə etdiyi üçün onunla Məxmər arasında mübahisə baş vermişdir. Aralarında mübahisə olduğu üçün Məxmər zəng edib ailə üzvlərinə bildirmişdir. Ailə üzvləri də gəlib Məxməri aparmışlar. Əslində o arvadı Məxməri döyməmişdir. Məhkəməyə ərizə təqdim edərək hazırda zərərçəkmiş şəxslə barışdığını bildirmiş, zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, o ailəsinin dağılmasını istəmir. Məxmər ondan şikayətçi deyildir. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcək. Məhkəmədən barışmağlarını nəzərə alıb barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad edilməsini xahiş etmişdir. İnzibati material üzrə Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun həyat yoldaşıdır. İlkinlə 2014-cü ildə ailə qurmuş, birgə nikahlarından iki övladları olmuşdur. Aralarında olan mübahisənin baş verməsinə səbəb İlkinin ona və azyaşlı uşaqlarına baxmaması və onların maddi ehtiyaclarını ödəməməsi olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində o, bu barədə narazılıq etmiş, nəticədə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı İlkin bir neçə dəfə yumruq və sillə ilə onun boyun nahiyyəsinə vurmuşdur. O, İlkinə heç nə etməmişdir. Həmin gün saat 10 radələrində valideynləri onu görmək üçün onun yanına gəlmişlər. O da valideynlərinə İlkinin onu döyməsini bildirmişdir. Atası Umud də onun döyülməsi barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları həmin ünvana gəlmişlər. O həmin vaxt valideynləri ilə bərabər atası evinə getmişdir. Məhkəməyə rəsmi ərizə təqdim edərək bildirmişdir ki, Şəxs ondan üzr istəmişdir. Onlar barışmışlar. Şəxs heç bir şikayəti və tələbi yoxdur. Ərizəsində göstərdiklərini nəzərə alıb Şəxs barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, ailə vəziyyətlərini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına tərəflərin barışması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir . Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına, tərəflərin barışması əsası ilə xitam verilsin. Qərardan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar