Məhkəmə qərarları › İş №3(061)-112/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-112/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-112/2025 11.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, əfəndiyev İlqar Gülməmməd oğlunun katibliyi ilə X1 barəsində 08 fevral 2025-ci il tarixdə qəbul edilmiş EQ 25975380 nömrəli elaktron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icaata xitam verilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 barəsində 08 fevral 2025-ci il tarixdə qəbul edilmiş EQ 25975380 nömrəli elaktron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icaata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə X9 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli EQ 25975380 nömrəli elektron qərar tərtib edilərək, İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş dayanma və durma qaydalarını pozma ilə bağlı 20 manat cərimə olunmuşdur. EQ 25975380 nömrəli elektron qərara əlavə edilmiş foto şəkillərə nəzər saldıqda aşıq aydın görünür ki, idarə etdiyi ** BL *** dövlət qeydiyyat nişanlı “Hyundai Terracan” minik markalı avtomobil xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında 2 zolaqdan 1 istiqamətdən ibarət yolda yolun sol çiynində dayanmışdır. Elektron qərara əlavə edilmiş foto şəkilə nəzər saldıqda qarşıda Parkinq nişanı quraşdırılmış və arxa tərəfdə isə heç bir yol hərəkət nişanın olmadığı açıq aydın görünür. Lakin buna baxmayaraq yolun sol çiynində heç bir qadağanedici yol nişanı olmadığı üçün bir neçə sürücü tərəfindən qanuni şəkildə avtomobillərin parklanması görünür. Maddə 1.Nəqliyyat vasitəsi : 1) adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan müddətə hərəkətsiz vəziyyətə gətirilmişdirsə dayanmış sayılır. 2) digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəbindən başqa, digər səbəbə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan müddətlə məhdudlaşmırsa durmuş sayılır. Lakin razılığa gələn tərəflər yuxarıda, 2) yarımbəndində göstərilən şəraitdə hərəkətsiz vəziyyətə gətirilmiş nəqliyyat vasitələrini o halda dayanmış hesab edə bilərlər ki, bu vəziyyətin müddəti milli qanunvericilklə müəyyənləşdirilmiş vaxt həddindən artıq olmasın, eləcə də yuxarıda 1) yarımbəndində göstərilən şəraitdə hərəkətsiz vəzziyətə gətirilmiş nəqliyyat vasitələrini o halda durmuş hesab edə bilər ki, bu vəziyyətin müddəti milli qanunvericiliklə müəyyənləşdirilmiş vaxt həddindən artıq olsun. Məcburi dayanma-texniki nasazlıq və ya aparılan yükün, sürücünün vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır. Yaşayış məntəqələrində yol çiyni olmadığından nəqliyyat vasitələrinə yolun sağ tərəfindəki hərəkət hissəsinin kənarında, səki varsa səkinin yanında bir cərgədə dayanmağa və durmağa icazə verilir. Hərəkət hissəsinin vəziyyətindən və ya hər hansı maneə olub-olmamasından asılı olmayaraq ancaq sağ zalaqda dayanmaq lazımdır. Yəni, dayanmaq qadağan olunan yerlərdə nəqliyyat vasitəsi, texniki nasazlıq baş verdikdə, sürücünün və ya sərnişinin vəziyyəti pisləşdikdə, yolda maneə yarandıqda. Mddə 55.2-dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya dayanması nişanını quraşdırmalıdır. Yol hərəkəti haqqında qanundan və əlavə edilmiş fotoşəkillərdən də görünür ki, qanunla heç bir inzibati xəta törədilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq sözügedən məsələyə hüquqi baxımdan yanaşılmasını baş vermiş mövcud halı və qanunvericiliyin tələblərini nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə X9 İdarəsi tərəfindən texniki səhv olaraq tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 25975380 nömrəli elektron qərarın etibarsız hesab edilməsi və qərar ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 və barəsində şikayət verilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ-nə nümayəndənin məhkəmə iclasında iştirakının təmin edilməsi barədə rəsmi məlumat verilməsinə baxmayaraq, şikayətçi və barəsində şikayət verilmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, həmçinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. X3 məhkəməyə təqdim etdiyi 13 fevral 2025-ci il tarixli vəsatətində məhkəmə proseslərinin üzürlü səbəblərdən onun iştirakı olmadan keçirilməsinə və qərar qəbul edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə şikayətçinin və barəsində şikayət verilmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ 25975389 nömrəli elektron qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:00:13-də X4 idarə etdiyi “Hyundai Terracan” minik markalı 99BL910 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozmağa görə Gəncə, Həsən Əliyev küçəsi 2.GPS: 40.6774064,46.3609547 nömrəli xüsusi texnika vasitəsi ilə Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməsi nəticəsində 20 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə saat 14:00:13-də Gəncə, Həsən Əliyev küçəsi 2.GPS: 40.6774064,46.3609547 nömrəli xüsusi texnika vasitəsi ilə çəkilmiş fotoşəkillərin surətindən görünür ki, X4 idarə etdiyi “Hyundai Terracan” minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi səkinin sol çiynində dayanmış, avtonəqliyyat vasitəsinin qarşısında Parklama işarəsi yerləşdirilmişdir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin şikayətini, şikayətə əlavə edilmiş fotoşəkilləri, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X1 barəsində 08 fevral 2025-ci il tarixdə qəbul edilmiş EQ 25975380 nömrəli elaktron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icaata xitam verilməsi barədə şikayəti təmin edilməlidir. Belə ki, məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli EQ 25975389 nömrəli elektron qərarla, xx.xx.2025-ci il tarixdə saat 14:00:13-də X4 idarə etdiyi “Hyundai Terracan” minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozmağa görə Gəncə, Həsən Əliyev küçəsi 2.GPS: 40.6774064,46.3609547 nömrəli xüsusi texnika vasitəsi ilə Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməsi nəticəsində 20 manat cərimə edilmişdir. Eləcə də məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixdə saat 14:00:13-də Gəncə, Həsən Əliyev küçəsi 2.GPS: 40.6774064,46.3609547 nömrəli xüsusi texnika vasitəsi ilə çəkilmiş fotoşəkillərin surətindən görünür ki, X4 idarə etdiyi “Hyundai Terracan” minik markalı 99 BL910 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi səkinin sol çiynində dayanmış, avtonəqliyyat vasitəsinin qarşısında Parklama işarəsi yerləşdirilmişdir. Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarının pozulması hesab edilir və pozuntuya görə 20 manat cərimə nəzərdə tutulmuşdur. Belə vəziyyətdə müəyyən olunur ki, sənədlər düzgün tərtib olunmamışdır. Bununla da Şəhriyar Ağayevin qanunda nəzərdə tutulmuş hüquqları pozulmuş, onun avtonəqliyyat vasitəsini saxladığı yolda Parklama nişanı olmasına baxmayaraq barəsində İXM-in 346.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, 20 manat cərimə edilmişdir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, X4 barəsində xx.xx.2025-ci il tarixdə saat 14:00:13-də qəbul edilmiş EQ 25975380 nömrəli elaktron qərar, Azərbaycan Respublikası İXM-in tələblərinin əhəmiyyətli dərəcədə pozulması ilə qəbul olunmuşdur. Həmin qərar ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; Həmin Məcəllənin 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; Həmin Məcəllənin 125.2.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılaraq bu Məcəllənin 135.1.2 və 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 15.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul olunmuş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, X6 barəsində 08 fevral 2025-ci il tarixdə qəbul edilmiş EQ 25975380 nömrəli elaktron qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icaata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X6 barəsində 08 fevral 2025-ci il tarixdə qəbul edilmiş EQ 25975380 nömrəli elaktron qərarın ləğv edilsin, inzibati xəta haqqında iş üzrə icaata xitam verilsin. Qərardan təqdim edildiyi gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar