Məhkəmə qərarları › İş №3(061)-113/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-113/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-113/2025 17.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati material üzrə zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Tərtər rayonu Cəmilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Cəmilli kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 16 fevral 2025-ci il tarixdə saat 15:00 radələrində yaşadığı ünvanda nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, subaydır, heç bir yerdə işləmir. 16 fevral 2025-ci il tarixdə içkili vəziyyətdə evdə olarkən atası Fəxrəddin İsmayılovdan pul istıəmişdir. Atası da ona pulunun olmadığını bildirmişdir. Bu səbəndən atası ilə onun arasında mübahisə olmuşdur. Əsəbi olduğu üçün yüksək səslə atasına qarşı nalayiq ifadələr işlətmişdir. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olmasını bildirmiş, barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati material üzrə zərərçəkmiş şəxs qismindən dindirilən X2 izahatında göstərmişdir ki, Şəxs onun oğludur. Oğlu Əlidən şikayət etməsinin səbəbi mütəmmadi olaraq spirtli içki qəbul edib evdə münaqişə yaratmasıdır. Hər gün gedib sərxoş olub gələndə evdə münaqişə yaradaraq, ondan məcburi qaydada tüfeyli həyat tərzi keçirmək üçün pul istəyir. Dəfələrlə ona xəbərdarlıq edib, onu nizam-intizama dəvət etsə də bir ata kimi onu saymamış, dediklərini eşitməmişdir. Özü yaşlı adamdır, yetmişdən çox yaşı var, ürəyindən əməliyyat olunmuşdur. Oğlu Əlinin bu nankor hərəkətləri onu çox narahat edir, ömrünü qısaldır. Hazırda ondan şikayətçidir, barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 16 fevral 2025-ci il tarixdə saat 15:00 radələrində yaşadığı ünvanda nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. İş materiallarında olan 16 fevral 2025-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 fevral 2025-cü il tarixdə saat 15:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 05 (beş) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 16 fevral 2025-ci il tarixdən saat 15:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar