Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-107/2025 11.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X6 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, Tərtər rayonun Bəyimsarov kəndində yaşayan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Şəxs barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 11 fevral 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:50 radələrində Tərtər rayon Bəyimsarov kəndində polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 izahatında bildirmişdir ki, Şəxs “YouTube” sosial şəbəkəsində ölkə başçısının ailə üzvlərinin ünvanına nalayiq ifadələr yazdığı üçün izahatının alınması məqsədilə 11 fevral 2025-ci il tarixdə, saat 14:50 radələrində Tərtər RPŞ-yə dəvət olunan zaman polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna baxmayaraq o, məcburi şəkildə Tərtər RPŞ-yə gətirilmişdir. Bu barədə şöbə rəhbərliyinə raportla məlumat verilmiş və həmin raport əsasında xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında MN ******* saylı inzibati protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs protokolla razılaşaraq heç bir qeyd vermədən protokolu imzalamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs disminddə dindirilən X4 izahatında bildirmişdir ki, Tərtər rayon Bəyimsarov kəndində yaşayır. “YouTube” sosial şəbəkəsində ölkə başçısının ailə üzvlərinin ünvanına nalayiq ifadələr yazdığı üçün polis əməkdaşları onun yaşadığı Bəyimsarov kəndinə gələrək izahat verməsi üçün Tərtər rayon Polis Şöbəsinə dəvət edərkən, o, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra polis əməkdaşları onu məcburi şəkildə Tərtər rayon Polis Şöbəsinə apararmışlar. Orada izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonradan səhvini başa düşmüşdür. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ CAB-ın əməliyyat müvəkkili X1 izahatında bildirmişdir ki, Tərtər rayon Bəyimsarov kəndində yaşayan Şəxs “YouTube” sosial şəbəkəsində ölkə başçısının ailə üzvlərinin ünvanına nalayiq ifadələr yazdığına görə izahatının alınması məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 14:50 radələrində Tərtər RPŞ-yə dəvət edilən zaman uca səslə nalayiq ifadələr işlətməyə başlamış, onu dəfələrlə nizam-intizama dəvət etsələr də, öz qanunsuz hərəkətlərini davam etdirərək onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna baxmayaraq onu məcburi şəkildə Tərtər RPŞ-yə gətirmişlər. Bu barədə raportla Şöbənin rəisinə məlumat vermişdir. Şöbədə izahatı alındıqdan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Tərtər RPŞ İTB-nin təhqiqatçısı X1 tərəfindən Tərtər RPŞ-nin rəisi Elçin Qasımovun adına yazılmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki,xx.xx.2025-ci il tarixdə saat 14:50 radələrində, Tərtər rayon Bəyimsarov kəndində yaşayan Şəxs “YouTube” sosial şəbəkəsində ölkə başçısının ailə üzvlərinin ünvanına nalayiq ifadələr yazdığına görə Tərtər RPŞ-yə dəvət edilən zaman uca səslə nalayiq ifadələr işlətməyə başladığını, onu dəfələrlə nizam-intizama dəvət etsələr də, öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmadığını, sonradan onu məcburi şəkildə Tərtər RPŞ-yə gətirdiklərini göstərərək, barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:50 radələrində Tərtər rayon Bəyimsarov kəndində polisin qanuni tələbinə tabe olmamışdır. Şəxs həmin protokolla tanış olaraq, razılaşmış və heç bir qeyd vermədən imzalamışdır. İşdə olan inzibati xəta törətmiş Şəxs tərəfindən Tərtər rayon Polis Şöbəsində verilmiş xx.xx.2025-ci il tarixli yazılı izahatların məzmunundan görünür ki, o, məhkəmə iclasında verdiyi izahatın məzmununa uyğun izahat vermişlər. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Fərid Məmmədovun, inzibati xəta törətmiş şəxsin və şahidin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Tərtər rayon Polis Şöbəsinin qarşısında polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanı etiraf etməsini və əməlindən peşiman olmasını bildirməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməli və məhkəmə iclas zalından həbs alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından həbsə alınsın və həbsin əvvəli 11 fevral 2025-ci il tarixdən saat 19:20-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Tərtər rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim:Tahir Qubadov
Məhkəmə qərarları › İş №3(061)-107/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-107/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver