Məhkəmə qərarları › İş №3(061)-106/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-106/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-106/2025 11.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X4 oğlunun katibliyi, X1 işdirakı ilə X1 barəsində qəbul olunmuş 05 fevral 2025-ci il tarixli, EQ/ 25913237 nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul olunmuş 05 fevral 2025-ci il tarixli, EQ/ 25913237 nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin rəis müavini, polis-polkovnik leytenantı Pərvin Səfərəliyev tərəfindən 05 fevral 2025-ci il tarixli, EQ 25913237 nömrəli X7 haqqında elektron qərar tərtib edilmişdir. Həmin qərardan görünür ki, onun tərəfindən mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi başlanmamışdır və buna görə də ona Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Hesab etmişdir ki, barəsində tərtib edilmiş 05 fevral 2025-ci tarixli, EQ 25913237 nömrəli X7 haqqında elektron qərar qanun pozuntusuna yol verilməklə tərtib edildiyi üçün ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Belə ki, qərar tərtib edilərkən ona lazımi məlumat verilməmiş və ona qərarı qərarı oxuyub ona imza etmək hüququ izah olunmamış, ən nəhayət həmin qərarın surəti ona təqdim edilməmişdir. Bu onunla sübut olunur ki, onun həmin qərarın mövcudluğundan tam təsadüf nəticəsində məlumatı olmuşdur. Bundan əlavə əldə etdiyi kamera görüntülərindən aydın şəkildə görünür ki, avtomobilin sükanı arxasında o, olmamışdır. Belə ki, orada qeyd edilən “Tayota Prius” (hibrid) markalı 77FB249 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o, etibarnamə əsasında xx.xx.2024cü il tarixədək idarə etmiş və həmin günü avtomobili sahibinə qaytarmışdır. Bundan əlavə ona verilmiş həmin etibarnamə sonradan notarial orqanında ləğv edilmişdir. Bu səbəbdən də o, həmin avtomobilin sığorta müqaviləsini bağlamaq hüququ olmamışdır. Müqavilənin bağlanmasına görə heç bir məsuliyyət daşımır. Lakin X7 haqqında qərar isə avtomobilin əsil sahibi və ya idarə edən barəsində deyil, onun barəsində çıxarılmışdır. Bu isə mümkün olan hal deyildir. Bütün bu pozuntular barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə şikayət yazsa da indiyədək cavab ala bilməmişdir. Bu hallar bir daha onu göstərmişdir ki, barəsində qəbul edilmiş 05 fevral 2025-ci il tarixli, EQ 25913237 nömrəli X7 haqqında elektron qərar qanun pozuntusuna yol verməklə tərtib edildiyi üçün ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Göstərdiklərinə əsasən barəsində qəbul olunmuş 05 fevral 2025-ci il tarixli, EQ 25913237 nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında göstərmişdir ki, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin rəis müavini, polis-polkovnik leytenantı Pərvin Səfərəliyev tərəfindən 05 fevral 2025-ci il tarixli, EQ 25913237 nömrəli X7 haqqında elektron qərar tərtib edilmişdir.05 fevral 2025-ci ildə avtomobili idarə etməmişdir. Tərtər rayonunda olmuş qəbristanlığa getmiş, sonra avtovağzala gedərək Bakı şəhərinə getmişdir. İki gündən sonra ona cərimə gəlmişdir. Həmin avtomobili taksi kimi sitifadə etmiş, 05 iyun 2024-cü ildə sahibinə təhvil vermişdir. Bu barədə hər hansı bir sənəd olmamışdır. Əvvəllər həmin avtomobillə radara düşmüş və cərimələri ödənmişdir. Sonradan başqa yük avtomobili götürmüş və işlətmişdir. Həmin avtomobili 2 ay işlətmiş, xəstələnmiş xx.xx.2024-cü ildə əməliyyat olunmuş və avtomobil idarə etməmişdir. Ona yazılan 400 manat cərimə haqsızdır. Ondan bir gün əvvəl cərimələrin ödənilməsi ilə bağlı qəbzləri səhər-səhər dəftərxanaya təhvil vermişdir. Sabahı günü qədristanlığa getmiş və saat 15 radələrində yaşadığı Bakı şəhərinə getmişdir. Mesaj gəlmişdir ki, cərimə olunmuşdur. Ona görə ki o, avtomobilə görə ona verilmiş etibarnaməni ləğv etdirməmişdir. Həmin avtomobili o da, avtomobilin sahibi də idarə etmişdir. Avtomobilin sahibi baş etibarnamə ilə bir nəfərə, həmin adam isə ona vermişdir. Etibarnaməni onlar ləğv etdirməli olsalar ad etdirməmişlər. Avtomobili təhvil verənə qədər cərimə olunmuşdur. Avtomobili o, sığorta etdirməli olmamışdır. Sahibi etdirməli olmuşdur. Cərimə yazılan vaxt o, Babək prospektində olmamış, Tərtər şəhərində olmuş, qəbristanlığa getmiş, daha sonra avtoğazalda olmuşdur. 04 fevral 2025-ci ildə avtomobilin sahibi tərəfindən ödədiyi qəbzləri məhkəmənin dəftərxanasına təhvil vermişdir. Protokol xx.xx.2025-ci ildə yazılmışdır. Tərtər rayonuna pensiya çıxmağa görə gəlmişdir. Keçən məhkəmə iclasında sübut edə bilmədi, sonradan ağlıma gəldi ki, Bakı şəhərinə getmişdir. Lakin avtomobil sürməmişdir. Həkim avtomobil idarə etməyə ona icazə verməmişdir.Heç bir yerdə işləmir, iki övladı vardır, dolana bilmir, cəriməni ödəməyə maddi imkanı yoxdur. Etibarnaməni şikayət etdikdə ləğv etdirmişdir. Məsuliyyətsizlik edib etibarnaməni ləğv etdirməmişdir. Həmin vaxt Kazımov Zaur adlı şəxs idarə etmişdir. Həmin şəxs avtomobilin radarla bağlı cərimələrini ödəmişdir. Ona həmin cəriməni ödəməyi dedikdə, həmin cərimənin ona aid olduğunu və ödəməsini bildirmişdir. Həmin vaxt onun sürücülük vəsiqsəsinə məhdudiyyət qoyulmuşdur. Cərimə əsassızdır, ləğv edilməsini xahiş etmişdir. Barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində şikayət verilmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ 25913237 saylı X7 haqqında elektron qərarın surətindən görünür ki, X5 NTS4-Babək prospekti Sərin SS-in qarşısında Mərkəz ist.2 saat 08.07 Hacıqabul-Horadiz yolunun 98,5 km-də xx.xx.2024-cü il tarix saat 08:07:56-da “Tayota Prius (Hibrid) minik” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ məhdudlaşdırılmasına baxmayaraq idarə edərkən, avtomobili icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadan idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş imzibati xətanı törətməsi müəyyən edilmiş, bu səbəbdən onun 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin X9 Web Portalından çıxarılmış fotoşəkildən görünür ki, NTS4-Babək prospekti Sərin SS-in qarşısında Mərkəz ist.2 saat 08.07 Hacıqabul-Horadiz yolunun 98,5 km-də xx.xx.2024-cü il tarix saat 08:07:56-da “Tayota Prius (Hibrid) minik” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobil təsvir edilmişdir. Məhkəmə, barəsində qərar çıxarılmış şəxsin şikayətini və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə, iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X2 NTS4-Babək prospekti Sərin SS-in qarşısında Mərkəz ist.2 saat 08.07 Hacıqabul-Horadiz yolunun 98,5 km-də xx.xx.2024-cü il tarix saat 08:07:56-da “Tayota Prius (Hibrid) minik” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ mhdudlaşdırılmasına baxmayaraq idarə edərkən, avtomobili icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadan idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsind nəzərdə tutulmuş imzibati xətanı törətməsi müəyyən edilmiş, bu səbəbdən onun 400 manat cərimə edilmişdir. X3 Azərbaycan Respublikası 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi şikayətə əlavə X7 haqqında qərarla təqsdiqini tapmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 həmin avtomobilə görə verilmiş baş etibarnaməni yalnız şikayət verdikdə ləğv etdirmişdir. Eləcə də bundan əvvəl onun həmin avtomobili idarə edərkən radarla bağlı cəriməıləri olmuş və ödənmişdir. Göründüyü kimi X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. X3 qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X3 həmin gün Tərtər rayonunda olması və saat 15 radələrində avtobusla Bakı şəhərinə getməsi ilə bağlı bildirdikləri özünü müdafiə xarakteri daşıyır və məhkəmə tərərfindən inzibati xətanın səhər 08 radələrində baş verməsi nəzərə alınaraq sübut kimi qəbul edilməsi məqsədəmüvafiq hesab edilmir. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsin tərəfindən qəbul edilmiş qərar qəbul edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İnzibati xəta törətmiş şəxs X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən qərar qəbul edilərkən onun sürücülük hüququ məhdudlaşdırıldığından o, 400 manat cərimə edilmişdir. Məhkəmə, həmçinin şikayətin dəlillərini araşdırarkən, müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş X7 Haqqında 05 fevral 2025-ci il tarixli, EQ/ 25913237 nömrəli Qərar əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X3 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş X7 Haqqında 05 fevral 2025-ci il tarixli, EQ/ 25913237 nömrəli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 05 fevral 2025-ci il tarixli, EQ/ 25913237 nömrəli X7 Haqqında Qərar dəyişdirilmədən saxlansın. Qərardan təqdim edildiyi gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar