Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-103/2025 03.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X7 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, İnzibati xəta törətmiş şəxs X2 iştirakı ilə, xx.xx.1994-cü ildə Tərtər rayonunun Buruc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1-də yaşayan Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə X4 barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 03 fevral 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 00:50 radələrində ünvan 1 ünvanında uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında bildirmişdir ki, X2 atası X6 xx.xx.2025ci il tarixdə saat 00:25 radələrində DİN-in 102 xidmətinə zəng edərək oğlunun ünvan 1ünvanında uca səslə qışqıraraq səs-küy salıb nalayiq ifadələr işlətdiyini bildirmişdir. Polis əməkdaşları onların yaşadığı ünvana getmiş, Şəxsı nizam-intizama dəvət etsələr də, o, nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmaqda davam etmişdir. Bu səbəbdən. O, məcburi şəkildə Tərtər rayon Polis Şöbəsinə gətirilmiş və raport əsasında onun barəsində xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında MN ******* saylı inzibati protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs X4 həmin protokolla tanış olmuş, etiraz etmədən və heç bir qeyd vermədən həmin protokolu imzalamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. xx.xx.2025-ci il tarixdə gecə saat 00:25 radələrində yaşadığı evdə içkili olduğu üçün atası X6 ilə aralarında mübahisə yaranmış, uca səslə nalayiq ifadələr işlətmişdir. Atası DİN-in 102 xidmətinə zəng vurmuş, polis əməkdaşları onların yaşadıqları ünvana gələrək onu nizam-intizama dəvət etsələr də, o, nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmaqda davam etmişdir. Buna görə də polis əməkdaşları onu şöbəyə aparmış, və barəsində protokol tərtib edilmişdir. Hazırda etdiyi əməldən peşmandır, atasından və polis əməkdaşlarından üzr istəmişdir. Əslində atası da sərxoş olmuş və 102 xidmətinə zəng vurub məlumat verdikdən dərhal sonra yenidən 102 xidmətinə zəng vuraraq şikayətini geri götürmüşdür. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İşdə olan Tərtər RPŞ TB-nintəhqiqatçısı Rəşad Hüseynov tərəfindən Tərtər RPŞ-nin rəisi Elçin Qasımovun adına yazılmış xx.xx.2025-ci il il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Tərtər şəhər Yeni Qəsəbə sakini X6 DİN-in 102 xidmətinə zəng edərək oğlu Şəxs evdə uca səslə qışqıraraq səs-küy salıb nalayiq ifadələr işlətdiyini bildirdiyi üçün həmin ünvana getdiklərini, orada Şəxs nizam-intizama dəvət etsələr də, sonuncunun uca səslə qışqıraraq nalayiq ifadələr işlədib ictimai qaydanı pozmağa davam etdiyini göstərərək barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:10-da inzibati qaydada tutulmuşdur. İşdə olan inzibati xəta törətmiş Şəxs Tərtər rayon Polis Şöbəsində verdiyi yazılı izahatdan görünür ki, o, məhkəmə iclas zalında verdiyi izahatın məzmununa uyğun izahat vermişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Yeni Qəsəbə sakini X4 xx.xx.2025-ci il tarixdə saat 00:50 radələrində uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. O, həmin protokolla razılaşaraq heç bir qeyd vermədən həmin protokolu imzalamışdır. Onun əməli Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı protokol tərtib edən şəxsin və inzibati xəta törətmiş şəxsin izahatları, məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, X4 xx.xx.2025-ci il tarixdə saat 00:50 radələrində ünvan 1 ünvanında uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati xəta törətmiş şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, X2 əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır, onun barəsində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə qeyd etməyi lazım bilir ki, inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanı səmimi şəkildə etiraf edərək peşiman olmasını bildirməsi və törətdiyi inzibati xətaya görə polis əməkdaşlarından üzrxahlıq etməsi onun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də Şəxs müsbət fərdipsixi xüsusiyyətləri müşahidə olunmuş, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir. Qeyd olunan hallar ona inzibati tənbehin məqsədlərinin təmin olunması baxımından daha yüngül inzibati tənbeh təyin edilməsinin zəruriliyini şərtləndirir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh təyin etməklə də inzibati tənbehin məqsədlərinə çatmaq olar. Ona görə də məhkəmə ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə inzibati tənbehinin təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, barəsində olan məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 100 manat cərimə inzibati tənbehi tətbiq edilsin. X4 məhkəmə iclas zalından dərhal azad edilsin. xx.xx.2025-ci il saat 01:10-dan inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 100 manat cərimə inzibati tənbehi azaldılaraq cərimənin məbləği 50 (əlli) manat müəyyən edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tahir Qubadov
Məhkəmə qərarları › İş №3(061)-103/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-103/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver