Məhkəmə qərarları › İş №3(061)-105/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-105/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-105/2025 07.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İcra sənədi üzrə tələbkar Abdullazadə Hicran Vahid qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Tərtər rayonu Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Sarıcalı kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inbzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-1247/2023 saylı icra sənədinə əsasən Şəxs 350 (üç yüz əlli) manat aliment alınaraq tələbkar Abdullazadə Hicran Vahid qızına verilməlidir. Borclunun icra sənədi üzrə ümumulikdə 900 (doqquz yüz) manat aliment borcu vardır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-1247/2023 saylı icra sənədinə əsasən iş üzrə tələbkar Abdullazadə Hicran Vahid qızına ümumilikdə 900 (doqquz yüz) manat aliment borcu qalmışdır. Məhkəmə tərəfindən borclu olduğu məbləği ödənilməsi üçün verilmiş möhlət ərzində aliment borcunu tam şəkildə ödəniş etmişdir. O məhkəmə iclası zamanı ərizə təqdim edərək bildirmişdir ki, tələbkar Hicran Abdullazadəyə aliment borcunu tam şəkildə ödədiyindən, tələbkar ondan şikayətçi deyil, aliment borcunu bundan sonra vaxtı vaxtında ödəyəcəyinə söz verir. Əməlindən peşimandır. Bir daha belə hallara yol verməyəcəkdir. Odur ki, barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar Abdullazadə Hicran Vahid qızı izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-1247/2023 saylı icra sənədinə əsasən icra sənədinə əsasən Şəxs 350 (üç yüz əlli) manat aliment ona verilməlidir. Borclunun icra sənədi üzrə ümumulikdə 900 (doqquz yüz) manat aliment borcu olmuşdur. Hazırda borclu aliment borcunu tam şəkildə ödədiyindən ondan şikayətçi deyil, məhkəmədən borclu Şəxs barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad ediməsini xahiş etmişdir. Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-1247/2023 saylı icra sənədinə əsasən Şəxs 350 (üç yüz əlli) manat aliment alınaraq tələbkar Abdullazadə Hicran Vahid qızına verilməlidir. Borclunun icra sənədi üzrə ümumulikdə 900 (doqquz yüz) manat aliment borcu olmuşdur. Borclu Şəxs məhkəməyə rəsmi ərizə təqdim edərək tələbkar Abdullazadə Hicran Vahid qızına olan borcunu tam şəkildə ödədiyini bildirmişdir. Tələbkar ondan şikayətçi deyildir. Ona görə də məhkəmədən Şəxs barəsində müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarına əlavə olunmuş ödəmə qəzlərindən aydın olur ki, borclu Şəxs barəsində tərtib olunmuş protokol üzrə borclu olduğu 900 manat aliment borcunu tam şəkildə ödəmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınması halları müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və onun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar