Məhkəmə qərarları › İş №3(061)-115/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-115/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-115/2025 17.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Qarağacı kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:00 radələrində Tərtər rayon Səhləbad kənd ərazisində onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, şahid ifadəsi və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə sərxoş vəziyyətdə qaynatasına məxsus Vaz 2106 markalı avtomaşınını qaçırtmışdır. Qaynatası ondan polisə şikayət etmişdir. Bununla bağlı polislər ona saxla işarəsi versələr də o polisin qanuni tələbinə məhəl qoymadan qanunsuz hərəkətlərini davam etmişdir. Tərtər rayon Səhləbad kəndi ərazisində qəza törədən zaman maşından düşüb qaçmışdır. Polis əməkdaşları onu tutduqdan sonra rayon Polis şöbəsinə gətirmişlər. Rayon Polis Şöbəsində onunla bir daha profilaktiki xarakterli söhbətlər aparılmışdır. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 02 radələrində Tərtər şəhəri ərazisində PPXB-nin polis nəfəri Xəyal Məmmədli ilə birlikdə “Fiat Doblo” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə xidmətdə olarkən növbətçi hissə tərəfindən rayon ərazisində olan bütün radiorabitə vasitələrinə məlumat verilmişdir ki, “VAZ 2106” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı ağ rəngli minik avtomobili qanunsuz ələ keçirilib qaçırılmış və hazırda rayon ərazisində naməlum istiqamətdə hərəkət etməkdədir. Xidməti avtomobil ilə Səhləbad kənd ayrıcına yaxınlaşdıqda həmin avtomobilin kəndə daxil olduğunu aşkar etmişlər, sürücü onların “saxla” tələblərinə əhəmiyyət verməyib sürəti artıraraq uzaqlaşmağa başlamışdır. Səhləbad kəndinin asfalt yolu ilə həmin avtomobilin ardınca getdikdə döngəli yolda avtomobilin yoldan çıxaraq maneəyə çırpıldığını və sürücünün avtomobildən çıxaraq qaçdığını görmüşlər. Dərhal həmin şəxsə tabe olmasını və qanunsuz hərəkətlərini dayandırmasını tələb etmişlər, lakin sürücü buna əhəmiyyət verməyib hadisə yerindən qaçaraq uzaqlaşmaqda davam etmişdir. Onlar həmin şəxsin dalınca qaçaraq, onu zərərsizləşdirmişlər və onu xidməti avtomobilə əyləşdirib dərhal bununla bağlı Növbətçi Hissəyə məlumat verərək avtomobilin dayandığı yerə getmişlər. Polis əməkdaşları gəlib həmin şəxsi polis şöbəsinə aparmışlar. Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.2005-ci il təvəllüdlü Şəxsdur. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs X3 izahatında göstərmişdir ki, Şəxs barəsində protokol tərtib etdiyi vaxtdan tanıyır, onunla qohumluğu ədavəti və düşmənçiliyi yoxdur. Şəxs barəsində protokol tərtib edilən zaman və izahatı alınan zaman etiraf etmişdir ki, həqiqətən də xx.xx.2025-ci il tarixdə sərxoş vəziyyətdə qaynatasına məxsus Vaz 2106 markalı avtomaşınını qaçırtmışdır. Qaynatası ondan polisə şikayət etmişdir. Bununla bağlı polislər ona saxla işarəsi versələr də o polisin qanuni tələbinə məhəl qoymadan qanunsuz hərəkətlərini davam etmişdir. Tərtər rayon Səhləbad kəndi ərazisində qəza törədən zaman maşından düşüb qaçmışdır. Polis əməkdaşları onu tutduqdan sonra rayon Polis şöbəsinə gətirmişlər. Rayon Polis Şöbəsində onunla bir daha profilaktiki xarakterli söhbətlər aparılmışdır. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:00 radələrində Tərtər rayon Səhləbad kənd ərazisində onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan xx.xx.2025-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 04:30-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin, yəni polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması əməlinin törədilməsində təqsiri tam sübuta yetirilir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində toplanılmış materiallar Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs oğlunun şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 16 fevral 2025-ci il tarixdən saat 04:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar